Qoroskop
Astroloji proqnoz - 01 fevral
QOÇ - Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Bir tərəfdən maraqlı insanlarla görüşləriniz, digər tərəfdənsə şəxsi işlərinizdə baş qaldıran müsbət dönüş sizi sevindirəcək..
BUĞA - Yeni ilin bəxtinizə düşən ən uğurlu ayı artıq yetişib. Bunu elə ilk gündən özünüz də hiss edəcəksiniz. Xüsusən də günortadan sonra uğurlu məqamlarınız artacaq. Hər mənada diqqətli olun.
ƏKİZLƏR – Ulduzların düzümü fevralın elə ilk təqvimindəcə xoş məqamların şahidi olacağınızı bəyan edir. Lakin bunlar təxminən saat 15-dən sonra olacaq. O vaxta qədərsə maksimum ehtiyatlı olmalısınız.
XƏRÇƏNG – Dünəndən bəri bürcünüzdə qərar tutan mənfi enerjili Ay səhhətinizlə bağlı problemlər yarada bilər. Buna baxmayaraq, nəzərdə tutduğunuz planların həlli üçün saat 13-ə qədər vaxtınız olacaq.
ŞİR - Əsas enerjinizi fəaliyyət istiqamətinə yönəldin. Boş məsrəflərə ciddi pul xərcləməyin. Hər hansı riskdən uzaq olun. Vaxt tapsanız, müqəddəs ziyarətgahlarımızdan birinə baş çəkin.
QIZ - Bu qısa ay şəxsi taleyinizdə əsaslı rol oynayacaq. Konkret bu günsə təhlükəsizliyinizi təmin etməli, nəqliyyat və digər avadanlıqlardan ehtiyatlı davranmalısınız. Səfərə çıxmayın.
TƏRƏZİ – Fevralın bu ilk təqvimi sizin üçün bir qədər mübahisəli keçə bilər. Odur ki, maksimum təmkin nümayiş etdirməyiniz vacibdir. Saat 15-18 radələrində təzə xəbərlər eşidəcəksiniz.
ƏQRƏB - Maddi durumunuzun dirçələcəyinə əmin ola bilərsiniz. Günün ikinci yarısında əsas vaxtınızı yalnız bu amilə ayırın. Ağlınız kəsməyən işlərə girişməyin. Axşam evə tez gedin.
OXATAN - Sağlıq durumunuz imkan versə, bu təqvimi bütünlüklə istirahətə həsr edin. Qonaqlıqlar, birgə gəzintilər, yaxın səfərlər sizə yalnız ruh yüksəkliyi gətirə bilər. Gecəni öz evinizdə keçirin.
OĞLAQ - Yeni əlaqələrə başlamaq üçün konkret addımlar atmağa dəyər. Amma hansısa məsələyə görə ciddi məbləğdə xərc çəkməyə lüzum yoxdur. Rəhbərliklə münasibətləri mülayimləşdirin.
SUTÖKƏN - Maliyyə problemlərinizin artdığı bir ərəfədə özünüzü üzməməlisiniz. Çünki Göy qübbəsi bunun qısa zamanı əhatə edəcəyini bildirir. Axşamsa qonaq getmək üçün şansınız yaranacaq.
BALIQLAR - Fevralın gəlişi daxili tərəddüdlərinizi kifayət qədər səngidəcək. İşgüzar görüşlərdə iştirak etmək üçün böyük şanslarınız olacaq. Fəaliyyətinizdə də müvəffəqiyyətlər mümkündür
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov