Astroloji proqnoz - 15 mart
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 15 mart

QOÇ - Fəaliyyətə ara verməyiniz məsləhətdir. Yaxşı olar ki, ürəyinizə yaxın olan simsarlarınızla bir yerdə olasınız. Bu, daxili nisgilinizi azalda bilər. Ziyarətə getmək də olar.

BUĞA - Kifayət qədər səmərəli gündür. İşbirliyi qurduğunuz adamlarla perspektivli nəticələr əldə edə bilərsiniz. Ulduzlar daha çox maliyyə baxımından uğurlara yiyələnəcəyinizi bildirir.

ƏKİZLƏR - Sizə dəxli olmayan məsələlərə az müdaxilə edin. Onsuz da son məqamda yardımçı olduğunuz şəxslər özünüzə qarşı yönələcək. Günün ikinci yarısında yaxın qohumlara baş çəkin.

XƏRÇƏNG - Yersiz lovğalıq, mənəm-mənəmlik sizə başucalığı gətirən deyil. Bu amili nəzərə alıb ünsiyyətdə olduğunuz adamlara qarşı mərhəmətli davranın. Yeni əlaqələrdən çəkinməyin.

ŞİR - İnsanlarla münasibətdə vəziyyət heç də ürəkaçan olmayacaq. Ola bilsin ki, sizə qarşı təxribat da törədilsin. Hər halda tədbirli olmağınız lazımdır. Axşam qonaqlıq görünür.

QIZ - İxtiyarınızda bir qədər mistik gün durur. Tanrıya xoş getməyən əməllərdən çəkinin. Ulduzlar gün ərzində büdcənizin xeyli ağırlaşacağını bəyan edir. Buna hazır olun.

TƏRƏZİ - Martın ən yaxşı günlərindən birini yaşayacaqsınız. Bu baxımdan fəaliyyət zəminində uğurlarınız daha çox olacaq. Sövdələşmələrdə qarşı tərəfin mövqeyini mütləq nəzərə alın.

ƏQRƏB - Bütün enerjinizi məhəbbət amilinə yönəldin. Xırda umu-küsüləri və konfliktləri qaydasına salmağa çalışın. Bunu etməsəniz, Göy qübbəsinin qəzəbinə gəlib xəstələnə bilərsiniz.

OXATAN - Fərdi fəaliyyət prinsipində müsbət dönüş yaratmaq istəyirsinizsə, bu təqvimdən maksimum istifadə edin. Əks təqdirdə yaxın günlərdə bu şansı itirəcəksiniz. Hamıya mehriban olun.

OĞLAQ - Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl - ulu Zərdüştün bu tövsiyələri nə qədər ki, qəlbinizə hopmayıb, taledən mərhəmət gözləməyin. İndi seçim sizindir, başlamağa dəyər.

SUTÖKƏN - Səfər və qonaqlıq üçün ideal gündür. Əgər maddi durumunuz buna imkan verirsə, yola düşməyə dəyər. Yaxşı bilirsiniz ki, sizin üçün darıxanlar və yolunuzu gözləyənlər çoxdur.

BALIQLAR - Astroloji göstəricilər şəxsi münasibətlərinizi düzəltmək üçün gözəl imkan qazanacağınızı bildirir. Dəvətlərdən qaçmayın. Axşam dünyadan getmişlərinizə dualar oxuyun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm