Qoroskop
Astroloji proqnoz - 26 noyabr
QOÇ - Müəyyən qədər xərc çəkəcəyiniz gözlənilir. Əgər bu, xeyirxah istiqamətə yönəlibsə, bundan yalnız məmnun olmaq lazımdır. Bugünkü təqvimdə kimlərisə sevindirmək böyük savabdır.
BUĞA - Ulduzlar şəxsi taleyinizdə müəyyən dönüş yaranacağından xəbər verir. Özünüzü hazır bilsəniz, sözügedən proseslərə daha tez nail ola bilərsiniz. Məsləhətlərə ehtiyacınız var.
ƏKİZLƏR - Maddi problemlərinizin olmasına baxmayaraq, ruhdan düşməyin. Əksinə, əzmkarlığınızı daha da artırmaqla bu kimi psixoloji sarsıntıları dəf etməlisiniz. Rəhbər işçilərlə mübahisə etməyin.
XƏRÇƏNG - Əsas diqqətinizi ailə-sevgi münasibətlərinin tənzimlənməsinə yönəldin. Əgər bu istiqamətdə uğurlar əldə etsəniz, digər problemləriniz kölgədə qalacaq. Axşam qonaq gedin.
ŞİR - Günün ilk yarısı əməkdaşlıq zəminində uğurlu gedişlərə nail olmaq üçün çox səmərəlidir. Aldığınız hər bir təklifi razılıqla qarşılayın. Çünki ulduzlar qarşıdakı yeni işlərə "hə" deyir.
QIZ - Təxminən saat 14-ə qədər ümumi ovqatınızda süstlük müşahidə olunsa da, sonrakı müddət normal tərzdə cərəyan edəcək. Çıxardığınız hər bir qərarın nəticəsi barədə düşünün.
TƏRƏZİ - Hər mənada uğurlu gün hesab etmək olar. Göy qübbəsi sizi müdafiə etdiyindən nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Açıq havada çox durmayın.
ƏQRƏB - Təzə xəbər eşidəcəyiniz gözlənilir. Hətta peşənizdən asılı olaraq yeni iş təklifləri də ala bilərsiniz. Günün ikinci yarısında xeyirxah adamlarla rastlaşma ehtimalınız var.
OXATAN - Yeni əlaqələr yaratmaq üçün böyük şansınız var. Bu, istər işgüzar istiqamətdə, istərsə də səmimilik zəminində real proqnozdur. Odur ki, oturaq işlərə ara verib aktivlik göstərin.
OĞLAQ - Ümumi əhvalınızda gərginlik müşahidə olunsa da, ətrafınızda olan adamlar ovqatınızı az da olsa, yüksəltməyə çalışacaq. Hətta axşama doğru sevindirici xəbər də eşidə bilərsiniz.
SUTÖKƏN - Astroloji göstəricilərə əsaslansaq, bu təqvimi nisbətən gərgin şəraitdə başa vuracaqsınız. Neytral olmağa çalışın. Səhhətinizi qorumağınız da məsləhətdir. Bu gün uzaq səfərə çıxmaq münasib deyil.
BALIQLAR - Aktiv fəaliyyətə ara verməlisiniz. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Sizin üçün ən düşərli məqam işgüzar görüşlərdə iştirak etmək və ya yaxın ünvana qonaq getməkdir.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK