Qoroskop
Günün ULDUZ FALI: Bir sıra kobud səhvlərə yol verəcəksiniz
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - səfər və ya səyahətdə çətinliklər yaşanacaq. Nəqliyyatla bağlı problemlər yarana bilər. Anlaşma və müqavilələrdə tələskənlik etməyin. Maliyyə məsələlərində uğura, ciddi gəlirə bel bağlamayın.
Buğa - planlaşdırılmış qərar və ya addımlar uğurlu olacaq. Spontan qərarlar verməyin. Hüquqi problemlər yarana bilər.
Əkizlər - təşəbbüskar və aktiv olun. Günün bütün işlərinə başlayın. Hətta ən çətin problemlərdən çəkinməyin. Əvvəlcədən hazırladığınız plan çərçivəsində hərəkət etsəniz, çox qısa vaxtda məqsədə çata bilərsiniz.
Xərçəng - peşəkar nailiyyətləriniz pis deyil və onlar diqqətdən kənarda qalmayacaq. İşdə irəliləyişə, gəlirə bel bağlaya bilərsiniz. Rəqib və bədxahlar sizə paxıllıq etsələr də, mane olmağa çalışmayacaqlar.
Şir - dəf edə bilməyəcəyiniz maneələr yoxdur. Çevik və sayıq olun. Şəxsi münasibətlərdə hiperaktivlik olacaq.
Qız - enerjili, aktiv olun. Cəsarətlə risk edin, rəqibləri üstələyin. Narahatlıq və təlaşlar olacaq. Lakin ən ağır vəziyyətdə təşvişə düşməyin, bədbinləşməyin. Nikbin olun. Yanınızdakı insanların da pessimizmə qapılmasına imkan verməyin.
Tərəzi - sərfəli anlaşma və ya sifariş ola bilər. Alış-veriş üçün əlverişli zamandır. Qarderobunuzu yeniləyə bilərsiniz.
Əqrəb - fanatizmə qapılmayın, illüziyaların əsiri olmayın. Şəraiti real dəyərləndirin. Gərəkli informasiyanı gec alacaq, bir sıra kobud səhvlərə yol verəcəksiniz.
Oxatan - işgüzar əlaqələrdə və şəxsi münasibətlərdə həssas, ehtiyatlı olun. İlkin təəssürata aldanaraq səhv etməyin. Layiq olmayan insanlara inanmayın. Maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil.
Oğlaq - əvvəlki günlərdə həddən ziyadə ciddi yanaşdığınız məsələlərlə işləri bu gün qulaqardına vurmayın. Bədxahlarla rəqiblər bu gün ifrat dərəcədə aktivləşiblər. Onlara sinə gərməyi bacarın.
Dolça - xasiyyətinizin ən pis yönləri aşkarlana bilər. Qərar qəbul etməzdən və ya hansısa addımı atmazdan əvvəl yaxşı fikirləşin ki, sonradan peşmançılıq hissi keçirməyəsiniz. Hərdəmxəyal olmayın.
Balıqlar - alınmış məlumatların mübadiləsində xeyir var. Mühüm qərarlar qəbul etməyə tələsməyin. Şəxsi münasibətlərdə diqqətli və həssas olun. İndi emosiyaların təsiri altında yanlış addım ata bilərsiniz. / Milli.Az
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO