Astroloji proqnoz - 4 oktyabr
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 4 oktyabr

QOÇ - Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gücünüzü işə salmalısınız. Günün ikinci yarısı fəaliyyətlə bağlı geniş imkanlarınız açılacaq. Bu isə maddi durumunuza müsbət təkan verəcək.

BUĞA - Risk etməyə lüzum yoxdur. Çünki hazırkı durumunuz ifrat əsəbiliyinizdən xəbər verir. Hirsli başla isə hansısa uğura çatmaq absurddur. Probleminizin həllini məmurlardan deyil, Tanrıdan istəyin.

ƏKİZLƏR - Kifayət qədər düşərli zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Günün "ən varlı" zodiak işarəsi də siz olacaqsınız.

XƏRÇƏNG - Planetlərin bürcünüzdəki neqativ düzülüşü saat 12-yə qədər bütün ciddi işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə çoxsaylı uğursuzluqlarla rastlaşacaqsınız. Ətrafınızdakılar tərəfindən sevilməyə çalışın.

ŞİR - Passivlik müstəvisində qərar tutan ailə-sevgi münasibətlərinə yenidən baxın. Mümkün qədər bütün neqativlikləri minimuma endirin. Əsəbi vaxtlarınızda dostlarınız arasında, təbiət qoynunda sakitləşməyə çalışın.

QIZ - Ətrafınızdakı gərginlikdən usanmayın. Çünki bu gün sizi narahat edən əksər sahələrdə - qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz.

TƏRƏZİ - Maddi sıxıntılarınızın azalacağını bildirən ulduzlar səmimi və təbii olmağı, reallığa düzgün qiymət verməyi məsləhət görür. Ümumiyyətlə isə, fərdi fəaliyyətinizdə böyük dönüş baş qaldırmalıdır.

ƏQRƏB - Qarşınızda duran vəzifələrin öhdəsindən gəlmək, sizə güvənən insanların etimadını qazanmaq başlıca vəzifənizə çevrilməlidir. İş yerini dəyişmək fikrinə düşməyin. Axşam səhhətinizə fikir verin.

OXATAN - İxtiyarınıza olduqca məsuliyyətli bir vaxt düşüb. Gün boyu çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Proseslərə neytral şəkildə yaxınlaşmaqla uğurlarınızı yaxınlaşdıra bilərsiniz.

OĞLAQ - Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki bu istiqamətdə uğurlarınız yaxınlaşmaqdadır. Hazırda əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, perspektivlərinizə yol açılsın.

SUTÖKƏN – Saat 13-ə qədərki vaxtı səbrlə başa vursanız, qalan saatlarda hansısa xoşagəlməzlik olmayacaq. Çünki ulduzlar şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Sizə sadəcə, əzmkarlığı artırmaq lazımdır.

BALIQLAR - Ulduzlar günboyu maraqlı insanlarla görüşəcəyinizi bəyan edir. Bu, işgüzar əməkdaşlıq da ola bilər, dostluq-yoldaşlıq da. Tərəfdaşlarınıza qərəzli şəkildə yanaşmayın, yalan vədlər verməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm