Qoroskop
Astroloji proqnoz - 3 sentyabr
Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...
QOÇ - Qarşılıqlı münasibətlərdə yaranan anlaşılmazlıqları bir kənara qoyub aktiv fəaliyyətə başlayın. Hər hansı mübahisə və konflikt yalnız zərərinizə ola bilər. Uzaq yola çıxmayın.
BUĞA - İstəyib-istəməmənizdən asılı olmayaraq bu təqvimdə işgüzarlığınız artacaq. Bu baxımdan iş prinsipinizdə bir çox yeniliklər nəzərə çarpacaq. Cəhd göstərsəniz, pul da qazanacaqsınız.
ƏKİZLƏR - Sentyabra böyük ümidlər bəslədiyiniz bəllidir. Amma bu ümidlərə qovuşmaq üçün cəhdlər də etməlisiniz. Özünüzə aludə olmaqdansa müştərək işlərə daha çox yer ayırın. Ruhdan düşməyin.
XƏRÇƏNG - Təxminən saat 12-yə qədər gərgin situasiyalarla rastlaşacağınız gözlənilir. Ələlxüsus da həmkarlarınızla təmkinli davranmalısınız. Nahardan sonra isə xoş ovqat qazanacaqsınız.
ŞİR - Təzə ayın təəssüratlarını, payız əhval-ruhiyyəsini bir kənara qoyun. Çünki qarşınızda duran çoxsaylı vəzifələrin öhdəsindən gəlməyiniz lazımdır. Bu gün oturaq işlərdən uzaq olmalısınız.
QIZ - Hələ ki, sentyabrın gəlişi sizə xoş ovqat bəxş etməkdədir. Başqa cür də ola bilməz. Çünki indi "hakimiyyətdə" sizin bürcdür. Günorta yeni işlə bağlı sövdələşmə aparmaq olar.
TƏRƏZİ - Fəaliyyətinizdə müəyyən passivlik müşahidə olunacaq. Odur ki, gücünüz çatmayan işlərdən yapışmamalısınız. Nahardan sonra yaxın ünvanda yaşayan yaxınlarınıza baş çəkin.
ƏQRƏB - Məsləhətsiz hansısa addımı atmayın. Unutmayın ki, indi həyatınızın ən keşməkeşli dövrünü yaşamaqdasınız. Özünüzü itirməyin. Günün ikinci yarısında maraqlı hadisələr olacaq.
OXATAN - Hər şey çıxardığınız qərarlardan asılıdır. Bədxislətli şəxslərin atmacalarına vaxt itirməkdənsə, mötəbər adamlarla işbirliyi yaradın. Unutmayın ki, karyeranız yüksəliş ərəfəsindədir.
OĞLAQ - Daxili narahatçılığınız tədricən səngiməyə başlayacaq. Üzləşdiyiniz proseslər sevincinizə səbəb olacaq. Ulduzlar təvəqqe edir ki, ağıllı adamların məsləhətlərini qulaqardına vurmayasınız.
SUTÖKƏN - İş və fəaliyyətlə bağlı olduqca düşərli gündür. Odur ki, əsas diqqətinizi bu istiqamətə yönəltməlisiniz. Münasibətlərdə isə ehtiyatlı olun. Böyük dəyişikliklər astanasındasınız.
BALIQLAR - Adətən sentyabrın bu təqvimi sizin üçün həmişə böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də qarşınıza çıxan hər bir şansdan yararlanmalısınız. Sirlərinizi hər kəsə açmayın.
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”