Rusiyadan yeni “Aprel müharibəsi” XƏBƏRDARLIĞI - Azərbaycanın əzici üstünlüyü və qaçılmaz SAVAŞ
Bizi izləyin

Region

Rusiyadan yeni “Aprel müharibəsi” XƏBƏRDARLIĞI - Azərbaycanın əzici üstünlüyü və qaçılmaz SAVAŞ

“İki il əvvəl Dağlıq Qarabağda baş verən aprel döyüşləri qaçılmaz idi. Nisbi tarazlığın iflası onun səbəbi oldu”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın “Kommersant” nəşrində Strategiyalar və Texnalogiyaların Analizi Mərkəzinin direktor müavini Konstantin Makienko yazıb.

Onun sözlərinə görə, 2004-cü ildən sonra Azərbaycanın hərbi büdcəsi kəskin yüksəldi və silah alınmaları artdı. Makienko 2008-ci ildən Bakının hərbi idxalın modelini dəyişdirdiyini, yüksək texnologiyalı silahların alınması üzrə sifarişləri artırdığını, yalnız post-sovet respublikaları deyil, həm də İsrail və Qərbdən silah aldığını bildirib.

“Nəticədə 2014-cü ildə Azərbaycan Ordusunun Ermənistan ordusunun üzərinə hərbi-texniki üstünlüyü əzici oldu. Tanklar və kalibri 100 millimetrdən yuxarı olan artilleriya üzrə üstünlük ikiqat, reaktiv yaylım atəş sistemləri üzrə üstünlük üçqat olmuşdu. Bu üstünlük 300 millimetrli kalibrli ən güclü reaktiv yaylım atəş sistemi üzrə mütləq oldu. Məhz ağır uzaqvuran raket sistemlərində nəhəng üstünlük əsas stabilliyi pozan amildir”, - o qeyd edib.

Mərkəzinin direktor müavini hesab edir ki, tarixi təcrübə güc balansının kəskin dəyişdiyi vaxtda silahlı konflikt riskinin ciddi artdığını göstərir:

“Azərbaycan son 10 ildə silahların alınmasına və ordunun müasirləşməsinə demək olar ki, 25 milyard xərcləyib. 2016-cı ilin aprelində onun hərbi-texniki üstünlüyü nəticəsində itkilərin nisbəti erməni tərəfi üçün demək olar ki, qəbuledilməz oldu. Bu halda, uzunmüddətli demoqrafik və iqtisadi trendlər Azərbaycanın xeyrinədir. Bu, o deməkdir ki, güclərin yeni toqquşması ehtimalı yüksək qalır”.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin ətrafında vəziyyət Rusiya diplomatiyası üçün mürəkkəb çağırışları doğurur. Ekspert qeyd edir ki, Moskva Azərbaycan və Ermənistanla münasibətlərdə çətin balansı saxlamalıdır. Makienko bildirib ki, Rusiya kimi ABŞ və Avropa da atəşin müddətsiz dayandırılmasını dəstəkləyir.

“Bundan başqa, yalnız Qərb və Rusiya deyil, həmçinin İran Qarabağ münaqişəsində vahid mövqedən çıxış edir. Bu unikal razılıq əla ilkin şərtdir, amma, əfsus ki, yenidən qan tökülməsinin qarşısının alınmasının zəmanəti çox deyil”, - ekspert yekunlaşdırıb.

Yuxarıdakı fikirləri şərh edən erməni ekspert Sarqis Artsruni də Azərbaycanın hərbi və diplomatik sahədə böyük uğurlar qazanmasına diqqət çəkib. Onun sözlərinə görə, ötən müddətdən Ermənistanda yeni keyfiyyətli dövlətin formalaşması üçün istifadə edilmiş olsaydı, Dağlıq Qarabağ münaqişəsində statusa-kvonun saxlanılması üzrə İrəvanın siyasətinə haqq qazandırıla bilərdi. Erməni ekspert Azərbaycanın beynəlxalq meydanlarda böyük uğurlar qazandığını və silahlanma sahəsində balansı dəyişdirdiyini qeyd edib.

“Ermənistanın birinci Qarabağ müharibəsində əldə etdiyi qələbənin siyasi və mənəvi effekti iki onillikdə dağıdıldı. Qələbə qanunsuz sərvətə sahib olan və saxta seçkilərlə yaradılan elita tərəfindən mənimsənildi. Ermənistan elitanın xəsisliyi və fərasətsizliyinə görə öz keyfiyyətlərini itirdi”, - o vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm