Ulduz falı - 2 iyun
Bizi izləyin

Qoroskop

Ulduz falı - 2 iyun

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - ehtiyatlı və sərvaxt olun. Olaylar istədiyiniz istiqamətdə inkişaf etməsə də, situasiya az sonra dəyişəcək. Sadəcə, bir qədər gözləmək gərəkdir. İşdə rəhbərliklə mühüm məsələləri müzakirə etməyin. Ümumiyyətlə, rəhbərlikdən uzaq durun. Mövqe və baxışlardakı fərqlər münaqişə yarada bilər.

Günün ikinci yarısında alış-verişdə çox pul xərləməyin. Tamamilə gərəksiz əşya almaq riski çoxdur. Axşam saatlarına yaxın işgüzar fəallıq səviyyəsi aşağı düşəcək. Süstlük və apatiyaya qapılmayın. Aktiv olun.

Buğa - mənfi təmayüllərin təsiri artsa da, nikbin olun. Kiçik problemlərə fikir verməyin. Məqsədə doğru hərəkəti davam etdirin. Hədəfləriniz yaxın ətrafınızdakı insanlara illüzor təsir bağışlasa da, geri çəkilməyin.

Günün ikinci yarısı yeni işə başlamaq, çoxdan sizi cəlb edən sahədə qüvvələri sınamaq üçün yararlıdır.

Səfər və ya səyahət üçün pis zaman deyil. Alış-verişdə arzuladığınız əşyanı ala bilərsiniz. Şəxsi münasibətlərdə müsbət dəyişikliklərə başlayın. Olayların sərfəli axarından yararlanın.

Əkizlər - maraqlı və mühüm işə başlamaq üçün münasib zamandır. Uzun müddət çalışacağınız genişmiqyaslı layihəyə başlamaq olar. Etibarlı müttəfiqlər tapacaq, çoxdankı işgüzar tərəfdaşlarla münasibətləri bərpa edəcəksiniz.

Hadisələrin məcrasına təsir imkanlarına malik nüfuzlu insanla tanış ola bilərsiniz.

Günün ikinci yarısı şəxsi münasibətlər üçün yararlıdır. Yaxınlarınızı anlamağa çalışın. Dəyər verdiyiniz insanlarla dil tapın.

Sevdiyiniz insana axşam saatlarında sürpriz edə bilərsiniz.

Xərçəng - qarşınıza qoyduğunuz məqsədlərdən imtina etməyin. Yaxın ətrafınızdakı insanların nə deməsindən asılı olmayaraq seçdiyiniz yoldan sapmayın. Qətiyyətli və inadkar şəkildə çalışsanız, irəliləyişə nail olacaqsınız.

İşdə kiçik problemlər, həmkarlar və rəhbərliklə fikir ayrılıqları istisna deyil. İxtilafı xüsusi səylər göstərmədən aradan qaldırmaq olar.

Günün ikinci yarısı zəruri sənədlərin hazırlanması üçün əlverişli zamandır. Yeni tanışlıqlar asanlıqla formalaşacaq. Bəyəndiyiniz insanlarla yaxından tanış olmağa tələsməyin. Bu adamları əvvəlcə öyrənməyə, tanımağa çalışın. Əks təqdirdə pərişan ola bilərsiniz.

Şir - uğursuz gün olsa da, narahat olmağa, təşvişə düşməyə dəyməz. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq. Səbrli və qayğıkeş olun, təmkinli davranın. Təxribatlara uymayın. Formalaşmış ənənələr və qaydalar çərçivəsindən kənara çıxmamağa çalışın.

Günün ikinci yarısında sərvaxt davranın. Haqqınızda şayiələrin yayılmasına, böhtanların çoxalmasına imkan verməyin.

İşdə və evdə mübahisələr, fikir ayrılıqları olsa da, münaqişənin yaranmasına imkan verməyin. Yaşam potensialınız yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.

Qız - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə dəyişikliklər zamanıdır. Əhvalınızı pozan, mənfi energetikalı insanlarla təmasları minimuma endirin. Sürəkli şəkildə sizi tənqid edən ancaq çatışmazlıqlarınız və nöqsanlarınızdan danışan insanlardan uzaq olun.

Son vaxtlar sizi narahat edən məsələləri rəhbərliklə müzakirə edin. Cavab sizi qane etməsə belə, düzgün qərar qəbul etməyə imkan verən informasiya əldə edə bilərsiniz.

Günün ikinci yarısında aktiv çalışın.

Axşam saatlarını evdə keçirin, yaxınlarınıza vaxt ayırın. Dəvət aldığınız tədbirlərdən imtina edin. Yeni tanışlarla ehtiyatlı davranın.

Tərəzi - mahiyyət etibarilə pis gün deyil. Peşəkar fəaliyyət müstəvisində ciddi uğurlara nail olmasanız da, irəliləyişlər olacaq. Gözləntiləriniz tam doğrulmayacaq. İntellektual fəaliyyət, gələcəklə bağlı planların müzakirəsi üçün pis zaman deyil. Maliyyə və əmlak məsələlərini həll etmək olar. Yeni tanışlıqlar məhsuldar işgüzar əməkdaşlıq və yeni tanışlıqlar istisna deyil.

Günün ikinci yarısında yaradıcılıq poltensialı yüksəkdir. İdeyalar pis deyil. Qərarlarınız orijinal və məntiqli olmalıdır. Yaşamınızda köklü dəyişikliklər zamanı çatıb.

Əqrəb - günün ilk yarısında ehtiatlı olun. Mənfi təmayüllərin təsiri böyükdür. Yanlışlıq və səhv riski artır. Situasiya zaman keçdikcə düzələcək. Axşam saatlarına yaxın durum daha əlverişli, rahat olacaq.

Günün ikinci yarısında yaradıcılıq potensialı artacaq. Boş vaxtınızdan mövqelərinizin möhkəmlənməsi üçün istifadə edin. Təxəyyülünüzdən yararlana bilərsiniz.

Yeni romantik münasibətlərin başlanması istisna deyil. Maraqlandığınız insanla təmaslarda intuisiyanıza çox güvənməyin. Tələsməyin, aldana bilərsiniz.

Oxatan - vaxtınızı mənasız və boş işlərə sərf etməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün vasitələrdən yararlanın. Əvvəlki günlərdən fərqli olaraq çətin işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Yaxın ətrafınızdakı insanlar uğurlarınıza təəccüblənəcəklər.

Günün ikinci yarısında bədxah və rəqiblərin sizə paxıllıq etmələrindən narahat olmayın. Onlar sizə heç nə edə bilməyəcəklər.

Ağıllı, maraqlı, qeyri-standart insanlarla ünsiyyət üçün əlverişli zamandır. Tanışlarınızın arasında belə adamlar yoxdursa, narahat olmayın. Müvafiq tanışlığa nail olmaq şansı yüksəkdir.

Oğlaq - əlverişli və uğurlu gündür. Amma hadisələr istədiyiniz və gözlədiyiniz sürətlə inkişaf etmir. Qələbəyə çətinliklə nail olacaqsınız. Səy göstərməyə, ağır işə hazır olun. Nəticələr sizi pərişan eməyəcək. Məmurlarla təmaslar, dövlət qurumlarının nümayəndələri ilə əlaqələr üçün əlverişli gündür.

Günün ikinci yarısı işdə irəliləyiş və ya maaş artımına çalışın. Aldığınız təklifləri diqqətlə nəzərdən keçirin. Şəxsi münasibətlər baxımından neytral gündür. Situasiyada dəyişikliklər istəyirsinizsə, təşəbbüskar olun.

Dolça - çox uğurlu gündür. Başladığınız işləri başa vurmağa çalışın. Ənənələri pozmaq, bildiyiniz kimi davranmaq olar. Yaxın ətrafınızdakı insanlar sizi təqdir etməsələr də, yolunuzdan sapmayın. Dostlar və müttəfiqlər sizdən yardımlarını əsirgəməyəcəklər. Amma onların dəstəyi olmadan da məqsədlərinizə çata bilərsiniz.

Günün ikinci yarısında sevim qarşısında qalacaqsınız. Düşünün, sizə ən çox nə gərəkdir: dostların dəstəyi və işlərinizdə iştirakları, yoxsa fəaliyyət azadlığı?

Peşəkar fəaliyyət müstəvisində maraqlı və cazibədar perspektivlər yaranır. Karyerada inkişaf istisna deyil. Yaxşı gəlir əldə etmək və ya yeni gəlir mənbəyini tapmaq da olar. İntuisiya sizi aldatmayacaq.

Balıqlar - peşəkar fəaliyyət müstəvisindəki məqsədlərə çatmaq üçün əlverişli zamandır. Problemlərin həllinə yaradıcı yanaşaraq zəruri işləri görün. Qərarlarınız qeyri-standart, addımlarınız orijinal olsun. Yaxın ətrafınızdakı insanların diqqətini cəlb edəcəksiniz.

Günün ikinci yarısı yeni işə başlamaq və ya iş yerini dəyişmək üçün əlverişlidir.

Fiziki iş və ya idmanla məşğul olmaqda xeyir var.

Dostlarla görüş və ya romantik təmaslar xoş hisslər yaradacaq. Alış-veriş etmək, qarderobu yeniləmək olar. / Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm