Qoroskop
Bürclər - 18 oktyabr
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Diqqətli olun. Yaxın ətrafınızdakı
insanların istəklərini anlamağa cəhd göstərin. İşgüzar tərəfdaşınız
və ya həmkarınızın əhvalı pis ola bilər. Ona görə də soyuqqanlı
davranmağınız gərəkdir.
Günün ikinci yarısında münasibətləri gərməyin. Münaqişə səbəbkarı
olmayın. Danışıqlar və ya söhbət əsnasında problemli mövzuların
təhlilinə başlamayın. Əhəmiyyətli məsələlərdən birinin həllini
ertələmək olar.
Sevdiyiniz insanla ünsiyyətdə diqqətli, səbrli olun. Güzəştə meylli
insan təsiri bağışlayın.
Buğa - Tərəfdaşlar və həmkarlarla münasibətləri
daha da inkişaf etdirin. Yeni layihənin icrasına başlamaq, ideyanı
gerçəkləşdirmək fikriniz varsa, aktiv olun. Süstlüyə qapılmayın.
Qarşı tərəfi dinləyin, onun sözünü kəsməyin.
Günün ikinci yarısında ehtiyatsızlıqla söylənən kəlmə indiyədək
çətinliklə yaradılan əlaqələri poza bilər. Yaxınlarınızla
münasibətlərdə səmimi olun. Yalan danışmayın.
Yeni müttəfiq qazanmaq zamanıdır.
Əkizlər - Yaradıcılıq fəaliyyəti ilə məşğul
olanları uğur gözləyir. Tərəfdaş və müttəfiqlərinizin qatıldıqları
tədbirdə iştirak edin. Onlardan dəstək alacaq, yeni ideyaları
paylaşmaq şansı əldə edəcəksiniz.
Təcili yola çıxmaq zərurətinin yarandığı situasiya formalaşa bilər.
Sükan arxasında ehtiyatlı olun. Problemlər riski artır.
Günün ikinci yarısında dostların sözlərinə qulaq asın. Axşam
saatlarını evdə keçirmək olar. Romantik görüşü təxirə salın.
Vaxtınızı sevdiyiniz insana həsr edin.
Xərçəng - Asan gün deyil. İstənilən məqsədə
çatmaq üçün adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız.
Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Bütün sədləri dəf etmək
üçün enerjiniz yetərincədir.
Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Mənasız xərclərə
yol verməyin.
Romantik təmaslar üçün yaxşı zamandır. Sevdiyiniz insanla təmaslar
sizi sevindirəcək. Dəvət aldığınız tədbirlərə qatılın. Yeni
tanışlıqlar olacaq.
Axşam saatlarında normal istirahət edin.
Şir - Sayıq olun. Mühüm sənədlərin
hazırlanmasında, hesabatların tərtibatında, həmkarlar və
tərəfdaşlarla qarşılıqlı əlaqələrdə maksimal dərəcədə diqqətlə
davranın. Texniki gecikmələr, avadanlığın sıradan çıxması istisna
deyil.
Səbirli, təmkinli olun.
Günün ikinci yarısında həmsöhbətlərdən biri kobudluğu və
tərbiyəsizliyi ilə sizi sinirləndirəcək. Cavabınız adekvat
olmalıdır. İfrata varmayın.
Axşam saatlarında sizdən üzr istəyəcəklər.
Qız - Sağlam məntiqlə davranın, emosiyalara
qapılmayın. Biznesdə və maliyyə məsələlərində riskli addımlar atmaq
zamanı deyil. Nüfuzunuza zərbə vura biləcək insanlardan uzaq durun.
Daşınmaz əmlak məsələlərinin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısı bankda hesab açmaq, kredit almaq üçün münasib
deyil. Yaxınlarınızla təmaslarda fikir ayrılıqları volüntarist
qərarların qəbuluna səbəb olmamalıdır.
Lakonik danışın. Sürətlə hərəkət edin.
Tərəzi - Stabilliyə nail olmaq istəyiniz sizi
prinsiplərinizdən bir addım da geri çəkilməməyə vadar edir. Yaxşı
taktikadır. Status-kvonu saxlamaq, situasiyaya nəzarət imkanlarını
mühafizə etmək imkanları var. Tərəfdaşlarla fikir ayrılıqları və
ixtilaflar istisna deyil.
Günün ikinci yarısında ruhdan düşməyin. Davranışınızda zəruri
dəyişikliklər etməkdən boyun qaçırmağınız yaxınlarınızda müəyyən
narahatlıq və nigaranlıq yaradacaq. Mövqeyinizi arqumentlərlə
müdafiə edin.
Axşam saatlarını sevdiyiniz insanla əylənərək keçirin.
Əqrəb - İşlərinizi qaydaya salın. Hədəfləri və
məqsədləri təftiş edin. Yaxınlarınızla münasibətlərdə son vaxtlar
gərginləşmələr vardısa, emosiyalarınıza hakim olun.
Düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısında həmkarlarla daha sıx təmaslar qurun.
Kollektiv fəaliyyətdə fayda var. Böyük işlərə başlamaq üçün kiçik
addım kifayətdir. Yetər ki, qərarlı olasınız.
İşdə ehtiyatsız açıqlamanız rəhbərliklə münasibətlərinizi gərə
bilər. Yaxınlarınızdan inciməyin. İntiqam almağa da can
atmayın.
Oxatan - Səhər saatları laübəli və qarışıqdır.
Planlarda dəyişikliklər istisna deyil. Qarşınıza qoyduğunuz məqsədə
çatmaq üçün vaxt və resurs qıtlığı hiss olunacaq. Maneələri dəf
edin, ruhdan düşməyin. Pessimizmə qapılmayın.
Günün ikinci yarısında həll edə bilməyəcəyiniz çətinliklər yoxdur.
Problemlərin çözümünə kreativ yanaşın. Ağır işi yarımçıq qoyaraq
istirahət etməyin. Qətiyyətli və iradəli olsanız, uğur sizi
gözləyir.
Yaxınlarınızdan dəstək alacaqsınız.
Oğlaq - Hisslərinizə hakim olun, spontan
addımlar atmayın. Emosiyalar məntiqi üstələməməlidir. Heç bir halda
aqressiv davranmayın, kobudluq etməyin. İşdə rəhbərliklə,
tərəfdaşlarla, həmkarlarla rəvan danışın.
Günün ikinci yarısında daha təcrübəli həmkarlarla danışın. Onlardan
məsləhət almaqdan çəkinməyin. Yaxşı bələd olmadığınız insanlarla
söhbətdə əvvəlcədən bəlirlənmiş çərçivədən kənara çıxmayın.
Sevdiyiniz insanla ünsiyyətdə danışmaqdan daha çox qulaq asmağa
üstünlük verin.
Dolça - Hazırda məşğul olduğunuz işi yarımçıq
qoyaraq yeni planların gerçəkləşdirilməsinə başlamayın. Rəqibləri
üstələmək üçün ətrafınızdakı situasiyanı tam dəyərləndirin.
Günün ikinci yarısında ən çətin şəraitdə belə, təmkinli
davransanız, uğur qazanacaqsınız. Qarşınıza qoyduğunuz məqsədə
çatmaq üçün daha aktiv davranmağınız gərəkdir. Kiçik problemlərə
vaxt sərf edərək diqqətinizi əsas məsələdən yayındırmayın.
Yaxınlarınızla münasibətlərdə kritik olun. Kimsəni
ideallaşdırmayın. Əks təqdirdə gözləntiləriniz sizi aldada
bilər.
Balıqlar - Adi, rutin gündür. Ekstraordinar heç
bir hadisə baş verməyəcək. Yaşanacaq olayların bir çoxunu
əvvəlcədən təxminləmək mümkündür. Buna rəğmən maliyyə və maddi
məsələlərlə bağlı çətinliklərin yaranması istisna deyil.
Günün ikinci yarısında gərəkli insanlarla əlaqələri işə salsanız,
istənilən sahədəki çətinliyi aradan qaldırmaq olar. Şəxsi
münasibətlərdə önəmli addım atmazdan əvvəl dəyər verdiyiniz insanın
cavab reaksiyasını proqnozlaşdırmağa çalışın.
Milli.az
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...
-
Sosial10:31
Hətta xasiyyəti belə dəyişən ay - Daim içki içən şəxs Ramazanda oruc tutarsa...
-
Ekologiya09:57
Rayonlara qar yağdı, şaxta düşdü - FAKTİKİ HAVA
-
Region09:24
Almanlar Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədində görün nə edirlər - FOTO
-
Nida Xəbər 09:03
Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı paylaşım - FOTO
-
Qoroskop08:34
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC