Qoroskop
Səbuhi Rəhimlidən fevralın 2-nə olan astraloji proqnoz
QOÇ - Nahara qədər ətrafınızda baş verənlər ovqatınıza müsbət təsir göstərməyəcək. Buna baxmayaraq, təmkinli olsanız, xəta sovuşacaq. Saat 15-dən sonra maraqlı təkliflər gözlənilir.
BUĞA - Hər bir qərarda imanlı olmağa çalışın. Kimisə acılamaq, zəif tərəfindən vurmaq, passivlikdə günahlandırmaq olmaz. Ümumiyyətlə, ünsiyyətdə ədalət prinsiplərindən qidalanın.
ƏKİZLƏR - Gələcək üçün nəzərdə tutduğunuz planları indidən götür-qoy etməlisiniz. Bu istiqamətdə müəyyən məsləhətləşmələr aparmaq da olar. İşdən sonra sevgi görüşləri səmərəlidir.
XƏRÇƏNG - Ətrafınızda baş verən hadisələrin məcrasından çıxması ovqatınızı aşağı salmamalıdır. Axı həyatın enişi də, yoxuşu da labüddür. Əsas planları günün ikinci yarısına saxlayın.
ŞİR - Fəaliyyət istiqamətində tənbəlliyi bir kənara atıb aktivliyinizi artırın. Ətrafınızda olanları başa düşməyə çalışın. Ola bilsin ki, gün ərzində müəyyən gəlir də əldə edəsiniz.
QIZ - Hansısa yeni işlərə başlamaq, uzaq yola çıxmaq, riskli pul sövdələşmələri aparmaq yolverilməzdir. Çünki bu gün daxili enerjiniz yalnız gündəlik qayğılarla məşğul olmağa yetəcək.
TƏRƏZİ - Heç nədən çəkinməyin. Əmin olun ki, qarşınızda duran bütün maneələri dəf etməyə gücünüz yetəcək. Bir şərtlə ki, günaha batmayasınız. Saat 16-dan sonra yeniliklər gözlənilir.
ƏQRƏB - Günün ümumi mənzərəsi düşərli görünür. Bu isə hər bir məsələdə şansların olacağını bildirir. Odur ki, aktivliyinizi artırmalısınız. Saat 17-dən sonra bütün dəvətləri təxirə salın.
OXATAN - İş rejimi imkan versə, fəaliyyətə ara verib müqəddəs ziyarətgahlarımıza, dünyadan getmişlərinizin qəbirlərinə baş çəkin. Axşama yaxın bir neçə yeniliyin şahidi olacaqsınız. Əşyalarınızı qoruyun.
OĞLAQ - Hər bir hərəkətinizi tənzimləməyə çalışın. Xüsusən də həmkarlarınızla münasibətdə mülayim olun. Əks təqdirdə saat 12-16 aralığında qalmaqalla üzləşməli olacaqsınız. Savab işlərinizi artırın.
SUTÖKƏN - Əgər daxili orqanlarınız qaydasındadırsa, qripdən uzaqsınızsa, gün ərzində hansısa problemlə üzləşməyəcəksiniz. Risk tələb edən məsələlərdə etibarlı dostlarınıza arxayın ola bilərsiniz.
BALIQLAR - Bu gündən fevral ayının uğurlu zaman kəsiyinə daxil olacaqsınız. Odur ki, donub qalan bütün planlarınızı hərəkətə gətirməlisiniz. Tək əldən səsin çıxmadığını da nəzərə alın.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO