Qoroskop
Astroloji proqnoz - 11 fevral
QOÇ – Pozulmuş enerjinizi bərpa etmək üçün dini tövsiyələrə riayət edin, müqəddəs insanları və yerləri ziyarət edin. Fəaliyyətdən daha çox mənəvi amillərə yer ayırın. Uzaq səfərlər də mümkündür.
BUĞA – Diqqətli olun, çünki ulduzlar ətrafınızda sizləri aldadanların artdığını bəyan edir. Başqa probleminiz olmayacaq. Bu gün ciddi gəliriniz gözlənilməsə də, büdcəniz boş qalmayacaq.
ƏKİZLƏR – İlk növbədə əsəblərinizi qoruyun ki, qarşınızda duran problemləri həll etməyə gücünüz çatsın. Həlli çətin görünən məsələlərə girişməyin. Göy qübbəsi büdcənizin artacağını mütləq sayır.
XƏRÇƏNG – Qarşınızda xoş bir gün durur. Məqsədlərinizə çatmaqda çətinliyiniz olmayacaq. Amma uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirin, ələlxüsus da əgər onlardan xəstə olanı varsa.
ŞİR – Köhnə mübahisələrə, yarıtmaz tərəfdaşlarla haqq-hesab çürütməyə qayıtmayın. Əks təqdirdə çoxsaylı uğursuzluqlarla rastlaşacaqsınız. Yalnız böyük ideyalarınız barədə düşünün.
QIZ – Ulduzlar təvəqqe edir ki, bu gün heç kimə yalan vədlər verməyəsiniz. Çünki xırda yanlışlıq sonrakı günlərdə sizə zərər yetirə bilər. Qarşılıqlı ünsiyyət zamanı eqoistlik etməyin. Hamıya dəyər verin.
TƏRƏZİ – Fevralın sonrakı mərhələsi üçün görəcəyiniz işləri indidən götür-qoy edin. Ən azından gün ərzində zəkanız iti olacaq, başınıza səmərəli ideyalar gələcək. Müqəddəs çağırışlara riayət edin.
ƏQRƏB – Aqressiv düşüncələri heç olmasa bu günlük arxa plana atın. Göy qübbəsi nicatınızın mərhəmətli və mülayimlikdən asılı olduğunu bildirir. Saat 17-dən sonra bütün təkliflərə “hə” deyin.
OXATAN – Gücünüzü lazımsız sahələrə sərf etməyin. Məhz bu səbəbdən vacib işləriniz öz həllinə gecikir. Yaxşı olar ki, saat 11-dən etibarən özünüzdə təpər tapıb hərəkətə keçəsiniz. Vaxt itirməyin.
OĞLAQ – Bu gün heç bir təhlükə yoxdur. Göy qübbəsi aldığınız bütün təkliflərə razılıq verməyinizi təvəqqe edir. Yalnız axşam saatlarında xırda mübahisələriniz mümkündür. Yəqin ki, təmkinli olacaqsınız.
SUTÖKƏN – Hiss olunur ki, bu həftə çox yorulmusunuz. Ona görə də bugünkü fəaliyyətinizi başa çatdıran kimi istirahət haqqında düşünün. Maddi durumunuz imkan versə, səfər də mümkündür.
BALIQLAR – Başqalarının işinə müdaxilə etməyin, xüsusən də hüquqi müstəvidə və sənədlərlə bağlı məsələlərdə. Bunu bacarsanız, günün ləzzətini yaşaya biləcəksiniz. Nahardan sonra maddi irəliləyiş də gözlənilir.
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR