Astroloji proqnoz - 19 yanvar
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 19 yanvar

QOÇ - Yaxşı olar ki, gün boyu maliyyə məsələlərində riskli addımlardan çəkinəsiniz. Əks təqdirdə aldadıla bilərsiniz. İstənilən situasiyada obyektiv qərar verməyə çalışın.

BUĞA - Pulla bağlı uğurlarınız gözlənilsə də, qarşılıqlı münasibətlərdə və sağlıq durumunuzda xoşagəlməzliklər ola bilər. Bu amili nəzərə alıb davranışınıza və qidanıza fikir verin.

ƏKİZLƏR - Ulduzlar doğma və yaxınlarınızla soyuq davranışınızdan şikayətçidir. Bunu aradan qaldırmaq üçün digər işləri təxirə salmaq da olar. Əsas vaxtınızı sevimlilərinizlə keçirin.

XƏRÇƏNG - İxtiyarınızda olan bu təqvimdə keçmiş günahlarınızdan qurtulmağınız üçün bir sıra addımlar atmalı, ehtiyac olarsa, tövbə etməlisiniz. Uzaqda yaşayan doğmalarınızla əlaqə yaradın.

ŞİR - O qədər də səmərəli gün deyil. Lakin güc və potensialınızdan istifadə etməklə vəziyyətin axarını maraqlarınıza uyğunlaşdıra bilərsiniz. Ailədəki narahatçılığa özünüz son qoyun.

QIZ - Yaxşı olardı ki, fəaliyyətlə bağlı bütün işlərinizi təxirə salasınız. Münasibətlər zəminində bu qədər çatışmazlıqlar olduğu halda hansısa işə enerji itirməyə lüzum yoxdur.

TƏRƏZİ - Baxmayaraq ki hava soyuqdur, qəlbinizin istiliyi ətrafınızda olanları sizə qarşı daha da mərhəmətli edəcək. Nə vaxtsa rastlaşdığınız haqsızlıqları xatırlamaqdan əl çəkin.

ƏQRƏB - Ümumi atmosfer passiv olduğundan hansısa qeyri-adi işlərə girişməyin. Əsas enerjinizi qarşılıqlı münasibətlərə yönəldin. Səmimi insanlarla bir araya gəlmək əhvalınızı yüksəldəcək.

OXATAN - Günün ümumi mənzərəsi normaldır. Qəlbinizə yaxın olan insanlara qarşı səmimi və qayğıkeş olun. Əgər maddi durumunuz yaxşıdırsa, ehtiyac duyanlara bacardığınız qədər kömək edin.

OĞLAQ - Qarşılıqlı münasibətlərdə rastlaşdığınız xoş ovqat digər məsələlərdə də irəliləyiş yaradacaq. Özünüzü cəmiyyətdən təcrid olunmuş hala salmayın. Həyatın gözəlliyini duyun.

SUTÖKƏN - Əslində yeni il sizin üçün bu gün "başlayır". Çünki 2013-cü ildə nəzərdə tutduğunuz planların icrası günorta saatlarından start götürəcək. Varlanma ehtimalınız da var.

BALIQLAR - Bütün vücudunuzu bürüyən müəmmalara son qoyun. Tarix boyu belə hallar heç kimə uğur gətirməyib. Dünyanı düzəltməkdən əvvəl öz qüsurlarınızı aradan qaldırmağa çalışın

Oxumağa davam et
Reklam
Reklam

Gündəm