Qoroskop
Günün ULDUZ FALI: Onlara sərt cavab verin
Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - saatlar keçdikcə həmkarlar və tərəfdaşla qarşılıqlı əlaqələr, birgə fəaliyyət daha da aktiv olacaq. Yaradıcılıq ruhu fəaliyyətdə qəfil dəyişikliklərə səbəb ola bilər.
Buğa - yeni məlumat, məsləhət və ya qeyd çalışdığınız işin dayandırılmasına, yeni istiqamətin seçilməsinə rəvac verəcək. Standartlara tam riayət etməyə dəyməz. Yeniliklər zamanıdır. Çatışmayan mühüm nəsnəni əldə etməyə can atın. Axşam saatlarında istirahət edin.
Əkizlər - adi günlərdən fərqli olaraq bu gün ev işləri və məişət qayğıları daha çox diqqət tələb edir. Bu səbəbdən də xərclər artır, yaxın gələcəklə bağlı planlar dəyişir.
Xərçəng - hansısa istək, niyyətin fərqli təzahür formasında gündəmə gələcəyi istisna deyil. Yaxınlarınız sizdən diqqət və qayğı tələb edirlər.
Şir - ünsiyyət, işlərdə dönüş üçün əlverişlidir. Məlumatla iş, mütailə, yazışma, dostlarla internetdə təmaslar da ola bilər.
Qız - hisslərinizdə qayda yaradın. Şəxsi həyatınızda köklü dəyişikliklər başlana bilər. Taleyüklü tanışlıqlar, görüş ola bilər. Məqsədə doğru hərəkətdə iradəli və əzmkar olun.
Tərəzi - rəqiblərin bütün məkrli planlarına rəğmən, geri çəkilməyin. Kiçik məişət problemləri və çətinliklər var. Xoşagəlməz anlaşılmazlıqlar, yaxınlarınızla mübahisələr istisna deyil.
Əqrəb - bütün bunlar əhvalınızı korlamasın. Problemlər çox ciddi olmadığı üçün nikbinliyi itirməyin. Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişlidir.
Oxatan - yaxınlarınızla münasibət rəvan və yaxşıdır. Diqqət mərkəzində olacaqsınız. Önəm verdiyiniz insanlara qayğı göstərin.
Oğlaq - niyyət və istəkləriniz diqqətsiz qalmır. Planınız gərəkli zamanda reallaşacaq. Özünüzü çox yormayın.
Dolça - problem istisna deyil. Problemin mənbəsi isə bugünkü uğurlarınıza paxıllıq edən bədxahdır. Təslim olmayın. Belələrinə sərt cavab verin, onları üstələyin.
Balıqlar - ideyalar çoxdur, amma onların reallaşdırılmasının yollarını da düşünməlisiniz. Praktiki olun, çətin vəziyyətlərdə hisslərə aldanaraq düşünülməmiş addım atmayın. / Milli.Az
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB