Astroloji proqnoz - 16 sentyabr
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 16 sentyabr

Səbuhi Rəhimlidən gündəlik astroloji proqnoz ...

QOÇ - Qarşınızda hər mənada uğurlu bir gün durur. Bunun üçün daxili inam və qətiyyət kifayət edər. Nahardan sonra şad xəbər eşidəcəksiniz. Ulduzlar bəxtinizə pul da çıxarmaq əzmindədir.

BUĞA - Üzləşdiyiniz proseslər narahatçılığınızı artıra bilər. Bu səbəbdən də bütün vacib planlarınızı təxirə salmalısınız. Yaxın bildiyiniz adamlar sizə qarşı xoşagəlməzliklər edəcək.

ƏKİZLƏR - Ay bürcünüzdə olduğundan bu gün kənardan kiminsə dəstəyinə ehtiyacınız var. Bunsuz hansısa nailiyyətə yetişəcəyinizi mümkünsüzdür. Öz növbənizdə siz də aktivliyinizi artırmalısınız.

XƏRÇƏNG - Günortaya qədər adi işlərin həlli ilə məşğul olun. Nahardan sonra isə böyük məsələlərin həllinə başlamağa dəyər. Axşama yaxın gözləmədiyiniz istiqamətdən təzə xəbər eşidəcəksiniz.

ŞİR - Yalnız sabitliyinizi qorumağa çalışın. Xırda bir yanlışlıq gün ərzində nəzərdə tutduğunuz işləri alt-üst edə bilər. Odur ki, qərar çıxarmazdan qabaq mövcud reallığı nəzərə almalısınız.

QIZ - Yeni əlaqələr yaratmaq, işgüzar danışıqlar aparmaq sizə xüsusi zövq verəcək. Bu yönümdə sevgi amili daha qabarıq tərzdə nəzərə çarpacaq. Amma müsahiblərinizə yalan vəd verməməlisiniz.

TƏRƏZİ - Olduqca romantik bir təqvimdir. Dünənə qədər sizə şübhə ilə yanaşanların əksəriyyəti səmimiliyinizin şahidi olacaqlar. Sevdiyiniz adamların yanında olmağınız günün vacib tələbidir..

ƏQRƏB - Göy qübbəsi daha çox ikitərəfli əlaqələrdə bəxtinizin gətirəcəyini bildirir. İstər ailə-sevgi məsələlərində, istərsə də işgüzar münasibətlərdə vəziyyətiniz qənaətbəxş olacaq.

OXATAN - İxtiyarınızda olan bu tarixdə təmkininizi qorumalısınız. Hər hansı çılğınlıq və ya əsəblərin qabarması bütün işləri korlaya bilər. Riskli planlarınızı mümkün qədər təxirə salın.

OĞLAQ - Ümumi məziyyətlərinə görə qalmaqallı gündür. Az qala hər addımda gərginliklə rastlaşacaqsınız. Əsas enerjinizi münasibətlərə deyil, işə həsr etməklə bu xoşagəlməzliyi dəf edə bilərsiniz.

SUTÖKƏN - Mistik bir gün yaşayacaqsınız. Daxili harmoniyanız pozulduğundan real olmayan şeylər barədə düşünə bilərsiniz. Bunun qarşısını almaq üçün yaxşı olar ki, vaxt tapıb ziyarətgahlara gedəsiniz.

BALIQLAR - Romantika ilə dolu olan bir tarix yaşayacaqsınız. Maddi durumunuz imkan versə, uzaq səfərə də çıxın. Qarşıdakı günlər üçün vacib olan bir neçə mühüm görüş keçirməniz məsləhətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm