Qoroskop
Astroloji proqnoz - 26 mart
QOÇ - Maddi problemləri nəzərə almasaq, bu təqvimdən narazı qalmağınıza elə bir ciddi əsas yoxdur. Ulduzlar insanlara baxışlarınızı dəyişməyi tövsiyə edir. Əsəblərinizi qoruyun.
BUĞA - Ümumi passivliyinizi nəzərə alıb fəaliyyətə ara verin. Əsas enerjinizi bütünlüklə istirahətə və səyahətlərə həsr edin. Günün ikinci yarısında istənilən mübahisə və riskdən yayının.
ƏKİZLƏR - Yersiz qürrələnməyiniz, özünüzü tərifləməyiniz ünsiyyətdə olduğunuz adamlarda sizə qarşı ikrah yarada bilər. Səmimi və sadə olun. Axşama yaxın təzə xəbər eşidəcəksiniz.
XƏRÇƏNG - Hər hansı işdə təkbaşına addım atmaqdan vaz keçin. Əməkdaşlıq zəminində isə uğurlara yetişəcəksiniz. Saat 16-dan sonra perspektivi sual altında olan danışıqlardan imtina edin.
ŞİR - Passiv bir gün yaşamalı olacaqsınız. Özündən müştəbehlik, hamıya yuxarıdan aşağı baxmaq kimi mənfi xüsusiyyətlərdən uzaq olun. Yeni işgüzar təklifləri rədd etməyin.
QIZ - Ailə-sevgi münasibətlərində bəzi xoşagəlməzliklə rastlaşa bilərsiniz. Boş yerə hay-küy qaldırmayın. Hər şeydən əvvəl ətrafınızda müsbət aura, xoş mühit yaradın ki, qurtulasınız.
TƏRƏZİ - Hər mənada uğurlu bir təqvim yaşayacaqsınız. Sevdiyiniz adamlarla ümumi dil tapmağınız əsas işlərinizin gedişində müsbət çalarlar əmələ gətirəcək. Gecəni öz evinizdə keçirin.
ƏQRƏB - Cərəyan edən proseslərə çılğın tərzdə yanaşmağınız heç bir irəliləyişə təkan verməyəcək. Odur ki, müdriklik göstərməyiniz tələb olunur. Yeni əməkdaşlığa ciddi tərzdə yanaşın.
OXATAN - İlahi prinsiplərə xüsusi əhəmiyyət verin. Günahlarınızın yuyulması üçün dualar edin. Sevdiyiniz adamda özünüzə qarşı yalnız rəğbət yaratmağa çalışın. Uzaq səfərləri təxirə salın.
OĞLAQ - Novruz başlayandan qayğılarınız da artıb. Qarşınızda duran vəzifələrin öhdəsindən çətinliklə gəlməyiniz sizi səbrsiz edir. Bir az dözümlü olun. Ulduzlar varlanacağınızı bildirir.
SUTÖKƏN - Uğurlu gündür. Günün birinci yarısında qazanmaq, nahardan sonra isə xoş təsadüflərlə rastlaşmaq şansınız var. Yeni əlaqələrə ciddi və perspektivli yanaşın. Bu, yalnız xeyrinizə ola bilər.
BALIQLAR - Saat 14-ə qədər münaqişəli məsələlərdən uzaq olmağa çalışın. Kiminsə özü yaratdığı problemi düzəltmək fikrinə düşməyin. Sonrakı saatları isə bütünlüklə əyləncələrə həsr edin.
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu