Qoroskop
Astroloji proqnoz - 27 sentyabr
QOÇ - Təzadlı gündür. Bir tərəfdən maraqlı sövdələşmələr, digər
tərəfdənsə rəqiblərinizin hücumu ilə rastlaşacaqsınız. Deməli,
işlətdiyiniz hər bir ifadənin yerini bilməli, məsuliyyətli
olmusunuz.
BUĞA – Səhhətinizin qeydinə qalsanız, bu günü olduqca yüksək
ovqatda başa vura biləcəksiniz. Saat 13-17 arası bir yerdə
oturmaqdansa, sizə vəd verən şəxslərlə görüşməyiniz vacibdir.
ƏKİZLƏR - Riskli hərəkətlərə yol verməsəniz, Göy qübbəsi
müdafiənizdə duracaq. Uzaqda yaşayan qohumlarınızla mütləq əlaqə
saxlayın. Pulla bağlı şanslı təkliflər alacağınız da
gözlənilir.
XƏRÇƏNG – Ulduzlar bu təqvimi savab işlərə riayət etməyi tövsiyə
edir, xoş söz və duaları əsirgəməyin. Çağrılan yerə ar etməyin.
Axşam dostlarınızla aranızda yaranmış problemləri həll edin.
ŞİR - Hansısa riskli işlərə girişib gərginliklə rastlaşmaqdansa,
əsas vaxtınızı ailənizlə, sevdiyiniz adamlarla birgə keçirin. Axşam
saatlarında yaxın ünvanlara qonaq gedin.
QIZ - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimi bütünlüklə
istirahətə həsr edəsiniz. Başqalarının işinə müdaxilə etməyin.
Maddi imkanınız yetərsə, ehtiyac sahiblərini sevindirin.
TƏRƏZİ - Təxminən saat 13-ə qədər ümumi işlərinizdə müəyyən
gərginlik müşahidə olunacaq. Odur ki, ciddi qərarlar qəbul etməyin.
Sonrakı müddətdə isə təzə və sevindirici xəbərlər gözlənilir.
ƏQRƏB - Dünəndən Ay bürcünüzdə qərar tutsa da, bu, planlarınızı
pozmayacaq. Məqsədlərə çatmaqda iradənizi gücləndirin. İkitərəfli
görüşlərdə müsahibinizin sözaltı mənalarına fikir verin.
OXATAN - O qədər də düşərli gün deyil. Doğmalarınızla
mübahisələriniz ovqatınızı təlx edə bilər. Yeganə yolunuz səbrli
olmaqdır. Əgər sizi başa düşmürlərsə, günahı özünüzdə axtarın.
OĞLAQ - Bu təqvimdə hansısa gəlir əldə edəcəyiniz mümkünsüz
olduğundan bu kimi tədbirləri təxirə salın. Əbəs yerə riskə
getməyin. Yoxsa nəticədə bəzi xoşagəlməzliklə rastlaşacaqsınız.
SUTÖKƏN - Bu təravətli təqvimdə ziyarətgaha getsəniz, düyünə düşmüş
işləriniz çox qısa vaxtda qaydasına düşəcək. Axşama doğru
sevindirici hadisələrin iştirakçısı ola bilərsiniz. Amma səfərə
çıxmayın.
BALIQLAR – Çoxsaylı yeniliklər yolunuzu gözləyir. Əvvəlcədən nəzərə
alın ki, bu, yalnız müsbət mənada baş verəcək. Qızışdırıcı amilləri
başınızdan çıxarın. Uzaq yola çıxmaqdan yayının.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK