Astroloji proqnoz - 26 fevral
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 26 fevral

QOÇ - Səhhətinizlə bağlı diqqətli olmağınız vacibdir. İqlimin dəyişkənliyi, ətrafınızda olan insanları qəbul etməməyiniz sinir siteminizdə mənfi fəsadlar yarada bilər. İstirahətə fikir verin.

BUĞA - Qərarlarınızda qəti olsanız, heç bir narahatçılıqla üzləşməyəcəksiniz. Bu gün darıxdığınız adamların bir çoxu ilə görüşəcəksiniz. Axşama yaxın təzə hadisələrin şahidi olacaqsınız.

ƏKİZLƏR - Ay bürcünüzdə yerləşdiyi üçün səhhətinizdə problemlər ola bilər. Əsəbinizi cilovlayın, gün ərzində kiməsə yamanlıq etməyin. Nahar saatlarında yaxşı xəbər eşidəcəksiniz. Səfərə çıxmaq da olmaz.

XƏRÇƏNG - Çağırılmamış ünvanlara qonaq getməyin. Əks təqdirdə məyusluqla qarşılaşacaqsınız. İxtiyarınızda olan bu gündə qonum-qonşuların dedi-qodusundan yayınmağa çalışın. Tədbirli olun.

ŞİR - İndiki məqamda xilas yolunuz yalnız dost və müttəfiqlərinizdən asılıdır. Çünki əsaslı dönüş etmək üçün fiziki və psixoloji cəhətdən o qədər də hazır deyilsiniz. Sağlamlığınıza fikir verin.

QIZ - Ulduzlar nahara qədər istirahət etməyinizi məsləhət görür. Əgər ciddi işlərə girişsəniz, uğurlu nəticə hasil olmayacaq. Günün ikinci yarısında isə maraqlı hadisələr gözlənilir.

TƏRƏZİ - Faciə gününə təsadüf etsə də, müəyyən insanlarla görüşüb mövcud problemlərinizin həllinə çalışa bilərsiniz. Çünki bugünkü söhbətlərin əhəmiyyəti böyükdür. İmkan tapıb qonaq gedin.

ƏQRƏB - Bütün danışıq və sövdələşmələri təxirə salıb oturaq işlərlə məşğul olun. Əks təqdirdə təxribat və ya böhtanla üzləşəcəksiniz. Yaxşısı budur, enerjinizi ailə və sevgiyə yönəldəsiniz.

OXATAN – Astroloji göstəricilər yalnız səfərə çıxmaqla yüksək əhval-ruhiyyəyə yiyələnəcəyinizi proqnozlaşdırır. Bu fürsəti fövtə verməyin. Bu gün büdcənizin böyümə ehtimalı da var.

OĞLAQ - Bu təqvimdə ulduzlar daha çox sizin zodiaka pul vəd edir. Bu səbəbdən də boş durmağınıza lüzum yoxdur. Büdcənizi artırmaq üçün ağlınıza gələn bütün ünvanlara və adamlara baş çəkin.

SUTÖKƏN - Təxminən saat 12-yə qədər bürcünüz üçün bəzi xoşagəlməzliklər mümkündür. Özünüzü gərgin və anlaşılmaz situasiyalara cəlb etməyin. Nahardan sonrasa maraqlı görüş və pul gözlənilir.

BALIQLAR - Günün ümumi mənzərəsi hüznlü olduğundan bütün riskli işləri təxirə salın. Əsas vaxtınızı istirahətə həsr etməklə qarşıdakı günlərin planlarını qurun. Aldığınız təklifləri düşüncə süzgəcindən keçirin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm