Qoroskop
Astroloji proqnoz - 20 iyul
Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...
QOÇ - Qaynar iyulun bu təqvimində hamıdan şanslı olacağınız gözlənilir. Varlanma ehtimalınız da var. Amma uzaq səfərlərə çıxmaq üçün əlverişli ərəfə deyil. Axşam qonaq getmək olar.
BUĞA - Səhhətinizdəki nasazlığa dözə bilsəniz, bu təqvimin ümumi çalarları ürəyinizcə olacaq. Hətta nahar ərəfəsində şəxsi büdcənizdə artım da gözlənilir. Gün şüasında çox durmayın.
ƏKİZLƏR - Zodiak işarələri arasında yeni işlərə başlamaq üçün bu gün daha çox sizin bəxtiniz gətirə bilər. Nəzərə alın ki, bu gündən etibarən uzun müddət qarşınızda sipər olan qapılar açılacaq.
XƏRÇƏNG - Bir tərəfdən səhhətinizdəki nasazlıq, digər tərəfdənsə işlərinizin ləng inkişafı sizdə çaşqınlıq yarada bilər. Özünüzü itirməyin. Sövdələşmələrdə risk etməyə dəyməz.
ŞİR - Əməkdaşlıq zəminində bəxtiniz gətirə bilər. Çünki ulduzların düzümü istənilən sövdələşmədən xeyir qazanacağınızı bəyan edir. Xüsusən də günün ikinci yarısı sürprizləriniz olacaq.
QIZ - İmkan daxilində oturaq işlərdən uzaqlaşmalı, səyyar fəaliyyətlə məşğul olmalısınız. Qarşılıqlı münasibətlərdə isə hər şey ürəyinizcə olacaq. Vaxt tapıb təbiət qoynuna da çıxın.
TƏRƏZİ - Yalnız maliyyə işlərinizdə müəyyən geriləmə mümkündür. Qalan məsələlərdə isə sevindirici məqamlarınız çox olacaq. Qohum-qonşularla, eləcə də həmkarlarınızla mehriban olun.
ƏQRƏB - Dəstəyə ehtiyacınızın olduğunu nəzərə alan ulduzlar bu gün sizə kömək göstərəcək. Öz növbənizdə siz də aktivlik göstərməlisiniz. Saat 14-dən sonra daha cəsarətli addımlar atın.
OXATAN - İxtiyarınızda olan bu təqvimdə ehtiyatlı olmalısınız. Bir məsəldə deyilmişkən, "soyuq su da dodağınızı yandıra bilər". Bunun üçün ilk növbədə riskli hərəkətlərdən, tələsik qərarlardan uzaq olun.
OĞLAQ - Müəyyən məziyyətlərinə görə gərgin gündür. Az qala hər tərəfdən sizə maneələr olacaq. Özünüzdə təpər tapıb hər havaya oynamayın. Saat 15-dən sonra vəziyyətiniz sabitləşəcək.
SUTÖKƏN - Çıxardığınız hər bir qərarı dəfələrlə götür-qoy edin. Yanlışlığa yol verməyin. İlk növbədə nüfuzunuzu qoruyun. Astroloji göstəricilər yeni ideyalara yiyələnəcəyinizdən xəbər verir.
BALIQLAR - Havaların qaynarlaşması sizin üçün o qədər də səmərəli deyil. Bu səbəbdən diqqətli və alicənab olmalısınız. Yeni təkliflər aldığınız təqdirdə imtina etməyə tələsməməlisiniz.
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
-
Magazin216:40
Tanınmış müğənninin vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı