Astroloji proqnoz - 3 avqust
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 3 avqust

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Maliyyə uğurlarını nəzərə almasaq, ixtiyarınızda olan bu təqvimdən o qədər də razı qalmayacaqsınız. Buna baxmayaraq saat 14-17 arası yeni işlərin müzakirəsinə başlamaq olar.

BUĞA - Hansısa gərginliyi gözləməyə dəyməz. Ən azından bu gün ağıllı və təmkinli olmağınız bütün prosesləri xeyrinizə döndərəcək. Ən böyük uğurlarınız fəaliyyət zəminində mümkündür.

ƏKİZLƏR – Ümumi süstlüyünüzü nəzərə alıb qızğın fəaliyyətə ara verin. Bunun əvəzində ailə üzvlərinizlə, sizə yaxın olan insanlarla birgə olmaq, köhnə qayğılardan bir qədər uzaqlaşmaq məsləhətdir.

XƏRÇƏNG - Əgər hər hansı mübahisəyə yol verməsəniz, qərəzli çıxışlar etməsəniz, ulduzlar sizi sevindirəcək. Hətta şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür. Riskli dəvətlərdən yayının.

ŞİR - Hiss olunur ki, gərgin bir ərəfə yaşamaqdasınız və bu, daxili gərginliyinizi artırıb. Odur ki, gün ərzində daha çox istirahətə yer ayırın. Ulduzlar sizə maddi dəstək verəcək.

QIZ - Təcrübəniz olmayan, başınız çıxmayan məsələlərə münasibət bildirməyin. Bu, sizi gözdən sala bilər. Yaxşı olar ki, əsas diqqətinizi son vaxtlar güclənən ağrılarınıza yönəldəsiniz.

TƏRƏZİ - Ünsiyyətdə olduğunuz hər kəsi ciddi şəkildə dinləyin, onların problemlərinə laqeyd qalmayın. Elə davranın ki, sizə etibar edən şəxslərin gözündən düşməyəsiniz. Uzaq səfərləri təxirə salın.

ƏQRƏB - Yalnız sağlıq durumunuza diqqət ayırmalısınız. Yaxşı bilirsiniz ki, hirsli başda ağıl olmur. İndiki həssas məqamda isə ağılsızlıq heç kimə xeyir gətirmir. Qidanıza da fikir verin.

OXATAN - Münasibətlər zəminində yaranmış gərginliyi aradan qaldırmaq istəyirsinizsə, bu sətirləri oxuduğunuz andan hərəkətə keçin. Sonra gecikə bilərsiniz. Sevgiyə xüsusi həssaslıq göstərin.

OĞLAQ - Maraqlı sövdələşmələrdə iştirakınız gözlənilir. Hətta ola bilər ki, bu amil növbəti bir neçə ayın uğurlarını da artırsın. Amma bütün işgüzar görüşləri günün ikinci yarısına salmalısınız.

SUTÖKƏN – İkitərəfli əməkdaşlıq zəminində uğurlarınız labüddür. Amma gərək daxili sabitliyinizi qoruyasınız ki, nəticə uğurlu olsun. Günün ikinci yarısında digər yeniliklər də olacaq.

BALIQLAR - Kənar məsləhətlərə ciddi şəkildə aludə olmayın. Amma bu, o demək deyil ki, kiminsə ədalətli qərarlarını tapdayasınız. Hər halda bu gün gələcək fəaliyyəti təyin etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm