Astroloji proqnoz - 20 dekabr
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 20 dekabr

QOÇ – Maliyyə problemlərinə görə sıxıntı çəkməyin. Ən azı ona görə ki, bu gündən etibarən şəxsi büdcənizdə kifayət qədər artım olacaq. Özünüzə qapılmaqdansa, əzmkarlığınızı artırın.

BUĞA - Daxili tərəddüdlərinizi dəf etmək üçün mütləq ətrafınızda təcrübəli adamlar olmalıdır. Saat 15-ə qədər uğurlu məqamlar yaşasanız da, sonrakı ərəfədə mübahisələr mümkündür.

ƏKİZLƏR - Ümumi sıxıntılarınız olsa da bu, yalnız nahara qədər davam edəcək. Sonrakı müddətdə bəzi planları həyata keçirə biləcəksiniz. Axşama yaxın vacib şəxslərlə görüşəcəyiniz mümkündür.

XƏRÇƏNG - İlin sonuna qədər görəcəyiniz işləri indidən götür-qoy edin. Ulduzlar səfərə çıxmağınızı labüd saymır. Amma nahardan sonra xoş təsadüflə rastlaşacaqsınız. Kiminsə əleyhinə danışmayın.

ŞİR - Belə bir gündə evdə oturmağa lüzum yoxdur. Əksinə, aktivliyinizi artırmalısınız. Ulduzlar bəyan edir ki, bəxtinizdə dekabr ayının ən uğurlu təqvimlərindən biri durub.

QIZ - Bu təravətli günü qeyri-işgüzar görüşlərə həsr etməyiniz məsləhətdir. Soyuq münasibətdə olduğunuz yaxınlarınızla davranışlarınızı mülayimləşdirməyə çalışın. Uzaq yola çıxmayın.

TƏRƏZİ - Bu təqvimi romantik bir günə çevirmək öz əlinizdədir. Çünki əyləncələrə və səfərə də gedə, əməli fəaliyyətlə də məşğul ola bilərsiniz. Qısası, bu gün hər şey özünüzdən asılı olacaq.

ƏQRƏB - Ailə-sevgi münasibətlərində qarşınıza problemlər çıxa bilər. Amma belə anlaşılmazlıqları dəf etmək üçün təmkin göstərməyiniz kifayətdir. Günün ikinci yarısını istirahətə həsr edin.

OXATAN - Özünüzə daha çox etibar edin. Çünki ətrafınızda olanlar iştirakçısı olduğunuz situasiyaları sizin qədər təhlil edə bilmir. Ay bürcünüzdə olduğundan pul sövdələşmələrindən uzaq olun.

OĞLAQ - O qədər də uğurlu vaxt deyil. Öhdəliklərinizin reallaşması istiqamətində yorulacağınız gözlənilir. Bir sözlə, bu təqvimdə yalnız aktiv fəaliyyətlə məşğul olmalısınız. Qidanıza fikir verin.

SUTÖKƏN - Yüksək əhval-ruhiyyədən uzaq olmayın. İş haqqında nə qədər düşünmək olar? Ruhdan düşməyə də lüzum yoxdur. Çünki qarşıda sizi uğurlu məqamlar gözləyir. Uzaq səfərə çıxmayın.

BALIQLAR - Ulduzların düzümü bu təqvimin sizə düşəcəyindən, o cümlədən perspektivli görüşlərdə iştirakınızdan xəbər verir. Bu səbəbdən də boş dayanmağa dəyməz. Axşama yaxın sürprizlə qarşılaşacaqsınız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm