Bürclər - 6 yanvar
Bizi izləyin

Qoroskop

Bürclər - 6 yanvar

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - nəyin bahasına olursu-olsun mövqeyini qorumağa çalışmayın. Belə olarsa, fərqli fikrə və mövqeyə malik insanlarla münasibətlərdə sərinlik yarana bilər. Kompromisslərə meylli olun. Təmaslardakı gərginliyi aşağı salın, ciddi mübahisələrin yaranmasına imkan verməyin.

Günün maliyyə fonu əlverişli deyil. Pulla bağlı əməliyyatlarda ehtiyatlı olun. Planlaşdırılmamış səfər və ya səyahət olar. Belə səfər çox vaxt alacaq, nəticəsi də uğurlu olmayacaq.

Buğa - yaxın ətrafınızdakı insanlar götür-qoy və təhlil üçün çox vaxt olmadığını israrla təkrarlasalar da, yekun qərar qəbul etməyə tələsməyin. Bütün detalları və şərtləri nəzərdən keçirməmiş addım atmayın. Alış-verişdə bədxərclik etməyin.

Yaxınlarınızla fikir ayrılığı yarana bilər. Güzəştə gedə bilsəniz, münaqişənin qarşısını ala bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın. Maraqlı tanışlıq ola bilər.

Əkizlər - yarımçıq işləri başa vurmaq və çoxdan bəri reallaşdırmağa çalışdığınız layihənin ilkin mərhələsinə başlamaq üçün əlverişli zamandır.

Yaxın ətrafınızdakı insanlar üçün də maraqlı ola biləcək məşğuliyyət tapa bilərsiniz. Ənənəvi, rutin ev işləri və ailə qayğıları həmişəkindən fərqli olaraq, sizi darıxdırmayacaq. Usanmayın, tənbəllik etməyin, aktiv çalışın. Qəfil vizitlər ola bilər.

Səfər və ya səyahəti təxirə salın. Vaxt və qüvvənizi hədər yerə sərf edəcək, qarşınıza qoyduğunuz məqsədlərə çatmayacaqsınız. Alış-veriş üçün pis gün deyil.

Xərçəng - adi günlərdən fərqli olaraq daha emosionalsınız. İstənilən formada tənqidə və ya irada kəskin reaksiya verməyin. Sizi tənqid edən insanlardan uzaq dursanız, yaxşıdır. Çünki onlar əhvalınızı korlaya bilərlər.

Səfər, səyahət uğurlu alınacaq. Vaxtınızı mənasız işlərə səfr etməsəniz, rəqiblərinizlə müqayisədə daha ciddi uğurlara nail ola bilərsiniz.

Alış-verişdə bədxərclik etməyin.

Səhhətinizdə problemlər yaranmayacaq.

Şir - yeniliklər və dəyişikliklər üçün əlverişli gündür. Zərərli vərdişlərdən birini unudun, yaşam arealında dəyişikliklərə başlayın. Fəaliyyətinizin effektivlik səviyyəsini arıtrmağa çalışın.

Rasionda eksperimentlər etməyin.

Planlaşdırılmamış görüşlərdən biri xoş təəssüratlar yarada bilər. Peşəkar fəaliyyət sahəsindəki problemlərin həllində sizə yardım edə biləcək insanla əlaqə saxlayın. Köhnə borclardan birini qaytaracaqlar.

Qız - çoxdan bəri qarşınıza qoyduğunuz məqsədlərdən birinə çatacaqsınız. Qətiyyətli və inadkar olun. Yolunuzda sədlərlə maneələr yaranırsa, onları dəf edin. Yeni müttəfiqin sayəsində yaranan problemləri birlikdə həll edə biləcəksiniz. İşgüzar və şəxsi münasibətlər üçün əlverişli zamandır.

Gəlirlər istsina deyil. Xərclər çox olsa da, maliyyə problemləri yaranmayacaq. Qəfil hədiyyə, köhnə dostlar və ya qohumların xoş sürprizləri ola bilər.

Tərəzi - yeni işə başlamaq və ya layihəni reallaşdırmaq üçün uğurlu gün deyil. Bir qədər əvvəl başladığınız işi bitirin. Təcili həllini tələb edən məişət problemi yarana bilər. Qayda yaratmaq üçün bir qədər vaxt lazımdır. Müstəqil çalışın. İstənilən alət və mürəkkəb texnika ilə ehtiyatları davranın. Nasazlıq və ya sıradan çıxma ola bilər.

Günün ikinci yarısı ünsiyyət, dostlarla görüş, qonaq qəbulu üçün əlverişlidir. Planlaşdırılmamış səfər də ola bilər. Səfərə könülsüz yollansanız da, evə yaxşı əhvalla qayıdacaqsınız.

Əqrəb - istənilən format və mürəkkəblik səviyyəsindəki problemlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanlar sizdən məsləhət və ya yardım istəyirlər. Qeyri-formal şəraitdə işgüzar görüşlər yaxşı keçəcək.

Yeni, birgə kommersiya layihəsi ilə bağlı işlər yaxşı gedə bilər. Gəlir istisna deyil.

Maliyyə müşküllərini sürətlə, ən əlverişli şəikldə həll etməyə çalışın. Sevdiyiniz insanla fikir ayrılıqları ola bilər. Fəqət, münaqişəyə yol verməsəniz, münasibətlərdəki harmoniya tezliklə bərpa olunacaq.

Oxatan - yaranan problemləri effektiv həll etmək üçün yaxşı gündür. İstirahət və əyləncə ilə bağlı fikirləri bir qədər təxirə salın.

Günün maliyyə fonu əlverişlidir. Aktiv çalışın. Fiziki iş yorucu, usandırıcı təsir bağışlamayacaq.

Sevdiyiniz insanla münasibətlərə dəyər verin, həssas olun. Yaşam arealında dəyişikliklər etmək zamanıdır.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq - işlər planlaşdırdığınızdan bir qədər artıqdır. Səy göstərsəniz və qətiyyətli olsanız, problemləri vaxtında həll edə bilərsiniz. Kiçik problemlər əhvalınızı pozmasın. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Pozitiv emosiyaları yaxın ətrafınızdakı insanlarla paylaşın. Belədə münasibətlərdə rəvanlıq formalaşar.

Kompüter və ya smartfon almaq olar.

İş rejiminə riayət edin. Orqanizminizi sınağa çəkməyin. Özünüzü ifrat dərəcədə yormayın.

Dolça - kiçik anlaşılmazlıqlar və ixtilaflar əhvalınızı korlamasın. Baş verən olaylara rəğmən nikbin olun. Pərişanlığa qapılmayın .

Günün ikinci yarısında yaxın bildiyiniz insanın yardımı ilə çətin problemin çözümünü tapacaqsınız.

Yeni biliklər və bacarıqlar əldə etmək üçün əlverişli zamandır. İnformasiya yaxşı əxz olunur. Tədqiq etdiyiniz obyektlə maraqlanın.

Maliyyə fonu münasibdir.

Balıqlar - işlər çoxdur və bu səbəbdən də vaxtınızdan səmərəli istifadə edin. Fəaliyyət planını əvvəlcədən hazırlayın. Mühüm olan məsələni heç bir halda, əsla unutmayın. Alış-verişdə emosiyalara qapılıb bədxərclik etməyin. Bahalı nə isə almazdan əvvəl ailə üzvləri ilə məsləhətləşin. Onlar qənaətin yolunu deyəcəklər.

Rasiona fikir verin. Qida zəhərlənməsi riski olduğundan sayıq davranın. Ünsiyyət dairəsini genişləndirmək üçün əlverişli zamandır.

Axşam saatlarında əhvalınız yaxşılaşacaq.

Milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm