Qoroskop
Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
Publika.az bu günün qoroskopunu təqdim edir.
Qoç
Sağlamlığınıza və enerji səviyyənizə diqqət yetirməli olduğunuz gündür. Qarşıda duran öhdəlikləri yerinə yetirmək üçün əvvəlcə dincəlməyə və güc toplamağa ehtiyacınız ola bilər. Sevdiyiniz insanla münasibətlərinizdə isə daha isti və səmimi anlar yaşana bilər.
Buğa
Şəxsi büdcəniz və maliyyə məsələləri diqqət tələb edə bilər. Xərclərinizdə ölçülü olmağınız məsləhətdir. Eyni zamanda, ev və ailə həyatında bəzi xoş dəyişikliklər, rahatlıq və harmoniya gözlənilir.
Əkizlər
Bu gün intuisiyanıza daha çox güvənin. Xarici məsləhətlərdənsə daxili səsiniz sizə ən doğru yolu göstərəcək. İş həyatınızda tərəf-müqabillərinin rəyini nəzərə almaq faydalı olar.
Xərçəng
Hər mənada düşərli və uğurlu bir gündür. Aktivliyiniz sayəsində qarşılaşdığınız hadisələri öz xeyrinizə çevirə bilərsiniz. Sövdələşmələrdə və işgüzar danışıqlarda təşəbbüsləri əldə saxlayın.
Şir
Planlaşdırmadığınız bəzi gözlənilməz vəziyyətlərlə qarşılaşa bilərsiniz. Lakin yaradıcı yanaşmanız sayəsində istənilən problemin öhdəsindən uğurla gələcəksiniz. Maliyyə baxımından sevindirici xəbərlər ala bilərsiniz.
Qız
Şəxsi və iş həyatınızda yeni bir mərhələnin təməli qoyula bilər. Ətrafınızdakı insanların sözlərinə diqqətlə qulaq asın və düzgün seçimlər etməyə çalışın. Tələsik qərarlardan uzaq durun.
Tərəzi
Ümumilikdə həm fəaliyyət, həm də şəxsi münasibətlər baxımından uğurlu gündür. İnsanlarla ünsiyyətdən zövq alacaqsınız. Tələbələr və ya təhsil alanlar üçün xüsusilə parlaq və məhsuldar fürsətlər yarana bilər.
Əqrəb
Günün ilk yarısında bütün vacib işlərinizi yekunlaşdırmağa çalışın. Şəxsi işlərinizdə müsbət dönüşlər gözlənilir. Axşam saatlarını isə tamamilə istirahətə və özünə ayırmağa həsr edin.
Oxatan
Bir qədər qarışıq gün ola bilər; bəzi məqamlarda vəziyyət nəzarətinizdən çıxa bilər. Buna görə də hər addımda diqqətli olun və qidlanmanıza xüsusi fikir verin. Emosional qərarlar verməkdən çəkinin.
Oğlaq
Fiziki baxımdan sakit keçə bilən bu günü strateji planlaşdırma üçün istifadə edin. Gələcək ideyalarınızla bağlı ətrafdakılara güzəştə getməyi bacarın. Kommersiya və maliyyə məsələlərində şans tərəfinizdə olacaq.
Dolça
Cari qayğıları bir kənara qoyub qohumlara və ya yaxın dostlara baş çəkmək sizə mənəvi rahatlıq gətirə bilər. Özünüzə zaman ayırın, xoş xəbərlər ala və ya kiçik alış-verişlərlə əhvalınızı yüksəldə bilərsiniz.
Balıqlar
Daxili dünyanızdakı düşüncələrlə real həyatdakı vəziyyət arasında kiçik ziddiyyətlər yarana bilər. Əsəblərinizi qorumaq üçün sizi narahat edən məsələləri operativ həll etməyə çalışın. Günün sonunda sakit mühitdə dincəlməyə ehtiyacınız olacaq. (Milli.az)
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika6 Noyabr 16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region6 Noyabr 11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya6 Noyabr 10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları













.jpg)



















.jpg)
