Astroloji proqnoz - 10 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 10 may

QOÇ - İntiqam hissi, əsəbi situasiyalara şərh vermək, münasibəti korlanmış iki nəfər arasında vasitəçilik etmək sizə zərər yetirə bilər. Bu səbəbdən də yalnız özünüzə aid işlərlə məşğul olun.

BUĞA - Ümumi əhvalınızda xoş məqamlar bol olacaq. Ələlxüsus da saat 15-dən sonra bəzi cəhdləriniz baş tutacaq. Əsas vaxtınızı sevgiyə həsr edin. Ulduzlar uzaq səfərə çıxmanızın əleyhinədir.

ƏKİZLƏR - Qarşınızda uğurlu bir gün durur. Qarşıya qoyduğunuz planların böyük əksəriyyətini reallaşdıra biləcəksiniz. Maraqlı görüş və tanışlıqlar da mümkündür. Nahardan sonra uzaq yola çıxmaq olar.

XƏRÇƏNG - Xırda-para işlər başınızı qatsa da, şəxsi büdcənizi artırmaq üçün kifayət qədər şansınız olacaq. Odur ki, bu istiqamətdə bütün gücünüzü səfərbər edin, ağır fiziki işlərdən yayınmağa çalışın.

ŞİR - İxtiyarınızda olan bu təqvimdə ətrafdakılarla mülayim olmağa üstünlük verin. Əgər ruhən sizə yaxın olan insanlara baş çəksəniz, böyük savab qazanmış olarsınız. Bütün hallarda bu gün bədbin düşüncələrdən azad olun.

QIZ - Ulduzların düzümü sağlıq durumunuzda problem olduğunu göstərməkdədir. Bu səbəbdən də qida və yuxu rejiminizə, xüsusən də baş nahiyənizə ciddi fikir verməlisiniz. Digər işləri təxirə salmaq da olar.

TƏRƏZİ - Planetiniz Veneranın "hakimiyyətdə" olması sizi daha enerjili edəcək. Amma səhhətlə bağlı problemlərinizi həll etməlisiniz. Çünki bu amil vacib planlarınızı poza bilər. Görüşləri axşama salın.

ƏQRƏB - Saat 14-ə qədər neytrallıq nümayiş etdirməyiniz məsləhətdir. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin. Sonrakı müddətdə isə perspektivli sövdələşmələr gözlənilir. Riskdən qorxmayın.

OXATAN - Təzə xəbərlər yolunuzu gözləyir. Ola bilsin ki, uzaqlardan sevindirici xəbər də alasınız. Hər halda, gün ərzində ovqatınız xoş olacaq. Nəqliyyat vasitələrində isə ehtiyatlı olmalısınız.

OĞLAQ - İkitərəfli əməkdaşlıq üçün düşərli vaxtdır. Buna baxmayaraq, müqavilə bağladığınız adamlarla ehtiyatlı davranın. Əgər təşəbbüskarlığı əlinizdə saxlasanız, hədəfə mütləq çatacaqsınız.

SUTÖKƏN - Yaxşı olar ki, bu təqvimdə bütün işlərinizi təxirə salasınız. Çünki fiziki yorğunluğunuzun ifratçılığı aktivliyinizə mane olacaq. Ruhi tarazlığınızı bərpa etmək üçün ziyarətgahlara baş çəkmək olar.

BALIQLAR - Bütün vacib işlərinizi günün birinci yarısında yekunlaşdırın. Çünki saat 14-dən sonra daxili süstlüyünüz yüksələ bilər. Axşama doğru maraqlı insanlarla rastlaşacaqsınız. Bu gün borc almayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm