Səbuhi Rəhimlidən fevralın 9-na olan astroloji proqnoz
Bizi izləyin

Qoroskop

Səbuhi Rəhimlidən fevralın 9-na olan astroloji proqnoz

QOÇ - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənsə işgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə cərəyan edəcək. Səfər də mümkündür.

QOÇ - Həftənin ən uğurlu gününü yaşayacaqsınız. Bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənsə işgüzar sövdələşmələrdə vəziyyət xeyrinizə cərəyan edəcək. Səfər də mümkündür.

BUĞA - Səhər saatlarını gərgin şəraitdə keçirsəniz də, özünüzü təmkinli aparmaqla gözlənilən xoşagəlməzliyi dəf edə biləcəksiniz. Nahardan sonra isə sevindirici hadisələrin şahidi olacaqsınız.

ƏKİZLƏR - Astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Ulduzlar ziyarətə getməyi məsləhət görsə də, uzaq yola çıxmaq olmaz.

XƏRÇƏNG - Göy qübbəsi pulla bağlı məsələlərdə ehtiyatlı olmağı tövsiyə edir. Bir qədər qənaətcil olmağınız vacibdir. Kiməsə borc vermək və ya maliyyə sövdələşmələrinə girişmək yolverilməzdir.

ŞİR - Kifayət qədər uğurlu bir gün yaşayacaqsınız. İştirakçısı olduğunuz hər bir proses yalnız zövqünüzlə uyğunluq təşkil edəcək. Özünüzə inamı artırmaqla uğurları yaxınlaşdırın.

QIZ - Qarşılıqlı münasibətlərdə güzəştli mövqe seçin. Risk tələb edən işlərə isə girişməyin. Yaxşı olar ki, soyuq və spirtli içkilərdən, duzlu qidalardan mümkün qədər uzaq olasınız.

TƏRƏZİ - Səhhətinizlə bağlı nasazlığı nəzərə alıb hansısa qeyri-adi və yeni işlərə başlamayın. Yaxşısı budur ki, əsas vaxtınızı mənzil şəraitində keçirəsiniz. Axşama yaxınsa qonaq getmək olar.

ƏQRƏB - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan işə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət daşıya bilər. Bu gün qazanmaq ehtimalınız böyükdür.

OXATAN - Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənizdə, hər bir ifadənizdə özünüzə qarşı rəğbət oyadasınız. İndiki sərt cəmiyyətdə kiminsə qəlbinə dəymək savab iş deyil.

OĞLAQ - Ümumi çalarlarına görə gərgin gün olsa da, özünüzü ələ almağı bacarmalısınız. Çünki qarşınızda duran perspektivlərə yetişmək üçün hansısa dedi-qoduya əhəmiyyət verməməlisiniz.

SUTÖKƏN - Həddindən ziyadə uğurlu təqvimdir. Ələlxüsus da saat 12-16 arası bəxtiniz gətirə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq səngiməyə başlayacaq. Hətta varlanmaq ehtimalınız da var.

BALIQLAR - Hiss olunur ki, sizi sevməyənlər artmaqdadır. Lakin ruh düşkünlüyünə mübtəla olmaqdansa, deyildiyi kimi olmadığınızı sübut etməlisiniz. Bu gün maraqlı görüşlərdə iştirakınız gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm