Qeyri-adi BÜRC TƏQVİMİ: sən demə, insan xarakterini ən dəqiq göstərən...
Bizi izləyin

Qoroskop

Qeyri-adi BÜRC TƏQVİMİ: sən demə, insan xarakterini ən dəqiq göstərən...

Hər bir bürcün özünə xas keyfiyyətləri, rəngi, xasiyyəti olduğunu bilirsiniz. Bununla bağlı çoxsaylı testlər də hər birimizin marağındadır. Bəs görəsən bürclərimizə görə hansı ağacların xarakterini götürürük? Deyilənə görə hər bir insan fərqli ağacın cəhətlərini özünə götürür və hətta bu ağac onun ən düşərli və uğurlu ağacı hesab edilir. Bəs siz necə, uğurlu ağacınızın hansı olduğunu bilmək istəyirsiz? Elə isə bu yazını diqqətlə oxuyun:

Publika.az oxucularına maraqlı ağac bürclərini təqdim edir:

Ağac bürcləri təqvimlər əsasında belə bölünür:

23-31 dekabr tarixləri arasında doğulan insanların ağacı almadır.

1-11 yanvar – Küknar

12-24 yanvar - Qaraağac

25 yanvar - 3 fevral - Sərv

4-8 fevral - Qovaq

9-18 fevral - Sədr

19-28 fevral -Şam

1-10 mart - Söyüd

11-20 mart - Cökə

21 mart - Palıd

22-31 mart - Fındıq

1-10 aprel - Quşarmudu

11-20 aprel - Ağcaqayın

21-30 aprel - Qoz

1-14 may - Qovaq

15-24 may - Şabalıd

25 may- 3 iyun - Göyrüş

4-13 iyun - Vələs

14-23 iyun - Əncir

24 iyun - Toz ağacı

25 iyun - 4 iyul - Alma

5-14 iyul - Şam

15-25 iyul - Qaraağaç

26 iyul - 4 avqust - Sərv

4-13 avqust - Qovaq

14-23 avqust - Sədr

24 avqust - 2 sentyabr - Şam

3-12 sentyabr - Söyüd

13-22 sentyabr - Cökə

23 sentyabr - Zeytun

24 sentyabr - 3 oktyabr - Fındıq

4-13 oktyabr - Quşarmudu

14-23 oktyabr - Ağcaqayın

24 oktyabr - 11 noyabr - Qoz

12-21 noyabr - Şabalıd

22 noyabr - 1 dekabr - Göyrüş

2-11 dekabr - Vələs

12-21 dekabr - Əncir

22 dekabr – Qayın

İndi isə müvafiq olaraq bürclərinizin götürdüyü ağacların sizə verdiyi enerji və xüsusiyyətlərlə tanış olun:

Alma - cazibəli, diqqətcəkici, təsir etmə qüvvəsinə malikdir. Bu ağac bürcün sahibləri olduqca xoş auraya sahib olurlar. Məcarapərəst olmalarına baxmayaraq, həssas və comərt insanlar olurlar. Elmi sahələrə maraqları ilə seçilirlər. Xəyalgücləri yüksək olur.

Göyrüş - həyat eşqi olan, tələbkar, tənqidə qulaq asmayan insanların ağacıdır. Ağıllı, bacarıqlı olmalarına baxmayaraq, ağacın eqoist cəhəti insanlara da keçib. Bəzən beyin qəlbə əmr edə bilir. Münasibətləri çox ciddi qəbul edirlər və istənilən münasibətdə çox sadiq olurlar.

Ağcaqayın – ağacın qeyri-adi və nadir xüsusiyyətləri bürc altında doğulan insanlara da keçib. Onlar kifayət qədər yaradıcı, yüksək zövqə sahib olur. Görünüşünə böyük önəm verir. Karyera və yaxşı yaşayış üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışarlar. Buna rəğmən isə çox qənaətcil olurlar. Zərurət olmayan, lazımsız risqlər etmirlər.

Toz ağacı - dostcanlı, həyat eşqi olan, təvazökar, kobudluqdan nifrət edən insanların ağacıdır. Xəyal gücləri yüksək olur. Sülhü bərpa etməyi sevirlər.

Sədr - zərif, hər şəraitə uyğunlaşan, amma lüks şəraiti daha çox sevənlərin ağacıdır. Onlar özünə həddən artıq güvənən və başqalarına bir az yuxarıdan aşağı baxırlar. Qərarlı, lakin səbrsiz olurlar. Nikbin, bacarıqlı olmaları isə üstünlükləridir.

Şabalıd - ədalətli və şən insanlardır. Xaraktercə diplomatdırlar deyə bilərik. Münasibətlərində olduqca həssasdırlar.

Sərv - güclü, hər şəraitə uyğunlaşan, nikbin, pulu sevən insanların ağac bürcü hesab olunur. Onlar ən çox yalnızlığa nifrət edirlər. Sədaqətli insanlar olsalar da, çərçivəyə salınmağı, qaydalara riayət etməyi sevmirlər. Bir az biganəliklərinin də olduğunu demək olar.

Qaraağac - geyiminə diqqət edən, insanları şənləndirməyi bacaran, liderlik etməyi sevən insanların ağacıdır. Dürüst və sadiq həyat yoldaşı olacaqları dəqiqdir. Başqalarının əvəzindən qərar verməyi sevirlər. Bu onların liderlik xarakterinin yüksək olmasından irəli gəlir. Güclü zəkaya və dərin yumor hissinə malik olurlar.

Əncir - güclü, heç kimdən asılı olmayan ağacdır. Bu ağac bürcünün sahibləri də bu keyfiyyətləri özündə hiss edir. Onlar mübahisələrə çox önəm vermədən yaşayırlar. Problemləri daha çox danışaraq həll etməyə üstünlük verirlər. Ailəcanlı olurlar. Valideyn kimi xüsusilə yaxşı ata olduqları deyilir. İncə ruha malik bürc sahibləri heyvansevərlikləri ilə seçilirlər. Yumor anlayışı olsa da, tənbəllik etməyi sevirlər. Ağıllı və ziyalı olurlar.

Küknar - qeyri-adi zövqə sahib, gözəl olan hər şeyi sevirlər. Amma mənfi cəhərləri bir qədər dikbaş, biganə olmaqlarıdır. O qədər də təvəzökar olmasa da, etibarlı insanlar olurlar. Fındıq - cəlbedici, anlayışlı, tələbkar olmayan, sosial həyatda fəaldır. Kaprizli sevgilidir. Ədalət hissi güclüdür.

Vələs - xarici görünüşünə və özünə qulluq etməyə diqqət edirlər. Zövqləri ilə cəmiyyət arasında seçiləcək qədər qeyri-adi olurlar. Başqalarını özlərindən daha çox düşünürlər. Həyatı mümkün qədər asanlaşdırmağa çalışan insanlar olsalar da, xoşbəxtliyi asanlıqla tapa bilmirlər. Qərarlarında hər zaman tərəddüd içərisində qalırlar.

Cökə - dava-dalaşdan nifrət edir, çalışqan insan olurlar. Daim bir gərginlik və sters içərisində olurlar. Mərhəmətli, çəkinmədən fədakarlıq edə biləcək qədər cəsarətli olurlar. Qısqanclıqları bezdirici olsa da, vəfalıdırlar.

Palıd - cəsur, güclü, heç kimdən asılı olmayan insanların ağacıdır. Rəhmsizlikləri onların ayaqda qalmasına kömək edən yeganə işıqdır. Duyğusal olurlar. Şansa qəti güvənmirlər və onlar inanırlar ki insan öz taleyini özü yazır. Olduqca planlı hərəkət edirlər.

Zeytun – Bu ağac bürcü altında doğulan insanlar günəşi, isti havanı dəlicəsinə sevir. Şiddət və zorakılıqdan qəti şəkildə uzaq olurlar. Təbiətcə sakit, fağır hamı ilə dil tapan şəxslər olurlar. Həssas olmaları bir ayrı, qısqanclıqları bir ayrı şirin olur. Mübahisədən olduqca uzaq olurlar.

Şam – Xaraktercə sakit, güclü və təbii insanlardır. Sünilikdən uzaq, sadə olurlar. O, qədər dostcanlı olduqlarını demək olmaz. Lakin, bir insan çox tez aşiq olub, tez də unudurlar. Hər şeydən asanlıqla əl çəkə bilərlər. Bu ağac bürcü insanların kumir, ideallaşdırdıqları heç kəs və heç nə olmur. Buna baxmayaraq sonuna qədər etibar edə biləcəyiniz şəxslər də məhz bu bürc ağacın altında doğulanlardır.

Qovaq - özünə çox etibar etmir, sadəcə lazım olanda cəsarətli ola bilirlər. Ağacın əsas xüsusiyyəti yalnızlığıdır ki, bu da həmin bürc sahiblərinə ötürürlüb. Çox seçici olduqlarından, adətən yalnız olurlar. Kinli, qəzəbli ruha sahibdirlər. İş baxımından fərasətli olurlar. Yaxşı təşkilatçılıq qabiliyyətləri ilə seçilirlər.

Quşarmudu - insanları şənləndirə bilən keyfiyyətləri var. Hər kəsin sevimlisi olmaq üçün sadəcə gülümsəmələri yetər. Bu ağac bürcü altında doğulanların enerjisi çox güclü olur. Eqoistlikdən uzaq, həyatı sevən və doya-doya yaşayan insanlar olurlar. Zövqlü, həssas, aktrisalıq qabiliyyətləri olur. Yaxşı həyat yoldaşı ola bilərlər.Çalışın onları küsdürməyəsiniz.

Qoz – Bu bürc altında doğulan insanlar qəribəlikləri ilə birinci yerdədirlər. Onları başa düşə biləcək insanlar hələ yer üzünə gəlməyib. Eqoist və qressiv cəhətləri onları tanımağa imkan verməyən əsas minuslarıdır. Gözlənilməz reaksiyalar verə bilərlər. Heç nəyi asanlıqla bəyənmirlər. Qısqanc və kiməsə uyğunlaşmaq üçün əmək sərf etməyi, fədakarlıq etməyi xoşlamırlar.

Söyüd - insanlara təsir edə biləcək xarakterə malikdirlər. Yaxşı psixoloq ola bilirlər. Səyahət etməyi, xəyal qurmağı sevirlər. Kaprizləri yorucu olsa da dürüstlükləri nəyə desəz dəyər. Asanlıqla insanları təsir altına sala bilən bürc sahibləri özləri də kifayət qədər təsir altına düşə bilirlər. Tələbkarlıqları çoxdur. Özlərinə necə yanaşırlarsa, ətrafdakı insanlara da elə yanaşırlar. Hissiyyatları olduqca güclüdür. Hisləri onları heç vaxt aldatmaz.

Fındıq - bu bürc altında doğulan insanlar cəlbedici, anlayışlı və tələbkar olmasa da sosial həyatda çox fəal olurlar. Münasibətlərdə çox kaprizli olurlar. Nazlarını çəkməyə hər kəsin gücü yetməz. Buna baxmayaraq ədalət hissi güclü olur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm