Günün ULDUZ FALI: eqoist davransanız, tək qala bilərsiniz
Bizi izləyin

Qoroskop

Günün ULDUZ FALI: eqoist davransanız, tək qala bilərsiniz

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - emosionallıq və hisslərə qapılmaq işlərinizə zərər vura bilər. Belə davranışın fəsadları yetərincə arzuolunmazdır. Emosiyalarınıza nəzarət etməsəniz, işlərinizdə çətinliklər yaranacaq, planlaşdırılan görüş baş tutmayacaq, yaxınlarınız narazı qalacaqlar.

Günün ikinci yarısında mənasız və yersiz risk etməyin. Məsuliyyətli olsanız, bir çox problemlərdən qurtula bilərsiniz.

Ailə üzvlərinin fiziki və emosional rahatlığa ehtiyacları var. Onlarla təmaslarda diqqətli olun. Təmaslara müsbət təkan verin. Həddən artıq inadkar olmayın.

Buğa - tərəfdaş, müttəfiq, şərik və ya yaxın ətrafınızdakı insanlarla bağlı yenilikləri öyrənməyə hazır olun. Belə bilik sizə çox pis təsir edə bilər. Amma situasiya ilə bağlı dürüst nəticə çıxarmağa imkan verəcək.

Tələsik, emosional qərarlar verməyin. Kredit götürmək və ya borc almaq üçün yaxşı zaman deyil.

Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniyaya can atın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün var gücünüzlə işləyin. Unutmayın ki, uğurlar yalnız sizdən asılıdır.

Problemlərin həllində şəxsən işiirak edin. Sakit ab-hava yaxşı səhhət və əhvalın rəhnidir.

Əkizlər - gün ərzində yaxşı əhvalda olmağa çalışın. Bəzi problemləri unutmağa dəyər. İşdə və evdəki çətinliklərə sinə gərin. Ağır situasiyadan çıxış yolu arayın. Köhnə borcun xatırlanması belə, sizi təbdən çıxarmamalıdır.

Hesabları ödəməyi unutmayın.

Günün ikinci yarısında ailə və məişət qayğılarının çözülməsində yaxınlarınız sizə yardım edəcəklər. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Normal dincəlin.

Xərçəng - peşəkar fəaliyyət müstəvisində ciddi uğura nail olmaq üçün əla şansınız var. Yeni işə başlamaq və ya çalışdığınız məkanda irəliləyişi reallaşdırmaq olar.

Günün ikinci yarısında rəhbərlkilə görüşmək, işləri planlaşdırmaq olar. Alış-veriş üçün münasib zaman deyil. Aldığınız əşya və ya məhsullardan yararlana bilməyəcəksiniz.

Təvazökar olun. Sevdiyiniz insana qarşı laqeyd olmayın. Yaxınlarınızın istək və niyyətlərini qulaqardına vurmayın.

Şir - illüziyalara qapılmayın. Niyyətinizi vizuallaşdırın və bu minvalla məqsədə doğru daha bir addım atın. Danışıqlar və müzakirələr üçün ideal gündür. Alış-verişə yollana bilərsiniz. Lakin bədxərclik etməyin. Məsrəfləriniz büdcənizin çərçivələrindən kənara çıxmamalıdır.

Günün ikinci yarısında rəğbət bəslədiyiniz insanla bir araya gələcəksiniz. Hisslərinizi etiraf edə bilərsiniz.

Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Qız - yaşam situasiyaları sizi darıxmağa qoymayacaq. Daim nələrsə baş verir və bu hadisələrin bəziləri xoşagələn deyil. Məntiqli olun, mənasız və yersiz şübhələrə qapılmayın. Belədə uğura nail ola bilərsiniz.

Günün ikinci yarısında gəlirləriniz artacaq. Fəqət heç bir halda borc götürməyin.

Axşam saatlarında evdə qalaraq məişət qayğıları ilə məşğul olsanız belə, emosiyalarınız az olmayacaq. Kitab və ya telefon danışığı emosiyalarınızı səhmana sala bilər.

Köhnə dostla görüş və ya yaxınlardan biri ilə söhbət mənfi hisslərin, qıcıq və nevrozun dərmanıdır.

Tərəzi - ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Yaxın ətrafınızdakı insanların qayğılarından hali olsanız, tərəfdaş və şəriklərlə mehriban davransanız, çox işlər görə bilərsiniz. Mövqeyinizi opponentinizə normal şəkildə çatdırmağa can atın. Qeyri-adekvat insanlardan uzaq olun.

Günün ikinci yarısında səmimi olun. Dəyər verdiyiniz insanla münasibətləri yaxşılaşdırmaq üçün əla şansınız var. Subaysınızsa, sizi romantik görüş gözləyir.

Əqrəb - məqsədə çatmaq üçün yaxşı çalışmalı, var qüvvənizlə işləməlisiniz. İntuisiyanıza güvənə bilərsiniz. Müşkül hesab etdiyiniz situasiyadan çıxış yolunu arayanda tələsik qərar qəbul etməyin.

İndiyədək diqqətdən kənarda qalan maliyyə mənbəyi aşkarlana bilər. Problemləri trivial olmayan yolla həll edin.

Günün ikinci yarısında vəziyyətdən asılı olaraq spontan addımlar atmaq olar. Hətta bəzi riskləri də gözə alın.

Axşam saatlarınad səsli-kyülü məclisə qatılmayın. Romantik görüşü təxirə salmayın. Sevdiyiniz insanla bir araya gəlin.

Oxatan - həddən artıq enerjili olmağınıza və çox işləri başa vurmaq istəyinizə rəğmən fəaliyyətinizdə sizdən asılı olmayan əngəllər yarana bilər. Genişmiqyaslı planlar qurmayın. Bütün diqqəti mühüm saydığınız işə yönəldin.

Qətiyyət və inadkarlıq sizə uğur vəd edir.

Günün ikinci yarısında işdə rəhbərliklə danışaraq maaşı və karyera perspektivinizi müzakirə edə bilərsiniz.

Axşam saatlarında yaxınlarınızla söhbətləşin, yaxın gələcəklə bağlı planlarınızı müzakirə edin. Dostlarla birlikdə istirahət edin, əylənin. Ən rutin situasiyada belə, pozitiv olun.

Oğlaq - işgüzar aktivlik səviyyəniz az olmamalıdır. Yeni layihəyə başlamaq, anlaşma və müqavilələri müzakirə etmək, yeni tərəfdaşlarla tanış olmaq mümkündür.

Yaxşı bələd olmadığınız insanı sınağa çəkməyə tələsməyin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniya yaranacaq. Yaxınlarınızı kiçik də olsa, hədiyyə ilə sevindirin. Sənədləşdirmə və müzakirələrlə bağlı məqamlarda mövqelərinizdən geri çəkilməyin.

Bilik və bacarıqlarınızı artırmağa çalışın.

Şəxsi münasibətlərinizdəki duruma süni təkanlarla təsir etməyə çalışmayın. Subaysınızsa, arzuladığınız insanla qarşılaşa bilərsiniz. Eqoist davransanız, tək qala bilərsiniz.

Dolça - təxirə saldığınız işlər və ya ertələdiyiniz layihəni başa vurmaq üçün əlverişli zamandır. Süst davranmayın. Problemləri sürətlə, təxirəsalınmaz şəkildə həll edin. İş qrafikinin dəyişdirilməsinə, fəaliyyətin yenidən təşkilatlanmasına və optimallaşdırılmasına zərurət var.

Günün ikinci yarısında qüvvənizlə imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Potensialınızı sonsuz saymayın.

Axşam saatlarına yaxın qıcıqlı, aqressiv və ya melanxolik olmayın. Belə davranış yaxınlarınızla münasibətlərinizə çox pis təsir edə bilər. İllüziyalara qapılmayın. Arzulara həddən ziyadə əhəmiyyət verməyin. Reallıq sizi pərişan edə bilər.

Balıqlar - günün ilk yarısı ciddi problemlər vəd etməsə də, əhvalınız pozula bilər. Bədbinliyə qapılsanız, mühüm işlərdən birini unuda bilərsiniz. Ədalətin bərpa olunmasını istəyirsinizsə, qayğıkeş və səmimi olmağa çalışın.

Günün ikinci yarısında yaxın bildiyiniz insanlardan biri ilə görüş baş tutacaq. Təmaslar intensivləşə bilər.

Səhhətinizə fikir verin. Axşam saatlarına yaxın vücudunuzda ağrılar hiss edə bilərsiniz. (Milli.Az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm