Astroloji proqnoz - 9 avqust
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 9 avqust

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz...

QOÇ - Ulduzlar ümumi gərginlikdən xəbər versə də, vəziyyətdən çıxacaqsınız. Bunun üçün ünsiyyətdə olduğunuz insanlarla mübahisələrə, o cümlədən işlə bağlı uğursuzluqlara əhəmiyyət verməməlisiniz.

BUĞA - Durumunuzdan bəlli olur ki, məqsədlərinizi reallaşdırmaqda sizə qarşı maneələr çoxdur. Amma narahat olmağa dəyməz. Çünki enerji və gücünüz sizi qələbəyə yaxınlaşdıracaq.

ƏKİZLƏR - Maraqlı görüşlər yolunuzu gözləyir. Qarşıdakı həftədə atacağınız mühüm addımları reallaşdırmaq üçün bu gündən maksimum bəhrələnməlisiniz. Sevgi məsələlərində daha səmimi olun.

XƏRÇƏNG - İşgüzar danışıqlarda iştirak etmək üçün sərfəli vaxtdır. Bütün müsahibləriniz sizinlə razılaşacaq. Amma gərək siz də reallıqdan yararlanasınız. Kimisə aldatmaq fikrinə düşməyin.

ŞİR - Saat 14-ə qədər ümumi əhvalınız aşağı səviyyədə olsa da, sonrakı müddətdə vəziyyət xeyrinizə olacaq. Boş və mənasız şeylərə görə çılğınlıq etməyin. Təmkinli olmağa çalışın.

QIZ - Əgər uzaq səfərə çıxmaq planınız varsa, onu təxirə salmayın. Maliyyə çətinliyiniz olsa belə, borc götürüb yola çıxın. Çünki bu addımı atmaqla, gələcək uğurlarınıza təkan verəcəksiniz.

TƏRƏZİ - Ulduzların düzümü şəxsi büdcənizdə artım olacağını bəyan edir. Bu istiqamətdə bütün səylərinizi birləşdirməlisiniz. Nahardan sonra isə səhhətinizə diqqət ayırmalısınız.

ƏQRƏB - Yalnız şəxsi büdcənizi artırmaq istiqamətində müəyyən uğurlara yiyələnə bilərsiniz. Qalan məsələlərdə isə risk etməyə dəyməz. Axşamüstü sövdələşmələrə getsəniz, aldanacaqsınız.

OXATAN - Astroloji göstəricilər bu təqvimin sizin üçün o qədər də rahat keçməyəcəyini bəyan edir. Səhhətinizlə bağlı problemlərin qabarma və bəzi cəhdlərinizin boşaçıxma ehtimalı var.

OĞLAQ - Təəssüf ki, Göy qübbəsi gərgin bir gün yaşamaq ehtimalınızdan xəbər verir. Bu amili nəzərə alıb hər addımda ayıq-sayıqlığınızı artırmalısınız. Haqlı olsanız da, mübahisələrə girişməyin.

SUTÖKƏN - Şəxsi büdcənizdə müəyyən çətinlikləriniz olsa da, gün ərzində rastlaşdığınız hadisələr əhval-ruhiyyənizi yüksəldəcək. Çalışın ki, qətiyyətsiz hərəkətlərinizə son qoyasınız.

BALIQLAR - Sinoptiklərlə heç də həmişə razılaşmayan ulduzlar bu təqvimin sərin keçəcəyini bəyan edir. Odur ki, planlarınızı təxirə salmayın. Əsas enerjinizi istirahətə və sevgiyə yönəldin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm