Astroloji proqnoz - 15 iyul
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 15 iyul

QOÇ - Ağır fiziki işlərə bir qədər ara verməyiniz tələb olunur. Əks təqdirdə səhhətinizdə mənfi fəsadlar baş qaldıra bilər. Nahardan sonra şəxsi büdcənizi artırmaq üçün imkanlar qazanacaqsınız.

BUĞA - İstirahət haqqında düşünməyin. Çünki indiki məqamda bütün perspektivləriniz aktivliyinizdən asılıdır. Qarşıdakı həftədə görəcəyiniz işləri indidən planlaşdırın. Maraqlı görüşlər də labüddür.

ƏKİZLƏR - İxtiyarınızda olan bu təqvim sizin üçün o qədər də rəngarəng keçməyəcək. Yaxın olduğunuz şəxslərlə münaqişəniz gözlənilir. Fəaliyyətdə də xoşagəlməzliklər mümkündür. Odur ki, tədbirli olun.

XƏRÇƏNG - Hər mənada əhəmiyyətli gündür. Bir tərəfdən çoxdan görmədiyiniz adamlarla rastlaşmağınız, digər tərəfdənsə qarşılıqlı münasibətlərdə rəvan davranışlar sizə rahatlıq bəxş edəcək.

ŞİR - Əksər sahələrdə sevindirici hadisələrlə rastlaşma ehtimalınız var. Lakin bu, maliyyə məsələləri ilə bağlı olmayacaq. Hər halda ovqatınıza mənfi təsir göstərən amil gözlənilmir.

QIZ - Bəzi cəhdləriniz uğursuzluqla nəticələnsə də, buna görə qəmlənməyə dəyməz. Çünki Göy qübbəsi nahardan sonra sizə gözlənilməz sevinc bəxş edəcək. İşdə uğurlarınız da mümkündür.

TƏRƏZİ - Əsas enerjinizi sevgi münasibətlərinə yönəldin. Çünki yeganə uğurunuz bu sahə ilə bağlı olacaq. Fəaliyyət zəminində isə hansısa irəliləyişi gözləməyə dəyməz. Yalan danışmayın.

ƏQRƏB - Astroloji göstəricilər saat 18-ə qədər uğurlu məqamlar yaşayacağınızı bəyan edir. Sonrakı müddəti isə neytral şəkildə başa vurun. Bu gün varlanma ehtimalınız böyükdür.

OXATAN - Qarşınızda böyük perspektivlər durur. Hansı addım atacağınızdan asılı olan gələcək situasiyalar məsuliyyət hissinizi də artırmalıdır. Ağlınız kəsməyən işlərə ciddi yanaşmayın.

OĞLAQ - Ciddi sınaqlarla baş-başa qaldığınızı nəzərə alan ulduzlar hər hansı riskin yolverilməz olduğunu vurğulayır. Qərar çıxararkən mövcud vəziyyəti və imkanlarınızı gözönünə gətirin.

SUTÖKƏN - Bu gün sizə mütləq kimsə kənardan dəstək verməlidir. Yoxsa passivliyiniz aradan qalxmayacaq. Pulla bağlı problemlərinizin həllinə çalışın. İctimai yerlərdə az görünün.

BALIQLAR - Yaxşı olar ki, ağır fiziki işlərə ara verəsiniz. Əsas gücünüzü diplomatik görüşlərə həsr edin. Mənfi enerjili Ay bu gün sizin bürcdə qərar tutduğu üçün daha diqqətli olun, xüsusən də səhhətlə bağlı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm