Astroloji proqnoz - 07 noyabr
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 07 noyabr

QOÇ – Real hadisələrlə daxili yanaşmanızda ciddi zidiyyət var. Bu da təbii olaraq ətrafa münasibətinizdə və əsəblərinizdə xoşagəlməzlik yaradır. Bu gün məhz deyilən problemi həll etməlisiniz.

BUĞA – Şəxsi büdcənizdə vəziyyət ürəkaçan olmasa da, nəzərdə tutduğunuz planların icrasında çətinlik çəkməyəcəksiniz. Günün ikinci yarısında mənasız amillərə vaxt itirməyin.

ƏKİZLƏR – İntuisiyanıza inanın. Həmişə məsləhətə ehtiyacınız olsa belə, bu gün daxili səsinizin hökmü ilə hərəkət etməlisiniz. Bununla yanaşı tərəf-müqabillərinizin rəyini də nəzərə alın.

XƏRÇƏNG - Sağlamlığınıza diqqət yetirin ki, qarşıda duran öhdəliklərinizə daha asan yetişəsiniz. Ulduzların düzümü saat 14-16 aralığında və saat 19-dan sonra şanslı məqamlar yaşayacağınızdan xəbər verir.

ŞİR – Hansısa işi planınıza uyğun həyata keçirmək imkanınız olmayacaq. Hər şey gözlənilmədən baş verəcək. Hətta qəfildən pul kisəniz ağırlaşa da bilər. Axşam saatlarında istirahət edin.

QIZ - Ulduzlar xəbər verir ki, bu təqvim şəxsi işlərinizdə yeni mərhələnin baş qaldırmasına səbəb ola bilər. Bunun üçün müsahiblərinizə diqqətlə qulaq asmalı, düz seçim etməlisiniz.

TƏRƏZİ – Ümumən düşərli gün hesab etmək olar. Həm fəaliyyət zəminində, həm də insanlarla münasibətdə çox şeydən razı qalacaqsınız. Bu gün emosionallıqdan uzaq olmağa çalışın.

ƏQRƏB - Saat 16-ya qədər bütün vacib işlərinizi yekunlaşdırmağa çalışın. Həmin ərəfədə şəxsi işlərinizdə müsbət dönüş gözlənilir. Sonrakı müddəti isə daha çox istirahətə həsr edin.

OXATAN – Qarışıq gün hesab etmək olar. Bəzi sahələrdə vəziyyət nəzarətinizdən çıxa bilər. Bu səbəbdən hər addımda diqqətli olmalısınız. Bu gün qidanıza da fikir verməlisiniz.

OĞLAQ – Fiziki və təcrübi baxımdan passiv gün olsa da, düşüncə və planlarınızda irəliyə doğru addım ata bilərsiniz. Amma ideyalarınızı kəskin qoymaqdansa həmsöhbətlərinizə güzəştə getməlisiniz.

SUTÖKƏN – Boş vaxt olduğu təqdirdə qohum-əqrabaya baş çəkmək sizə rahatlıq verə bilər. Cari qayğılarınızı bugünlük də olsa, unutmağa çalışın. Bu gün pul xərcləməyə dəyər. Axşam soyuqdan qorunun.

BALIQLAR – Hər mənada düşərli gündür. Rastlaşdığınız hər bir hadisə ürəyinizdən xəbər verəcək. Əlbəttə ki, bunun üçün özünüz də canfəşanlıq göstərməlisiniz. Sövdələşmələrdə aktiv olun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm