Qoroskop
Astroloji proqnoz - 11 avqust
Qoç - uzun müddətdən bəri təxirə saldığınız və
ya başa vura bilmədiyiniz işləri bu gün sonuclandıra bilərsiniz.
Fəaliyyət sahəsində qayda yaradın. Planlarınızı nizamlayın.
Günün ikinci yarısında istənilən mühüm addımdan əvvəl yaxşıca
düşünüb-daşının. Fərqli olmağa çalışın. İlkin impulsdan sonra
məramlarınız dəyişə bilər. Yeniliklərdən çəkinmirsinizsə,
gözlənilməz təklif ala bilərsiniz. Məqsəd və istəklərinizi
dəqiqləşdirin.
Yaxın gələcəklə bağlı perspektivləri cari durum
müəyyənləşdirir.
Buğa - səhər saatlarından etibarən fikriniz
dağınıq olmasın. Vəzifə səlahiyyətlərinin icrasına və ya
tapşırıqların yerinə yetirilməsinə səhlənkar yanaşmayın.
Problemləri tədricən həll edin, eyni vaxtda bir neçə işi görməyə
çalışmayın.
Əvvəlcə həlli asan olan, daha sonra isə mürəkkəb müşkülləri çözməyə
can atın.
Günün ikinci yarısında münasibətlər daha rəvan, harmonik olacaq.
Olayların məcrası sərfəlidir. Bundan maraqlarınızın təminatı üçün
yararlanın.
Saatlar keçdikcə şərait daha əlverişli, şərtlər daha sərfəli
olacaq. Emosional davranmayın. Rahatlıq və komfort istəkləriniz
artacaq.
Axşam saatlarında evdə istirahət edin.
Əkizlər - ağır işlər çoxdur. Onlar zəhmət,
vaxt, intellektual və fiziki əmək tələb edirlər. İş
qabiliyyətinizin ən yüksək olacağı zaman səhər saatlarıdır. Bundan
istifadə edin, mühüm məqamları çözün. Aqressiv və sərt olmayın.
Günün ikinci yarısında qarşınızdakı sədlərlə maneələri tədricən
aradan qaldırın. Dostların və ya etibarlı şəriklərin dəstəyindən
yararlana bilərsiniz. Köməyə ehtiyacı olan insanın yanında olmağı
unutmayın.
Axşam saatlarını əzizlərinizlə birlikdə keçirin. Belədə
yaşamınızdakı hadisələri daha rahat qəbul edəcəksiniz.
Xərçəng - şəxsi problemlərinizi həll etmək,
məişət məsələlərini çözmək üçün günün ilk yarısı daha münasibdir.
Yaşamın kiçik sevinclərinin qədrini bilin. Yaxın ətrafınızdakı
insanlardan birinin sizə demək istədiyi sözlər var.
Günün ikinci yarısında qohumlarınızdan və ya dostlarınızdan
birindən xoş xəbərlər alacaqsınız. Köhnə tanış yada düşəcək.
Maraqlı təklifləri dəyərləndirmək olar.
Sevdiyiniz insanı axşam saatlarında kiçik hədiyyə ilə
sevindirin.
Şir - yeni işə və ya layihəyə başlamaq
istəyirsinizsə, tələsməyin. Qərarlarınız düşünülmüş olmalıdır.
Yaşamınızın yeni mərhələsinin konturları hələ formalaşmayıb.
Kənardan gələcək istənilən impuls dəyişikliklərə səbəb ola
bilər.
Günün ikinci yarısında ətrafınıza diqqətlə baxın. Təcili məşğul
olmağınız gərəkən məsələlər var. Fiziki iş, situasiyanın
normallaşdırılması faydalıdır. Özünüzü həddən artıq yormayın.
Əks təqdirdə axşam saatlarında başağrıları və yuxusuzluqla üzləşə
bilərsiniz. Şəxsi münasibətlərdə düşüncə zamanıdır.
Qız - aldığınız tapşırıqların yerinə
yetirilməsinə daha diqqətlə yanaşın. Bacarıqlarınızı, biliklərizi
və təcrübənizi yoxlamaq üçün sizə çətin iş həvalə oluna bilər.
Sayıq olun, yaranmış imkanları fövtə verməyin. Vaxtınızın qədrini
bilin. Şansları dəyərləndirin.
Günün ikinci yarısında cari situasiyadakı maneələri dəf etmək üçün
güc və imkanlarınızdan maksimum istifadə edin. Karyera inkişafınızı
şərtləndirən məqamları bir daha təhlilə uğradın. Gəlirləri
artırmağın yollarını arayın.
Axşam saatlarını özünüzü həsr edin.
Tərəzi - yerinə yetirməli olduğunuz işlər
arasında ən mühümünü, önəmli saydığınızı seçin. Dərhal fəaliyyətə
başlayın. Abstrakt ideyalara qapılaraq qeyri-praqmat addımlar
atmayın. Gündəlik qayğılar ciddi yanaşma tələb edir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv
ünsiyyətdə olun. Sevdiyiniz işi başa vurmaq olar. Kimsəni
tələsdirməyin.
Axşam saatlarında emosiyalarınızı məhdudlaşdırmayın. Alış-veriş
etmək olar.
Əqrəb - maliyyə resurslarının paylanması,
zəruri informasiyaların əldə olunması ilə bağlı adekvat addımlar
atın. Bir variantı yetərli saymayın. Məqsədə doğru aparan yolda
irəliləyiş hiss etmirsinizsə, ruhdan düşməyin. Situasiyanı təhlil
etsəniz, problemlərin həll yolunu asanlıqla tapa bilərsiniz.
Günün ikinci yarısında hazır metodlardan və ənənəvi vasitələrdən
istifadə əvəzinə alternativləri arayın.
Axşam saatları dostlarla görüş, yaxud da ailəvi istirahət üçün
yararlıdır. Hadisələrin axarı müsbət təmayüllərin gücləndiyini
göstərəcək.
Oxatan - günün ilk yarısında xoşagəlməz olaylar
yaşanmayacaq. Hadisələrin məcrası pis deyil. Buna rəğmən, özünüzü
bir qədər narahat hiss edəcəksiniz. Bir müddət əvvəl yaşanmış
olayların fəsadları hələ də aradan qaldırılmayıb.
Günün ikinci yarısında əmlak, maliyyə vəsaiti və karyera ilə bağlı
durumu yaxşılaşdırmaq üçün əlinizdən gələni edin. Sürəkli olaraq
sizi sinirləndirən, narahat edən insanlardan mümkün qədər uzaq
olun. Bir zamanlar sıx münasibətlərdə olduğunuz, sonradan
yollarınızı ayırdığınız insanlar üçün darıxa bilərsiniz. Səbrli
olun, nisgilə qapılmayın. Sakitləşin.
Oğlaq - rutin işlərə laqeyd yanaşmayın.
Tapşırıqları yerinə yetirin, öhdəlikləri unutmayın. Vədlərə əməl
edin. Yarımçıq işləri başa vurun, təcili həllini tələb edən
məsələlərin çözümünü təxirə salmayın.
Günlə bağlı dəqiq planlar tərtib etməyə çalışmayın, çünki ciddi
dəyişikliklər olacaq.
Günün ikinci yarısında yaşamın aram axarına müdaxilə etməyin.
Tələsmədən, təmkinlə davranın. Axşam saatları romantik görüşlər
üçün əlverişlidir.
Dəyər verdiyiniz insanla təmaslarınızdakı problemləri aradan
qaldırın.
Dolça - günün ilk yarısında problemlərin
həllinə kreativ yanaşma nümayiş etdirin. Enerji azlığı və yaşam
tonusunu aşağı səviyyəsinin yaratdığı çətinlikləri aradan qaldıra
bilərsiniz.
Günün ikinci yarısı böyük planların reallaşdırılması üçün münasib
deyil. Yaxın ətrafınızdakı insanlarla təmaslarda qeyri-format stilə
üstünlük verin, rəsmiyyətçilikdən uzaq olun. Dəyər verdiyiniz
insanla ünsiyyət xüsusi diqqət tələb edir. Onun yardımınıza və
dəstəyinizə ehtiyacı var.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Balıqlar - günün ilk yarısında planlaşdırılmış
işlərlə maneələr və əngəllər yarana bilər. Dünənədək aktual sayılan
məsələlər indi önəmini itirməkdədir. Hətta onlar sizə mənasız təsir
bağışlayacaqlar.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə
anlaşılmazlıqların yaranmasına imkan verməyin. Ziddiyyətlər yalnız
ilk baxışdan çətin, çözülməz təsir bağışlayır.
Yaşananları izafi emosiyalar olmadan qəbul edin. Cari işlərinizlə
məşğul olun, ənənəvi çərçivələrdən kənara çıxmayın.
Axşam saatlarında situasiyaya daha nikbin baxışlar istisna deyil.
Romantik görüş üçün pis zaman deyil (Milli.Az).
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO