Astroloji proqnoz - 23 may
Bizi izləyin

Qoroskop

Astroloji proqnoz - 23 may

QOÇ - Maliyyə problemlərinizin qabarmasını istəmirsinizsə, bir az qənaətcil olun. Yaxşı olar ki, ciddi məbləğ tutan alış-verişə girişməyəsiniz. Əsas vaxtınızı sevgiyə həsr edin.

BUĞA - Düşüncə və fikirlərinizin reallığa uyğun olmasını ulduzlar da təsdiqləyir. Bu səbəbdən də kənar məsləhətlərə o qədər də ehtiyacınız yoxdur. İmkan daxilində açıq havada az olmağa çalışın.

ƏKİZLƏR - Hazırda "hakim" bürc siz olduğunuz üçün enerjiniz xeyli artacaq. Odur ki, bu potensialı səmərəli istiqamətə yönəltməyə səy göstərin. İşgüzar sövdələşmələrə başlamağa dəyər.

XƏRÇƏNG - Havaların qeyri-sabitliyi, maqnit qasırğaları səhhətinizə mənfi təsir göstərə bilər. Bunu nəzərə alıb açıq havada çox durmayın. Bu gün istənilən ikitərəfli əməkdaşlığınız uğurla nəticələnəcək.

ŞİR - Mübahisəli gündür. Atmaca və böhtanlara əhəmiyyət verməyin. Əsas enerjinizi maliyyə məsələlərinə və peşənizlə məşğulluğa həsr edin. Sevdiyiniz adamın obyektiv fikrinə hörmətlə yanaşın.

QIZ - Saat 12-dən sonra maddi durumunuzu dirçəltmək üçün cəhdlər edin. Çox güman ki, bunun səmərəsi olacaq. Günün sonunda isə ürəyinizcə olan ünvanlara qonaq sifətilə baş çəkin.

TƏRƏZİ - Həmkarlarınızla davranışlarda nəzakətli olun. Çünki ulduzların düzümü bu gün çoxlarının sizdən incik düşəcəyini göstərir. Fəaliyyət zəminində isə böyük işlərə başlamağa dəyər.

ƏQRƏB - Bütün enerjinizi qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəldin. Umu-küsüləri bir tərəfə atın. Çünki şəxsi işlərinizdə böyük dönüş yaxınlaşmaqdadır. Fəaliyyətlə bağlı səfərə çıxmaq olar.

OXATAN - Hər mənada uğurlu gündür. Qarşıya qoyduğunuz vəzifələrin əksəriyyətini reallaşdıracaqsınız. Bunun üçün müttəfiqlərinizin köməyindən yararlanın. Bütün detalları saf-çürük edin.

OĞLAQ - Saat 14-16 arası gərginliklə üzləşə bilərsiniz. Bunun qarşısını alsanız, qalan müddətdə heç bir probleminiz olmayacaq. İşgüzar görüşləri təxirə salmayın. Sevindirici xəbər eşidəcəksiniz.

SUTÖKƏN - Çox məsuliyyətli gündür. Nəzərdə tutduqlarınızın hamısını reallaşdırmağa çalışın. Yersiz risklərə, bələd olmadığınız adamlarla əməkdaşlığa razılıq verməyin. Səhhətinizi qoruyun.

BALIQLAR - Öhdənizə düşən və əksəriyyəti yarımçıq qalan işlərinizi yekunlaşdırmağa çalışın. Heç kimə yalan vəd verməyin. Bu, nüfuzunuza xələl gətirə bilər. Yeni təkliflərə razılıq verin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm