• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

Bürclərin xoşbəxtlik düsturu - SİRLİ MƏQAMLAR

  • Qoroskop
  • 29 May 2019 08:00
  • 2 852 Baxış
Bürclərin xoşbəxtlik düsturu - SİRLİ MƏQAMLAR

Hər kəs bu həyatda xoşbəxt olmaq istəyir. O da həqiqətdir ki, pulun mövcudluğu bu hədəfin reallaşmasına həmişə kömək edə bilmir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, astroloqlar bürclərin həyat tərzi, daha doğrusu, xoşbəxtlik və harmoniya əldə etmək üçün lazım olan vacib məqamları açıqlayıb.

Qoç

Qoçlar macəraların və yeni hislərin dolu olduğu həyat azrulayır. Gündəlik adrenalin onlara hava-su kimi vacibdir. Başqa cür onlar darıxacaq və həyatdan zövq ala bilməyəcək.

Buğa

Buağalara saat kimi işləyən bir həyat lazımdır ki, onlar heç nə haqqında narahatlıq keçirtməsin.

Əkizlər

Əkizlər etdiklərinə görə mühakimə edilməyəcəyi həyata ehtiyac duyur. Onlar özlərinə sadiq qalmaq və özünü həmişə rahat hiss etmək istəyir.

Xərçəng

Xərçənglərə hər istədiyini edə biləcəyi bir həyat lazımdır. Onlar üçün öz qabığına çəkilə biləcəyi şəxsi məkanın olması vacibdir. Bu, Xərçənglərə rahatlıq və əmin-amanlıq verəcək.

Şir

Şir bürcləri elə bir həyat arzu edir ki, dəyər verildiyini və ətrafdakıların hörmətini daim hiss edə bilsin.

Qız

Qız bürcləri idarə edə bilmədiyi şeylər haqqında narahat olmaqdan vaz keçə bildiyi - stressdən uzaq bir həyat arzusundadır.

Tərəzi

Tərəzilər özlərini qəbul edə, eyni zamanda, sülh və harmoniya tapa biləcəyi bir həyatın həsrətindədir.

Əqrəb

Əqrəblər üçün düşüncələrini hər zaman açıq şəkildə ifadə edə bilmək vacibdir.

Oxatan

Oxatanlara elə bir həyat tərzi lazımdır ki, istədiyi kimi yaşaya və davrana bilsin.

Oğlaq

Oğlaqlara bu dünyada etdiyi hər şeyin özlərinə qayıda biləcəyi bir həyat lazımdır, çünki bu, onlar üçün vacibdir. Həmçinin hörmətli olmaq istəyirlər.

Dolça

Dolçalar istədiyini edə biləcəyi və hərəkətlərinə görə heç bir məsuliyyət daşımadığı həyat sürmək istəyir.

Balıq

Balıqlara isə sevdiyi insanın gecə-gündüz yanında olmasından başqa heç nə lazım deyil.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR