Qoroskop
Astroloji proqnoz - 29 may
QOÇ - İxtiyarınızda olan bu tarixdə tamamilə məxfi davranış nümayiş etdirməlisiniz. Belə ki, nəzərdə tutduğunuz planları, məqsəd və arzuları ətrafınızda olanlara deməməlisiniz.
BUĞA - Saat 11-15 aralığında yeni simalarla görüşləriniz, uğurlu sövdələşmələriniz gözlənilir. Həticənin hədsiz dərəcədə uğurlu olmasını nəzərə alıb proqnozun reallaşmasına çalışın. Hər mənada aktiv olun.
ƏKİZLƏR - İstər qarşılıqlı münasibətlərdə, istərsə də iş prinsipində nailiyyətləriniz arta bilər. Amma axşama doğru bəzi bədxahlar əsəblərinizi tarıma çəkə bilər. Odur ki, sərt reaksiya verməməlisiniz.
XƏRÇƏNG - Qarşıda duran iyun ayının perspektivlərindən yararlanmaq üçün konkret addımlar atmağa başlayın. Xırda məişət problemlərinə, eyni zamanda dedi-qoduya əbəs yerə vaxt itirməyin. Təklifləri qəbul edin.
ŞİR - Ciddi məsələlərin həllində gözləmə mövqeyi tutmayın. Nəzərə alın ki, vaxt dardır və şansları qaçırmaq sizə uzun müddət sıxıntı verə bilər. Gümanınız gələn hər kəsə üz tutun.
QIZ - Yaxşı olar ki, vacib işlərinizi saat 16-ya qədər yekunlaşdırasınız. Çünki sonrakı saatlarda passivlik mümkündür. Yeni işgüzar sövdələşmələrdə iştirakınız səmərə verə bilər.
TƏRƏZİ - Yaxşı olar ki, bu təqvimi bütünlüklə qarşılıqlı münasibətlərin tənzimlənməsinə həsr edəsiniz. Çünki ulduzlar maliyyə və fəaliyyət sahəsində müəyyən gərginlik vəd edir.
ƏQRƏB - Maliyyə problemlərinizin mövcudluğuna baxmayaraq, bu gündən razı qalacaqsınız. Çalışın ki, görəcəyiniz işləri sistem halına salasınız. Qətiyyən tələskənliyə yol verməyin!
OXATAN - Günün birinci yarısını müəyyən qədər gərginlik içərisində başa vura bilərsiniz. Xüsusən də fəaliyyət zəminində bəzi xoşagəlməzliklər mümkündür. Amma hər halda tədbirli olmalısınız.
OĞLAQ - Qərarlarınızda obyektiv olduğunuz təqdirdə mübarizədən çəkinməyin. Amma elə edin ki, ətrafınızda olanlar doğru yol tutduğunuzu qəbul etsin. Pulla bağlı sıxıntılarınız azala bilər.
SUTÖKƏN - Birgünlük istirahətdən sonra işləriniz artacaq. Xüsusən də nahardan sonra bərk yorulacağınız gözlənilsə də, zəhmətinizin bəhrəsini mütləq görəcəksiniz. Ailə üzvlərinizə hörmət edin.
BALIQLAR - Yersiz risklərdən uzaq olun. Əgər iştirakçısı olduğunuz situasiyaları dərindən duymursunuzsa, inandığınız adamların məsləhətlərindən yararlanın. Vaxtınız əyləncələrə itirməyin.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi