Qoroskop
Astroloji proqnoz - 8 aprel
QOÇ - İxtiyarınızda olan bu təqvimdə üzərinizə böyük öhdəliklər düşür. Nəticənin uğurlu olacağını nəzərə alıb yorulmaqdan çəkinməyin. Kənar müdaxilələrə reaksiya verməyin.
BUĞA - Saat 14-ə qədər ev şəraitində olmağınız vacibdir. Riskli iş görmək, səfərə çıxmaq yolverilməzdir. Əks təqdirdə əsəbi məqamlar yaşayacaqsınız. Axşamsa qonaqlıq gözlənilir.
ƏKİZLƏR - İxtiyarınızda olan bu təqvim sizin üçün həddindən ziyadə uğurlu keçəcək. Ürəyinizcə olan şəxslərlə rastlaşmağınız, eləcə də təzə xəbərlər eşitməyiniz sizi sevindirəcək. Riskdən qorxmayın.
XƏRÇƏNG - Ulduzların düzümü səhhətinizlə bağlı bəzi problemlərlə rastlaşa biləcəyinizdən xəbər verir. Bu səbəbdən də orqanizminizə zidd olan qida və işlərdən yayınmalısınız.
ŞİR - O qədər də uğurlu gün deyil. Bir tərəfdən ətrafınızda lazımi adamların olmaması, digər tərəfdənsə əsəbi situasiyalar ovqatınızı korlaya bilər. Özünüzü təmkinli aparmağa çalışın.
QIZ – Astroloji göstəricilər günün diqtəsinə uyğun olaraq uzaq səfərə çıxmağınızı məsləhət görür. Digər sahələrdə passivlik hökm sürdüyündən neytral qalmağınız daha məqsədəuyğundur.
TƏRƏZİ - Təxminən saat 15-ə qədər ümumi ovqatınız xoş olacaq, ünsiyyətdə olduqlarınız sizi anlayacaq. Sonrakı müddətdə isə ciddi və böyük mübahisələrə cəlb olunacağınız gözlənilir.
ƏQRƏB - Yeni əlaqələr yaratmaq üçün ideal ərəfədir. Çox güman ki, bir neçə yeniliyin şahidi olacaqsınız. Sevindirici təkliflər də labüddür. Axşam qonaqlığa getmək sizə rahatlıq gətirəcək.
OXATAN - Bütün enerjinizi fəaliyyət prinsipinə istiqamətləndirin. Çünki perspektivləriniz bu ərəfədən birbaşa asılı olacaq. İşgüzar sövdələşmələrdə mümkün qədər ötkəm olun.
OĞLAQ - Göy qübbəsi yalnız ev-eşiklə, bağ-bağatla məşğul olmağınızı tövsiyə edir. Digər işləri isə təxirə salmağınız məsləhətdir. Yaşca sizdən kiçik olanlara mərhəmət və qayğınızı artırın.
SUTÖKƏN - Maraqlı görüşlər və səfərlər yolunuzu gözləyir. Bir qədər qətiyyətli olun. Bədxah adamlara qarşı rəhmli olmaq o qədər də səmərəli deyil. Ulduzlar ac qalmağınızdan şikayətçidir.
BALIQLAR - Əgər bizneslə məşğulsunuzsa, bu gün bəxtiniz gətirə bilər. Çünki bütün göstəricilər uğurlu iş birliyi yaradacağınızdan, həmçinin varlanacağınızdan xəbər verir. Səfərə çıxmayın.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!