• USD 1,7000 0,00% EUR 1,8796 -0,46%
    • GBP 2,2347 -0,08% RUB 0,0267 0,00%

Bürcləri 2020-ci ildə gözləyən İNANILMAZ SÜRPRİZLƏR: eşq, pul, ehtiras... - VİDEO

  • Qoroskop
  • 6 Dekabr 2019 13:30
  • 4 946 Baxış
Bürcləri 2020-ci ildə gözləyən İNANILMAZ SÜRPRİZLƏR: eşq, pul, ehtiras... - VİDEO

Video əlavə olunub.

***

Vaxt keçir, illər bir-birinin ardınca uçur, 2020-ci ilin gəlməsinə artıq sayılı günlər qalıb. Odur ki, gələn ilin ulduz falı ilə tanış olmaq üçün əsl vaxtdır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, münəccimlər gələn il bütün bürcləri həyatının ən önəmli dövründə sürprizlər gözlədiyini bildirib.

Qoç

Qoç bürcünün nümayəndələri 2020-ci ildə inadcıl xarakterini cilovlamağı və hadisələrə daha loyal yanaşmağı öyrənməli olacaq. İlin sahibi - Siçan ədəbsizliyə dözmür, odur ki, müvəffəqiyyətə xarakterinizi yumşaltmaq yolu ilə nail ola bilərsiniz.

2020-ci il yorğunluqla başlayacaq. Özünüzə keyfiyyətli tətilə çıxmağa icazə verin: dənizə səyahət, xaricə tur.

Buğa

Karyera pillələri boyunca çoxdan gözlənilən yüksəlmə, artım, sabitlik və zəfərin təntənəli yürüşü sizə doğru yaxınlaşır. İllər keçdikcə bu bürcün insanları daha hiyləgər və diribaş olmağı öyrənirlər. Ağ Siçan ili sizə qarşılıqlı, ehtiraslı, möhkəm sevgi vəd edir.

Əkizlər

Sürətlə qələbələrin, qəfil qazancın, sərgüzəştlərin pərəstişkarı olan Əkizlər bürcünün nümayəndələri üçün həyat prioritetlərini yenidən nəzərdən keçirmək daha yaxşı olar. Metal Siçan müntəzəmliyi və planlaşdırmanı sevir.

Sevgi cəbhəsi sizi etibarlı münasibətlərlə sevindirəcək. İl, sərfəli və uzunmüddətli ittifaqlar bağlamaq üçün qarşınızda yeni fürsətlər açacaq.

Xərçəng

İş yerində həmkarlarla münasibətlərin kəskinləşməsi mümkündür. İntriqalara cəlb olunmamaq üçün səbir və uzaqgörənlik göstərmək lazımdır. Xərçənglər rəhbərləri ilə ortaq dil tapmalı olacaq. 2020-ci il güclü münasibətlər və uşaq sahibi olmaq üçün mükəmməldir.

Şir

Şir bürcündən olanlar qarşılıqlı münasibət qurmağı bacarır. Həmkarları üçün əla əməkdaşdırlar, həmişə kömək etməyə tələsir, rəhbərlik isə onlarda etibar edə biləcəyi insanı görür. Ağ Siçan ili biznesmenlərə və öz işini quran insanlara uğur gətirəcək, eyni zamanda yeni perspektivləri görməyə kömək edəcək.

Qız

İşgüzar Qız bürcünün nümayəndələri əvəzolunmazdır. İşini sevirlərsə, nadir hallarda boş oturarlar. Qarşıya məqsəd qoysalar, qələbə naminə bütün maneələri aşmağa hazırdılar.

Yeni ilin ilk ayları əsl sevgini tapmaq üçün qarşınızda gözlənilməz fürsətlər açacaq. Bu fürsət xoşbəxt olmaq üçün böyük bir şansdır, ancaq hakim olmaq istəyini idarə etməyi öyrənməlisiniz.

Tərəzi

Tərəzi bürcündən olanları yaxşı nəticələr göstərdiyi, yüksək gəlirli aktiv iş həyatı gözləyir. İl, bürcün düşüncəli, zəhmətsevər, səliqəli və qənaətli nümayəndələrinə bütün fəaliyyətlərində hərtərəfli dəstək vəd edir.

Əqrəb

Əqrəblər mürəkkəb xarakterə malikdir. İlin sahibi asan xarakterli deyil, odur ki, ilin göndərdiyi hər sınağı təbəssüm və özünəinamla qarşılamaq lazımdır. Bu, sizə problemlərin öhdəsindən gəlməyə kömək edəcək.

Oxatan

Sakit və nəcib qalmağa müvəffəq olanları taleyi istənilən mövqeyi əldə etməyə kömək edəcək. Ciddi münasibətdən qorxmayan. Oxatan bürclərini isə xoşbəxt ailə həyatı gözləyir. Gələn il hardasa məskunlaşmaq, ailə və uşaqlar barədə düşünməyə başlamaq üçün gözəl vaxtdır.

Oğlaq

2020-ci ildə öz xoşbəxtliyinizi tapmaq çətin olmayacaq. Bu bürcün kişi və qadın nümayəndələri gələn il tək olmayacaq. Baharın sonu darıxdırıcı görünəcək, ancaq yayın əvvəlinə qədər maddi vəziyyət xeyli yaxşılaşacaq, xəyallarınız reallaşmağa doğru gedəcək.

Dolça

Dolçalar üçün təmiz və isti bir il olacağı gözlənilir. Siçan fırıldaqların sizi yıxmasına imkan verməyəcək. Yanvar ayından baharın sonuna qədər möhkəm ailə quracağınız gözəl bir sevgi ilə qarşılaşacaqsınız. Ailənizin uşaqlarla böyüməsi, mənzillərin genişlənməsi, var-dövlət təmin edilməsi vəd edilir.

Balıq

Balıq bürcündən olanlar üçün 2020-ci il istirahət etmək, yatmaq, heç nə etməmək arzusu ilə başlayacaq. Vaxt keçirmək üçün münasib zaman deyil, Siçan Metal ili belə deyir. Xüsusilə yeni ildə Balıq bürcünün nümayəndələri ailə üzvlərinə kömək etmək üçün əlavə maliyyə ehtiyacı duyacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR