Bürclərin ən zəhlətökən xüsusiyyətləri hansılardır?
Bizi izləyin

Qoroskop

Bürclərin ən zəhlətökən xüsusiyyətləri hansılardır?

Bürclərin yaxşı xüsusiyyətləri olduğu kimi qəribə və xoşagəlməz xüsusiyyətləri də var.

Qoç bürcü: Qoçlar özlərini həmişə ön planda görmək istəyirlər. Tez hirslənirlər. Bəzən kobud davranır və dalaşqan olurlar. İnadçıdırlar, hər şeyin ən yaxşısını istəyirlər. Arzuları bitmək-tükənmək bilmədiyi üçün özlərini çox yorurlar.

Buğa bürcü: Buğalar tənbəl olurlar. Hər şeydən tez bezir və buna görə də deyinirlər. Bəzən çox anlayışsız olurlar.

Əkizlər bürcü: Əkizlər dəyişkən ruhlu olur. Xarakterləri sabit olmur. Hər şeylə maraqlandıqları üçün ətrafındakıları bezdirə bilərlər. Əsəblərinə nəzarət edə bilmirlər.

Xərçəng bürcü: Xərçənglər həddindən ziyadə duyğusal olurlar. Çox tez küsürlər. Çox dəyişkən olduqları üçün tez-tez depressiyaya düşürlər. Ciddi görkəmlərinin altında zəif xarakterli bir insan yatır.

Şir bürcü: Şirlər özünü çox bəyənən və özündən razı xarakterə malikdir. Sizinlə danışdığı zaman ağlında başqa fikirlər dolaşır. Sabit fikirli və kinli olmasından dolayı başqalarının dediklərinə fikri vermirlər.

Qız bürcü: Qızlar çox diqqətli və məsuliyyətli olur. Hər şeyin mükəmməlini istəyirlər. Əhəmiyyətsiz şeyləri şişirdib problem yaradırlar.

Tərəzi bürcü: Tərəzilərin ən zəhlətökən xüsusiyyəti qərarsız olmalarıdır. Kinli və hirslidirlər. Ona edilən səhvləri rahatlıqla bağışlaya bilmirlər. Eyni zamanda saf ürəyə və qəlbə malik olurlar.

Əqrəb bürcü: Əqrəblər həddindən ziyadə şübhəli və qısqanc olurlar. Xəyal gücləri çox genişdir. Olmayan bir şeyə inanıb o mövzuda müzakirə apara bilərlər. İnadçı xüsusiyyətləri heç kəsin xoşuna gəlmir.

Oxatan bürcü: Oxatanlar hər şeyi həddindən artıq şişirdir və dramatikləşdirir. Hərdən çox kaprizli olur. Diqqətsiz olması başqalarında qıcıq yaradır. Məsuliyyətsizlik kimi xüsusiyyətləri var.

Oğlaq bürcü: Oğlaqlar çox sərt görünürlər. Başqaları onun yanında özünü rahat hiss etmir. Çox sərt hərəkətlər edirlər. Pul xərcləməkdə xəsisdirlər və məsrəfçilikdən uzaqdılar.

Dolça bürcü: Dolça bürclərinin həyatdan istəkləri və arzuları sonsuzdur. Arzularını zəhmətsiz, tez və asan şəkildə reallaşmasını istəyirlər. Kaprizli insanlardan xoşları gəlmir, başqa insanların duyğularına hörmətlə yanaşmırlar. Eqoları yüksəkdir. Yalan çox danışmağa meylli olduqları üçün onlara inanmaq məsləhət deyil.

Balıq bürcü: Balıqlar hadisələrə həddindən ziyadə duyğusal və saflıqla yanaşırlar. Hər şeydən və hamıdan çox tez təsirlərnirlər. Həyatlarını nəzarət altına almaqda çətinlik çəkirlər. Qərarsızlıqları ilə ətrafdakıları bezdirirlər. /tabloid.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm