Qoroskop
Astroloji proqnoz - 12 avqust
Qoç - Hiperion və Arielin münasibətləri gəlir,
təklif, rəğbət izharı, çoxdan gözlənilən məlumat vəd edir.
Bu gün sizdən əlahiddə aktivlik tələb olunmur.
Bir qədər aramla çalışın, çünki bəzi problemlər öz axarı ilə
həllini tapacaq. İfrat yorğunluq olmadan mühüm işləri başa vura
bilərsiniz.
Sabah sizi ağır və gərgin gün gözləyir.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə problemlər
yaranmayacaq.
Axşam saatlarında rahatlanın, yaxşıca dincəlin.
Buğa - Sinope və Umbrielin münasibətləri sakit gün
vəd edir. İşlərinizə diqqətlə yanaşın, problemlərin başdansovdu və
tələsik həllinə can atmayın.
İmkan tapılarsa, alış-verişi günün ilk yarısında edin.
Hisslərinizi ayrıd etmək üçün əlverişli vaxtdır. Qəfil görüş,
məktub, telefon zəngi ola bilər.
İşinizlə bağlı görüşmək istədiyiniz adamı arayın.
Şəraitin əlverişli olduğunu hiss etsəniz, təşəbbüskar olun. Mühüm
məqamlarda ətalətlə davranmayın.
Əkizlər - Haron və Tritonun münasibətləri sakit,
rahat gün vəd edir. Adi yaşam sevincləri və səmimi mühit yeni
ideyaların yaranmasına, ətrafınızda sizə dost münasibəti bəsləyəcək
insanların peyda olması ilə nəticələnə bilər. Yeni təkliflər və
ideyalar səslənəcək.
Hadisələrin axarına kobud müdaxilə olmasa, yaranmış ziddiyyatləri
ifrat səylər olmadan aradan qaldırmaq, tərəfdaşlarla münasibətləri
möhkəmləndirmək olar.
Ətrafınızdakı insanların işinizə müdaxilə səviyyəsini göstərəcək
nişanələri gözdən qaçırmayın. Hansısa bir mövzu və ya məsələnin
diqqətinizi tam cəlb etməsinə imkan verməyin.
İntellektual məşğuliyyətlərə vaxt ayırın
Heç bir mühüm işi axşama saxlamayın.
Xərçəng - Ay və Merkurinin münasibətləri təcili
işlərin hamısını başa vurmağı tələb edir. Yerdə qalan vaxtı evə və
ailəyə sərf edin.
Özünüzü yaxşı hiss etmək üçün ətrafınızdakı mühitdə daha çox qayda
olmalıdır. Kiçik təmirlə məşğul olmaq, əşyaları yerbəyer etmək
olar.
Ağlınıza gələn ideyalar arasında ən dəyərlisini seçərək irəliyə
doğru astaca irəliləyin. Can atdığınız məqsədə çatmaq üçün sizə
yardım edə biləcək məlumat alacaqsınız.
Mühafizəkar mövqe, inad və işə təfərrüatlı yanaşma planlarda
qətiyyətli mövqe tutmaq, etibarlı tərəfdaşlar əldə etməyə imkan
verəcək.
Şir - Neptun və Kallistonun münasibətləri
məramlarınızı asanlıqla reallaşırmağa imkan yaradacaq. Sadə,
sevdiyiniz işlərlə məşğul olun.
İmkan varsa, alış-veriş ilə məşğul olun.
Sonradan praktiki nəticə verəcək ideya və fikirlərə laqeyd
yanaşmayın. Uzaqda olan şəxslərdən biri maraqlı informasiya verə
bilər.
Ailə ilə birlikdə olun, gəzintiyə çıxın. Nəqliyyatda ehtiyatlı
olun.
İstənilən fiziki aktivlik faydalıdır. Əlavə, izafi gərginlikdən
qurtulun.
Qız - Makemake və Himaliyanın münasibətləri sakit,
hadisələrin ləng inkişaf fonuna malik bir gün vəd edir. İşlərdə
təxirəsalma və ləngimələr ola bilər.
Xəbər və məlumatın gözləntisinin vaxtı uzanacaq. Daxili harmoniya
hissi bir qədər nəfəs dərmək, daha xoşagələn işlə məşğul olmaq
imkanı yaradacaq. Emosiyaları ətrafınızdakı insanlarla bölüşün.
İşdə konkret, praktiki, indi olmasa da, gələcəkdə mənfəət vəd edən
məsələ işə məşğul olun.
Xarici görkəminizə fikir verin.
Məqsədinizin reallaşması üçün səylərinizi əsirgəməyin.
Tərəzi - Avropa və İonun münasibətləri xoş anlar
vəd etsə də, işinizi dəqiq görün, səlis olun. Etibarlı tərəfdaşlar,
yaxud da indi ortaq maraqlarınızın olduğu insanlarla çalışın. İşdə
nizam yaradılması faydalı tapıntıya, planların yenilənməsinə səbəb
ola bilər.
Yeni işə başlamaq, mühüm məsələni müzakirə etmək, perspektivə olan
planı nəzərdən keçirmək üçün yaxşı vaxtdır.
Qarşılıqlı anlaşma üçün müzakirələr şərt deyil. Əsas məsələ sizə
önəmli olan insanın qayğısına qalmaqdır.
Əqrəb - Serera və Haumea maraqlı gün vəd edir.
Amma işlər uğurlu olsa belə, hadisələrin axarı göründüyü qədər sadə
deyil.
Yaxın günlərdəki irəliləyişiniz, maddi durumunuz bu gün görülə
biləcək işlərin həcmindən asılıdır.
Diqqəti yayındırmayın, fikrinizi cəmləyin, işlərinizi nəzarətdə
saxlayın, yaxın ətrafınızdakı adamlara təzyiq göstərməyin. Ötən
səhvləri inadla xatırlatmayın.
Maliyyə məsələlərini tələsmədən, aramla çözün. Bir neçə gün gözləyə
biləcək hadisələri tələsdirməyin.
Axşam saatlarında ailə üzvlərinizin nə ilə məşğul olacağına onların
özləri qərar verməlidir.
Sakitlik və stabillik hər şeydən üstündür. Bununla belə, problemin
təcili həllini tələb edən məsələlərdə astagəllik etməyin.
Oxatan - Saturn və Uranın münasibətləri günü
çətinləşdirməyəcək. Təzyiq, təsir yoxdur. Can atdığınız, yaxud da
görməli olduğunuz işlə rahatlıqla məşğul ola bilərsiniz.
Cari maraqlar və həyati məqsədləri nəzərə alın. Tələsik, vacib
olmayan işlərdə tələsməyin.
Ünsiyyətdə olun, xəbər və planları bölüşün.
Dostlarla təmaslar, yazışmalar informativ baxımdan məhsuldar ola
bilər. Söhbət zamanı məcrası sizi maraqlandıran istiqamətə
yönəldin. Nə istədiyinizi müəyyənləşdirin, yardım və dəstəyə
ehtiyac yaranarsa, çəkinməyin.
Axşam saatları ilə bağlı proqnoz pis deyil.
Oğlaq - Merkuri və Eridanın münasibətləri
hisslərlə emosiyaların qaydaya salına biləcəyi yaxşı gün vəd
edir.
Sizə yaxın olan insanlara diqqət yetirin, onların qayğısını
çəkin.
Həmişəkindən fərqli olaraq daha məntiqli, düşünülmüş şəkildə
görəcəyiniz işlərdə uğur əldə edəcəksiniz. Can atdığınız effekti
əldə etmək üçün daha bir gərəkli amil səxavətdir.
Sürəkli hərəkət və gərginlik tələb etməyən məşğuliyyəti seçin.
Axşam saatlarında rahat istirahət növünü seçin.
Yaxın günlərdə effektiv çalışmaq üçün güc toplayın.
Dolça - Titan və Oberonun münasibətləri bu gün çox
iş planlamağın məsləhət olmadığını göstərir. Uzun-uzadı
mübahisələrlə başınızı qatmayın.
Ciddi və cari işlər varsa, diskusssiyalardan yan keçin. Vaxtdan
məhsuldar çalışmaq, ünsiyyət, yazışma üçün istifadə edin. Səfər və
gəzinti varsa, sabaha qədər təxirə salın. Heç nəyi
mürəkkəbləşldirməyin.
Sizin üçün önəmli insanlarla münasibətlərdə yaranan mühüm anlara
laqeyd yanaşmamaq şərtilə danışıqlar aparın.
Abstrakt maraqlar və istəklərdən əl çəkərək daha praktik işlərlə
məşğul olun.
Ailə üzvlərinizə daha çox diqqət ayırın.
Axşam dostları evə qonaq çağırmaq olar.
Alış-verişdə məntiqli davranın.
Balıqlar - Deymos və Fobosun münasibətləri çox
uzaq perspektivdə nəticələrə malik dəyişikliklər vəd edir.
İş yerini dəyişmək, köç, yaxın gələcəyinizi dəyişə biləcək söhbət
üçün əlverişli gündür.
Mühüm heç nəyi təxirə salmayın. İmkan varsa, bütün önəmli işləri bu
gün görün, vacib tədbirlərə qatılın.
Yorğunluq hiss etsəniz, mütləq dincəlin.
Sevdiyiniz insanlarla münasibətlərdə yaranmış problemləri axşam
saatlarında həll etmiək olar. Ünsiyyət sizə həzz verəcək.
Milli.Az
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK