Qoroskop
Bürclər - 24 fevral
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - ehtiyatlı və sayıq olun. Mühüm, maraqlı,
əhəmiyyətli hadisələr baş verə bilər. Heç nəyi diqqətdən
qaçırmayın. Gördüklərinizi təhlil edin. Faktları normal müqayisə
edə bilsəniz, bədxahlarınızı geridə qoymağınıza imkan verəcək
addımlar ata bilərsiniz.
Günün ikinci yarısında səhv etmək çox asandır. Şəxsi münasibətlərdə
ciddi problemlər yarana bilər. Dəyər verdiyiniz təmaslar sonuclana
bilər. Maliyyə durumu stabilliyi ilə fərqlənmir. Tələsik qərarlar
qəbul etməyin.
Buğa - qələbələr və nailiyyətlər əldə etmək
çətindir. Fəqət yaxşı çalışıb səy göstərsəniz, irəliləyəcəksiniz.
Əməyinizin müqabilində ödəniş pis olmayacaq. Taleyə şikayətlənməyə
dəyməz.
İşlərinizdə aktiv və enerjili olun. Günün ikinci yarısında sizi
maraqlı tanışlıq gözləyir.
Mövqe və baxışlarınızı gizləmək istəməyərək yaxın ətrafınızdakı
insanlara onların eşitmək istəmədikləri sözləri deyirsiniz.
Düz söz danışanı kimsə sevmədiyindən bir qədər ehtiyatlı olun.
Rəğbət bəslədiyiniz insanlarla əlaqələri sərinlətməyin.
Əkizlər - zəruri ehtiyac olmadan risk etiməyin,
tələsik addımlar atmayın. Yaxın ətrafınızdakı insanların sizdən
kəskin şəkildə narazı qalmalarına imkan verməyin. Sizi intriqalara
cəlb etməyə, təxribatlara çəkməyə çalışırlar. Yaxşı tanımadığınız
insanların boş vədlərinə uymayın. Bədxahlarla düşmənlərin sayını
artırmayın. İşgüzar ünsiyyət baxımından çox çətin gündür. Şəxsi
münasibətlərdəki çətinliklərin sayını artırmayın.
Yaxınlarınız sizi sevir, dəyər verirlər.
Rasionunuza fikir verin. Tamahkarlıq etməyin. Fiziki işi
azaldın.
Xərçəng - çətinliklərə və anlaşılmazlıqlara rəğmən
konstruktiv çalışın. Son həftələr ərzində sizi narahat edən
problemləri həll etmək imkanlarınız var. Bunun üçün qeyri-standart
addımlar atmaq gərəkdir. Şablon təfəkkür zərərlidir.
Birgə layihələrə qatılın, əməkdaşlıq təmaslarında fəal olun.
Probleminizlə bağlı dövlət qurumlarına baş çəkə bilərsiniz.
Axşam saatları bilik və bacarıqların artırılması, yaradıcılıq üçün
əlverişlidir.
Şir - Etiraf etmək istəməsəniz də, bu gün yaşanan
münaqşələrin tam əksəriyyətinin səbəbkarı sizsiniz. Yaxınlarınızı
mənasız iradlar və yersiz hərəkətlərlə qıcıqlandırmayın.
Dəvət aldığınız tədbirə yollanmayın. Amma o tədbirə getməkdə
qərarlısınızsa, diqqət mərkəzində olmamağa çalışın. Alış-veriş
məsləhət deyil.
Qız - maliyyə baxımından əlverişli gün deyil.
Xərclər və məsrəflər çoxdur. Sərmayə kimi yatırdığınız pulların
yaxın zamanda "qayıdış" ehtimalı azdır.
Alış-veriş üçün münasib gün deyil. Bu gün alacağınız əşyalar
gözləntilərinizi doğrultmayacaq. Yaşam potensialı səviyyəsi
aşağıdır. Adi günlərdən fərqli olaraq daha çox yorulursunuz. Hətta
ən sadə və rutin işlər sizə mürəkkəb, yorucu təsir bağışlayır.
Dostlarla görüşlər, qonaq qəbul etmək üçün əlverişli gündür.
Yaxınlarınızın yanında özünüzü rahat hiss edəcək, bir çox
problemləri unudacaqsınız. Kiçik səfər və ya səyahət üçün əlverişli
zamandır. Lakin sükan arxasında olmayın.
Axşam saatları ailəvi istirahət üçün münasibdir.
Tərəzi - rəğbət bəslədiyiniz insanlara yardım
edin, onlarla birlikdə işləməyə çalışın. Yaxın ətrafınızdakı
insanlar sizinlə maraqlanırlar. Gün xoş görüşlər, ilginc
tanışlıqlar, yeni layihələr vəd edir.
Yeni və ciddi romantik münasibətlərin əsasını qoyula bilər.
Dəyişikliklər yaşamınızda önəmli rol oynaya bilər.
Maliyyə baxımından əlverişli gündür. Gəlir, uğurlu investisiya,
sərfəli alış-veriş istisna deyil. Nüfuzlu insanlarla təmaslar və
danışıqlar üçün əlverişli zamandır. Hami, investor tapa
bilərsiniz.
Əqrəb - ilk baxışdan göründüyünün tam tərsinə
olaraq irəliləyiş və uğur çətin deyil. Başlayacağınız işlərin
bəzilərini tanıdığınız insanlar görə bilmirlər. Özünüzə əmin,
qətiyyətli olun ki, ətrafınızdakı insanlar da sizdən ibrət
alsınlar.
Köç və ya iş yerini dəyişmək üçün pis gün deyil.
Yeni tərəfdaşlarla əməkdaşlıq başlana bilər. Onlar uzun çək-çevir
olmadan sizə kart-blanş verəcəklər və nəticədə mühüm qərarları
təkbaşına qəbul edə biləcəksiniz.
Kommersiya layihəsi gəlir vəd edir.
Oxatan - müsbət təmayüllərin təsiri güclənir. Gün
uğurludur. İşgüzar aktivlik səviyyəsi yüksəkdir və bu, sizə
rəqiblərinizlə müqayisədə daha yaxşı mövqelər əldə etməyə imkan
verir.
Biznesin genişləndirilməsi, iri sövdələşmə və anlaşmalar üçün
əlverişli gündür. Genişmiqyaslı layihə çərçivəsində işə başlamaq
olar. Bir şərtlə ki, uzun müddət ərzində bütün vaxtınızı bu işə
həsr etməyə hazır olasınız.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Yaxınlarınızı işlərinizə
cəlb etməkdən çəkinməyin. Ehtiyacınız olan yardımı alacaqsınız.
Qısamüddətli səfərlər pozitiv emosiyalar bəxş edəcək.
Oğlaq - gün sürprizlərlə doludur. Onların hamısı
xoş deyil. Hər şeyə rəğmən pozitiv əhval-ruhiyyə problemləri
çözməyə və sədləri dəf etməyə, qarşınızda yaranan imkanlardan tam
yararlanmağa şərait yaradır.
Bahalı və xoş hədiyyələr istisna deyil.
Şəxsi həyatınızdakı dəyişikliklər ciddi səciyyəli ola bilər. Bir
sıra məqamlar istəklərinizdən asılıdır. Səfərdə, yolda ehtiyatlı
olun. Hər hansı formada riskə yol verməyin.
Axşam saatlarını evdə keçirin.
Dolça - gərgin, hadisələrlə zəngin və yorucu
gündür. Ruhdan düşməyin, irəliləyin. Nə üçün çalışdığınızı anlayın.
Qarşınıza qoyduğunuz məqsəd ciddi və konkret olmalıdır.
Qohumlarınız işlərinizə qarışmağa çalışacaqlar. Münaqişəyə yol
verməmək üçün onlara başa salın ki, işlərin çəmini anlayırsınız. Bu
və digər situasiyada necə davranmaqla bağlı məsləhət
gözləməyin.
Mühüm məsələləri həll etmək olar. Köç və ya iş yerinin
dəyişdirilməsi ilə bağlı düşünmək olar. Tələsik addım atmayın,
sağlam məntiqlə davranın. Belə olarsa, yanlışlıq və səhv riski
azalacaq.
Balıqlar - istənilən işə başlamaq olar. Dostlar,
tərəfdaşlar və yaxınlar sizi dəstəkləməyə hazırdırlar. Çoxdan bəri
reallaşdırmaq istədiyiniz planı həyata keçirmək üçün münbit
şəraitdir. Aktiv olun, süstlük etməyin. Çətin situasiyalarda bel
bağlamağa adət etdiyiniz insanın dəstəyini itirə bilərsiniz.
Yaxınlarınızla münasibətlər birmənalı deyil. Bəzi məqamlar
açıqlanmır. Sirlərin çox olduğu şəraitdə qarşılıqlı anlaşma
çətinləşir.
Bundan başqa, aldığınız informasiyaların əksəriyyəti səhih deyil.
Nəyin yanlış, nəyin dürüst olduğunu dəqiqləşdirin.
Milli.az
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO