Qoroskop
Astroloji proqnoz - 10 avqust
Qoç - ifrat dərəcədə əqli və emosional yük
tələb etməyən işlərlə məşğul olun. Münasibətlərdə diqqətli
davranın. Dəyər verdiyiniz insanın gözləntisini anlamağa
çalışın.
Təzyiq və ya izafi aşkarlıq bu insanla təmasların ssenarisini
qəflətən poza bilər.
Maliyyə məsələlərində astagəllik hadisələrin inkişafına mane ola
bilər. Verilən vədin yerinə yetirilməsinə çalışın.
Axşam saatlarında qayğıkeş olun.
Buğa - işlərdə tam qarışıqlıq olsa da, rasional
davranın. Günün ilk yarısında işlərin əksəriyyətini başa vurmağa
çalışın.
Bu gün istədiyinizdən artıq güzəştə getməli olacaqsınız. Hadisələrə
təsir imkanı çox azdır. Dəyişikliklərin məğzini anlamağa çalışın.
Əməllərdə yox, alınan xəbərlərin təhlilində aktiv olun.
Maddi məsələlərdə problem yarana bilər. Pul yatırmayın, borc
verməyin. Münasibətləri aydınaşdırmağa çalışsanız, münaqişə yarana
bilər.
Lazımsız əşyalardan qurtulun.
Əkizlər - baş verən hər işdə bir məna var. Yeni
əlaqələr yaradın, köhnə təmasları bərpa edin, perspektivlər barədə
düşünün. Əvvəllər sizi çox maraqlandırmış suallara cavab tapmaq
olar.
İnformasiyanı müxtəlif mənbələrdə arayın, yazışmanı bərpa edin.
Dostla görüşün, qonaq gedin və ya qonaq qəbul edin.
Ailədə etimad hər şeydən üstündür. Qısqanclıq üçün səbəb
yaratmayın. Əks təqdirdə başağrısı olacaq.
Təmir üçün əlverişli gündür.
Xərçəng - hadisələri özbaşına buraxmayın, işlərdə
qaydaya nəzarət edin. Təmaslar, gələn informasiya perspektivləri
artırmaq və yenilikləri sürətləndirmək potensialına malikdir.
İşlərə məsuliyyətli yanaşın, nəticəyə istiqamətlənmiş konkret
fəaliyyətə üstünlük verin.
Şəxsi münasibətlər də çox önəmlidir. İtirilmiş hissləri geri
qaytarmaq, baş tutmamış istəyi reabilitasiya etmək niyyəti yarana
bilər. Heç bir nəticə verməyən niyyətdən əl çəkmək vaxtı gəlib
çatıb.
Axşam saatları ünsiyyət üçün əlverişlidir. Lakin hər şey qədərində
olmalıdır. Mübahisə etməyin, münasibətləri aydınlaşdırmağa çalışıb
haqq-hesab çəkməyin.
Şir - yaranan çətinliklərə təmkinli reaksiya
göstərin. Gərgin iş rejimində çalışmağınız istisna deyil. Yaxın
ətrafınızdakı insanlardan biri sizə ötən vədini xatırladacaq.
Borcları qaytarın, yardım edin.
Böyük dəyişikliklərin astanasındasınız. Detalların
aydınlaşdırılması, suallara cavab alınması gərginliyi azaldacaq.
Hər şey istədiyiniz kimi olmasa da, irəliləmək olar.
Axşam saatlarında artıq iş görməyin, dincəlin, açıq havada
gəzişin.
Qız - dəyişikliklər zamanıdır. Gələcəklə bağlı
planları götür-qoy etmək, sakitcə düşünmək üçün vaxt tapın. Çoxdan
planlaşdırdığınız niyyəti gerçəkləşdirmək, yeni mərhələyə keçmək,
bezdiyiniz insan və ya nəsnədən qurtulmaq imkanınız var.
Dünyanın ən bəxtəvər insanının kimsəyə möhtac olmayan adam olduğunu
unutmayın.
Bütün sahələrdə praqmat olun.
Alınan informasiyalara laqeyd yanaşmayın. Baş verənlər diqqətə
layiqdir. Tələsməyin, tərəfdaş, iş yoldaşı və dostların əhvalı ilə
niyyətlərinə huşyar olun.
Ətrafınızdakı insanlarla münasibətlərdə hansı yanlışlığa yol
verdiyinizi düşünün. Əgər başqasını anlamaq fikriniz varsa,
hissiyatınız sizi aldatmayacaq. Yaxınlardan birinə yardım
gərəkdir.
Tərəzi - bəzən güclü olmaq əslində heç nə etməmək,
zəif təsir bağışlamaq isə güc tətbiq etməkdir. Güc sizin üçün bu
gün müdriklik olsun. Yeri olan müdriklik.
Heç nəyi mürəkkəbləşdirməyin, çünki həyatınızda, onsuz da,
müxtəliflik yetərincədir. Maraqlı xəbər alacaqsınız. Ailədəki
yeniliklər işə təsir edəcək.
Ona görə qüvvələr balansını qoruyun və eyni vaxtda bir neçə işin
öhdəsindən gəlməyə çalışın.
Şəxsi münasibətlərdə gərginlik mənbəyinə toxunmayın. Kimsəni öz
işinizi bölüşməyə vadar etməyin.
Ünsiyyətdə ifrata varmayın.
İstənilən fiziki iş, evdə çalışmaq fikrinizi dağıdacaq, sizə
sakitlik verəcək.
Nə zamansa verdiyiniz vədi yerinə yetirin.
Əqrəb - depressiyadasınız? Narahat olmayın,
həyatınızda ciddi dəyişiklik yaşanır. Hadisələrin inkişafını,
hissiyatınızı izləyin.
Hansı istiqamətin optimal olduğunu qəlbiniz pıçıldayacaq.
Kitablarda olduğu kimi, istənilən işdə çoxlu pisdənsə, az yaxşı
daha üstündür. Mövqelərinizi möhkəmlətmək üçün konkret addımlar
atın. Tələsməyin, hər şeyi ələ keçirməyə can atmayın. Əvvəlcə
müəyyənləşin.
Yaradıcı məşğuliyyətdə maraqlı tapıntılar ola bilər. Maraqları
dəyişmək və ətrafla qarşılıqlı əlaqənin çərçivələrini
genişləndirmək üçün əlverişli gündür.
Axşam saatlarında əməllicə istirahət edin.
Oxatan - tələblərin bəzilərindən imtina etmədən
yenilik, üstünlüklərin bəzilərindən əl çəkmədən irəliləyiş
alınmayacaq. Bir insanla isə yollarınızı ayırmalı olacaqsınız.
Qüvvə və enerjiniz yeni fəaliyyət sahəsi, yeni maraqlar
tapacaq.
İndi həyatda intizam və nizama, müxtəlifliyin azalmasına, seçilmiş
yolda səbatlı olmağa ehtiyacınız var.
Uzanan gözlənti məhz indi situasiyanı hansısa qurban vasitəsilə
xilas etmək ehtiyacı yaradır. Diqqət fokusunu dəyişin, seçim edin,
üstünlüyü dəqiq dəyərləndirin.
Boş səylər göstərməyin. Onsuz da, dəlik kuzəni su ilə doldurmaq
mümkün deyil.
Oğlaq - qadınların iki silahı var: göz yaşı və göz
boyası. Amma qadınlar bu silahların ikisindən də eyni vaxtda
istifadə edə bilmirlər. Ona görə qadınlar bu gün sayıq, kişilər isə
xanımlarla diqqətli olmalıdır.
Bəzi məsələlərdəki yeniliklər sizin dəyişkən mərhələyə qədəm
qoyduğunuzdan xəbər verir. Nəyin necə olduğunu bildiyinizi
düşünürsünüz. Belədirsə, ətrafınızdakı insanlara qarşı çox tələbkar
olmayın.
İş yerində qaydaya riayət edin ki, həddən artıq işin olmasından
dolayı stress keçirməyəsiniz.
İşin xətrinə zəhləniz gedən insanla belə, danışın. Peşəkar
aktivliyə maksimum diqqət ayırın.
Şəxsi həyatda anlaşılmazlıqla qarşılaşmamaq üçün hadisələri
tələsdirməyin.
Dolça - bu gün faydalı işlə məşğul olmaq,
yaradıcılıq ehtiyatlarından nəyisə əxz etmək olar. Ünsiyyəti yalnız
onların yanında özünüzü rahat hiss etdiyiniz insanlarla
məhdudlaşdırın.
Maraqlandığınız ünsürün axtarışına vaxt sərf etməkdən çəkinməyin.
Ehtimalınızı doğruldan, sizi nəyə isə sövq edən məsələni diqqətdən
qaçırmayın.
Hisslərdə simic olub bütün diqqəti sizin üçün indi çox mühüm olan
işə ayırın. Qayğı, güzəşt, yardıma ehtiyacı olan insana dəstək
günüdür.
Orqanizmi tonusda saxlamağa çalışın. İdman məşqləri və təmrinlər,
fiziki iş faydalıdır.
Unutmayın ki, insan dünyanı dərk etdiyi miqyasda özünü anlayır.
Balıqlar - işdə və evdəki münasibətlər, dostların
biri ilə təmaslar indi hadisələrin sınağına çəkilib. Son günlər baş
verənlər indi, bu gün daha da aktivləşəcək və transformasiya olaraq
təsirlərə dönəcək.
Səbəblər sizə "Mümkün deyil!" deyəcək, məntiq "Ağılsızlıqdır!"
söyləyəcək, qürurunuz "Faydası yoxdur" bildirəcək və yalnız arzu
sizə "Sına, bəlkə alındı!" pıçıldayacaq.
Günün təmayülləri pozitivdir, amma müəyyən gərginlik hiss
olunacaq.
Planlaşdırdığınız bəzi işləri başa vurmaq, yaxın ətrafınızdakı
insanlara verdiyiniz vədləri yerinə yetirmək
məcburiyyətindəsiniz.
Problemlər, yanlışlıqlar üzə çıxacaq. Onları sürətlə həll etməyə
çalışsanız da, ətrafınızdakı insanlarla rəvan münasibətləri qorumaq
asan olmayacaq.
İşdəki münaqişə ciddiləşə bilər.
Bu gün dostlarla toplantını və ya sevdiyiniz insanla görüşü təxirə
salın (Milli.Az).
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB