• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

Astroloji proqnoz - 24 mart

  • Qoroskop
  • 24 Mart 2015 00:03
  • 1 782 Baxış
Astroloji proqnoz - 24 mart

QOÇ - Ailə-sevgi münasibətlərində çərçivəyə sığmayan hərəkətlərə yol verməyin. Yoxsa məyus olarsınız. Nahar ərəfəsində təhlükəsizliyinizi təmin edin. Yağlı qidalar yeməyin.

BUĞA – Şəxsi öhdəlikləriniz artdığından çox güman ki, dincəlməyə macal tapmayacaqsınız. Bununla yanaşı, ikitərəfli sövdələşmələr aparmağa, yeni işlər haqqında müzakirələrdə iştirak etməyə dəyər.

ƏKİZLƏR - İstər fəaliyyət dairənizdə, istərsə də maliyyə məsələlərində uğurlarınız gözlənilir. Bir şərtlə ki, təşəbbüskarlıq öz əlinizdə olsun. Dostlarınızla əlaqələrinizi gücləndirin.

XƏRÇƏNG - Qarşınızda yorucu bir təqvim durur. Bəri başdan buna hazır olun ki, sonra çaş-baş qalmayasınız. Müttəfiqlərinizlə aranızda yaranmış anlaşılmazlığı aradan götürün.

ŞİR - Əgər gün ərzində maddi durumunuzu dirçəltməsəniz, sizin üçün çətin olacaq. Bu, daha çox sizə ümid bəsləyənlərə xeyirli olar. Sevgi münasibətlərində isə kobudluğa yol verməyin.

QIZ - Hər mənada düşərli bir gün yaşayacaqsınız. Zərrə qədər də xoşagəlməzlik gözlənilmir. Günün ikinci yarısında sürpriz və sevindirici hadisələrin şahidi olacaqsınız.

TƏRƏZİ - Mübahisəli situasiyalara cəlb oluna bilərsiniz. Təmkinli olmağı bacarmasanız, başağrısına mübtəla olacaqsınız. İnsanlara qarşı baxışlarınızı dəyişməyə çalışın.

ƏQRƏB - Başqalarının xahişlərini yerə salmayın. Elə addımlar atın ki, sizə qarşı rəğbət oyansın. Çünki bu təqvimdə xeyirxah məxluqlar başınızın üstündə duracaq. Onlarla xoş davranın.

OXATAN - Paralel olaraq bir neçə işlə məşğul olmağınız sizi yormaqla bərabər, fəaliyyətinizdə də passivlik yaradır. Müəyyən ixtisarlar etməyinizə ehtiyac duyulur. Sevdiklərinizi aldatmayın.

OĞLAQ - Hisslərinizi cilovlayın. Əks təqdirdə məzəmmət olunacaqsınız. Ailə üzvlərinizin ədalətli məsləhətlərini qulaqardına vurmayın. Axşamüstü qonaq getmək üçün yaxşı vaxtdır.

SUTÖKƏN - Bu gün sizə mütləq dəstək verilməlidir. Məhz belə olduqda qarşınıza qoyduğunuz məqsədlərə yetişə biləcəksiniz. Təxminən saat 15-dən sonra gözlənilməz hadisələrlə rastlaşacaqsınız.

BALIQLAR - Fiziki işlərə bir qədər ara verməyiniz məsləhət görülür. Yaxşı olar ki, əsas vaxtınızı istirahətə sərf edəsiniz. Hətta günün ikinci yarısında səfərə çıxmaq da olar.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR