Qoroskop
Astroloji proqnoz - 23 fevral
QOÇ – Maliyyə məsələləri ilə bağlı problemlərinizi həll etməyə çalışın. Bütün gücünüzü səfərbər etməklə istəyinizə yetişə bilərsiniz. Bu gün qida rasionunuzu da diqqətdə saxlayın – zəhərlənmə ehtimalınız var.
BUĞA – Ulduzlar bir daha yalan vəd verməməyi tövsiyə edir. Əgər etibarınızı qoruya bilsəniz, təxminən saat 14-dən sonra ovqatınıza müsbət təsir edəcək hadisələr baş verəcək. Bu gün səfərə çıxmayın.
ƏKİZLƏR – Bütün astroloji göstəricilər bu gün ixtiyarın öz əlinizdə olacağını bəyan edir. Yalnız qarşınıza çıxan hər bir situasiyada obyektivliyinizi təmin etməlisiniz. Risk etməyə lüzum yoxdur.
XƏRÇƏNG – Yeni təkliflər gözlənilsə də, bütün hallarda tələsik razılıq verməyin. Etibar etdiyiniz şəxslərlə məsləhətləşin ki, bunun səmərəsini görəsiniz. Axşama yaxın bir neçə sürprizə hazır olun.
ŞİR – Səhər saatları bir qədər gərgin başlasa da, özünüzü təmkinli aparmaqla vəziyyətdən qurtula bilərsiniz. Günün sonrakı saatlarında isə uğurlarınız bol olacaq. Uzaq yola çıxmayın.
QIZ – Yüksək çinli adamlarla perspektivli danışıqlar aparmaq üçün yaxşı gündür. Xüsusən də saat 14-18 arası bu istiqamətdə uğurlarınız gözlənilir. Hər hansı tərəddüdə ehtiyac yoxdur.
TƏRƏZİ – Bütün gücünüzü səfərbər edib yarımçıq işlərinizi yekunlaşdırın. Bu istiqamətdə sizə köməyi dəyəcək insanlara müraciət etməkdən də çəkinməyin. Deyilənləri edin ki, xoş günlərə start verilsin.
ƏQRƏB - Fəaliyyət göstərdiyiniz sahələrdə mübahisəli situasiyalarla rastlaşma ehtimalınız var. Həmkarlarınız və rəhbərliklə mülayim davranın. Nahardan sonra şəxsi büdcənizdə artım gözlənilir.
OXATAN – Ümumi süstlüyünüz kifayət qədər səngiyəcək. Bunu həm hadisələrin gedişatında, həm də rastlaşdığınız insanlarla münasibətlərdə görəcəksiniz. Planınızda varsa, uzaq səfərlərə çıxa bilərsiniz.
OĞLAQ – Yeniliklər yolunuzu gözləyir. Həm münasibətlər istiqamətində, həm də fəaliyyət müstəvisində müsbət mənzərə yaranacaq. Hətta nahardan sonra maddi zəmində uğurlarınız da mümkündür.
SUTÖKƏN – Günün ilk yarısı maliyyə əməliyyatları aparmaq üçün cox uğurludur. Çalışın ki, bu prosesdə təcrübəli insanlarla bir arada olasınız. Nahardan sonra isə qayğıya ehtiyac duyan doğmalarınıza baş çəkin.
BALIQLAR – Nə qədər ki öz bürcünüz hakimdir, qarşınıza çıxan hər bir şansdan bəhrələnin. Xüsusən də cari problemlərinizin sürətli həllinə can atın. Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO