Türk ordusu sarsıdıcı zərbə endirdi - Qalın
Bizi izləyin

Region

Türk ordusu sarsıdıcı zərbə endirdi - Qalın

Afrinin PKK-PYD qruplaşmasından azad edilməsi terrorla mübarizə və Suriyanın ərazi bütövlüyünün qorunması məsələsində mühüm əhəmiyyət kəsb etdiyi üçün beynəlxalq aləm buna dəstək verməli idi.

Axar.az xəbər verir ki, bu sözlər Türkiyə Prezident Adminitrasiyasının sözçüsü İbrahim Qalının “Deyli Sabah” qəzetində yayımlanmış yazısındandır.

İbrahim Qalın Türkiyə ordusunun Afrin əməliyyatını mükəmməl şəkildə apardığını, ancaq bəzilərinin bu qələbədən narahatlıq duyduğunu bildirib:

“Qərb PKK-nın acı məğlubiyyətindən narahat oldu. Bu onların hansı düşüncəyə sahib olmasını açıq-aşkar göstərir. PKK-nı öz piyadası kimi görənləri milyonlarla kürdün taleyi maraqlandırmır. Qərbli “mütəxəssislər” ancaq PKK-çıları kürd hesab edib qorumaq istəyirlər. Qəribədir ki, onlar Azad Suriya Ordusunun sıralarında döyüşən kürdləri gözardı edirlər.

Afrin əməliyyatı sülhün zəfəri, terrorun məğlubiyyətidir. Türkiyə Suriyanın şimal hissəsindəki terror təhdidinə sarsıdıcı zərbə vurdu”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm