Qoroskop
Astroloji proqnoz - 25 dekabr
QOÇ - Ümumi məziyyətlərinə görə, səmərəli gün hesab etmək olar. Ötən günlərin yorğunluğunu nəzərə alıb yaxşıca dincəlin. Çalışın ki, əsas vaxtınızı doğmalarınızla birlikdə keçirəsiniz.
BUĞA - Ulduzlar səmərəli bir gün yaşayacağınızı bildirir. Gün ərzində hər hansı qanqaraçılığı gözlənilmir. Qərarlarınızda qətiyyətli olsanız, çox sahələrdə bəxtiniz də gətirəcək.
ƏKİZLƏR - Astroloji göstəricilər bu təqvimdə maraqlı səfərlərə çıxacağınızdan xəbər verir. Əgər planınızda belə bir şey varsa, reallaşdırın. Yeni simalarla üzləşməniz çox əhəmiyyətlidir.
XƏRÇƏNG - Olduqca təzadlı gündür. Ünsiyyətdə olduğunuz adamlar sizi çaşdıra bilər. Perspektivlərinizi reallaşdırmaq üçün müzakirələrə başlayın. Ulduzlar sizi müdafiə etməkdədir.
ŞİR - Səhər saatlarında müəyyən gərginliklə rastlaşsanız da, bunun neqativ nəticələri görünməyəcək. Təxminən saat 12-dən vəziyyətiniz düzələcək. Amma sağlamlığınızı da gözdən qoymayın.
QIZ - Daxili sabitliyinizi qoruyun. Əks təqdirdə müttəfiqləriniz sizdən uzaqlaşa bilər. Çalışın ki, hər bir davranışda səmimi və təbii olasınız. Yalan vədlər verməkdən uzaq olun.
TƏRƏZİ - Müəyyən təsirlərə məruz qalacağınız gözlənilir. Bunun qarşısını almaq üçün riskli sövdələşmələrdən uzaq durmalısınız. Ümumiyyətlə, bu gün ağlınız kəsməyən işlərə baş qoşmamalısınız.
ƏQRƏB - Ünsiyyətdə olduğunuz bütün insanlarla davranışlarınızı səmimilik üzərində qurun. Maddi problemlərinizin aradan qalxacağına nikbin baxın. İnsanlara inamsız yanaşmayın.
OXATAN - Ailə zəminində müəyyən mübahisələriniz gözlənilsə də, bu, nəzərdə tutduğunuz planların reallaşmasına mane olmayacaq. Ailə-sevgi münasibətlərindəki passivliyi də aradan qaldırın.
OĞLAQ - Sürprizlər yolunuzu gözləyir. Bu səbəbdən də bir yerdə durmamalısınız. Evə bir qədər gec getsəniz də olar. Əsas məsələ planlarınızı həyata keçirməkdir. Bəxtinizdə pul da var.
SUTÖKƏN - Ulduzların düzümü maliyyə imkanlarınızın genişlənəcəyindən xəbər verir. Varlanmaq üçün xeyli şanslarınız var. Amma gün ərzində mənfi yüklü Ayın bürcünüzdə olmasını da unutmamalısınız.
BALIQLAR - İştirakçısı olduğunuz proseslərə ciddi yanaşsanız, gün ərzində nəzərdə tutduğunuz perspektivlərin əksəriyyətinə qovuşacaqsınız. Bu gün ulduzlar sizə ciddi məbləğdə pul da vəd edir.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ