Qoroskop
Astroloji proqnoz - 04 yanvar
QOÇ - Bütün diqqətinizi ailə məsələlərinə, eləcə də tərəf-müqabilinizlə münasibətlərə yönəldin. Hər hansı mübahisə başağrınıza səbəb ola bilər. Yersiz hücumlarınızı dondurun.
BUĞA - Günün ümumi mənzərəsi qənaətbəxş olsa da, bəzi vacib məsələlərdə həlledici qərarı özünüz çıxarmalısınız. Xüsusən də günün ikinci yarısında uzaqgörənliyə ehtiyacınız olacaq.
ƏKİZLƏR - Bəxtinizə inana bilərsiniz. Belə ki, çoxsaylı məqamlarda olduğu kimi bu gün də hansısa probleminiz gözləmədiyiniz halda həll olunacaq. Sevginizi məhdudlaşdırmayın.
XƏRÇƏNG - Təxminən saat 14-ə qədər nəqliyyatla, eləcə də təhlükəli cihazlarla ehtiyatlı davranmasanız, xəsarət alacaqsınız. Nahardan sonra isə sevindirici məqamlar mümkündür.
ŞİR - Ailə-sevgi münasibətlərində müəyyən qanqaraçılığı müşahidə olunacaq. Bunun qarşısını almaq üçün proqnozunuzu oxuyan kimi səbr nümayiş etdirməli, mübahisələrdən uzaq olmalısınız.
QIZ - Ulduzlar digər məsələlər haqqında sussa da, fəaliyyət sahəsində sizi böyük müvəffəqiyyətlər gözlədiyini bəyan edir. Odur ki, bu istiqamətdə istənilən təklifi qəbul etməyə dəyər.
TƏRƏZİ - Özünüzə çox da güvənməyin. Çünki mövcud durumunuz qürrələnməyə heç bir əsas vermir. Yaxşı olar ki, sadəlik nümayiş etdirəsiniz. Yaxınlarınızın çətinliyinə biganə yanaşmayın.
ƏQRƏB - İxtiyarınızda olan bu təqvim qarşınızda böyük öhdəliklər qoyacaq. Yaxın həftə üçün görəcəyiniz işləri konkretləşdirin. Çalışın ki, çıxardığınız qərarlar ədalət prinsiplərinə söykənsin.
OXATAN - Maddi durumunuz müəyyən qədər dirçələ bilər. Bu şərtlə ki, büdcənizə işıq salan bütün instansiyalara üz tutasınız. Gün ərzində oturaq fəaliyyətdən uzaq olmanız məsləhətdir.
OĞLAQ - Təzə xəbərlər yolunuzu gözləyir. Hətta yeni iş təklifləri alacağınız da mümkündür. Odur ki, işgüzar əlaqələrinizi dərinləşdirməlisiniz. Uzaq səfərləri hələlik təxirə salın.
SUTÖKƏN - Yanvarın bu soyuq gününü də birtəhər yola versəniz, yaxın perspektivlərinizdə parlaqlıq qazana bilərsiniz. Əsas vəzifəniz səhhətinizi qorumaqdan ibarət olmalıdır. Mübahisələrdən yayının.
BALIQLAR - Şəxsi işlərinizdə əsaslı dönüş gözlənilir. Hətta ətraf mühitin ürəyinizcə olmaması da sizə mane olmayacaq. Aldığınız təkliflərdən imtina etməyə tələsməyin. Götür-qoy edin.
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə24 Aprel 18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO