Qoroskop
Astroloji proqnoz - 30 may
QOÇ - Heç nədən narahat olmayın. İradəniz hesabına özünüzü daxilən rahatlayın. Ulduzlar nahardan sonra sevindirici xəbərlər, perspektivli təkliflər alacağınızı bildirir.
BUĞA - Neçə gündür ulduzlar əsəbi görkəm aldığınızı bəyan edir. Amma bu gün təxminən saat 12-dən sonra vəziyyət xeyrinizə dəyişəcək. Əsas diqqətinizi məhəbbət amilinə yönəldin.
ƏKİZLƏR - Elə hey pulsuzluqdan şikayət edirsiniz. Müşahidələrə görə bu, heç kimə uğur gətirmir. Deməli, usanmamalı, yalnız əzmkarlığınızı artırmalısınız. Axı indi sizin bürc hakimdir.
XƏRÇƏNG - Nahara qədər fəaliyyətlə bağlı bütün öhdəliklərinizi yerinə yetirməyə çalışın. Sonrakı müddətdə isə maraqlı görüşləriniz mümkündür. Bu gün büdcənizdə artım ola bilər.
ŞİR - Aktiv gündür. Nə qədər çətin olsa da, ağıllı risk edib öz perspektivlərinizə yaxınlaşa bilərsiniz. İndiki məqamda sizə dəstək verənlər çox olmalıdır. Büdcənizdə artım da gözlənilir.
QIZ - Ümumi halsızlığınızı nəzərə alıb ağır fiziki işlərə ara verin. Çünki səhhətinizdə baş qaldıran xoşagəlməzliklər buna imkan verməyəcək. Yeməyinizə və yuxunuza diqqət yetirin.
TƏRƏZİ - Ulduzlara inansaq, müəyyən gərginliklərlə üzləşmə ehtimalınız var. Odur ki, ağlınız kəsməyən işlərə girişməməlisiniz. Nahardan sonra şəxsi büdcənizdə artım gözlənilir.
ƏQRƏB - Əksər bürclər kimi bu gün sizin bəxtinizdə də varlanma ehtimalı var. Odur ki, bütün gücünüzü bu istiqamətə yönəltməlisiniz. Nüfuzlu adamlarla görüşdən yayınmayın. Səhhətinizi qoruyun.
OXATAN - Yersiz lovğalıq, acıdillilik etmək sizə yaraşmır. Hətta belə bir təqvimdə şit zarafatlara da yol verməməlisiniz. Hər bir məsələyə ciddi yanaşın. Sevdiyiniz adamları xoşhal edin.
OĞLAQ - Ciddi dönüş astanasındasınız. Hətta elə bir hadisə baş verə bilər ki, şəxsi taleyinizdə təkan olsun. Yaxşı olar ki, xırda məişət problemlərini kənara qoyub bəşəri ideyalar haqda düşünəsiniz.
SUTÖKƏN - Yalnız öz mənafelərinizə uyğun addım atın. Kənar məsləhətlərə və riskli işlərə ciddi yanaşmayın. İkitərəfli sövdələşmələrdə təşəbbüsü ələ alsanız, uğurlarınız da artacaq.
BALIQLAR - Qarşınızda olduqca uğurlu bir gün durub. Aktivliynizi artırmaqla nəzərdə tutduğunuz mühüm işləri reallaşdıra bilərsiniz. Səbəbsiz məsələlərə görə əsəblərinizi korlamayın.
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər