Türkiyənin dünyanı QORXUYA SALAN yerli hərbi silahları - - FOTO
Bizi izləyin

Region

Türkiyənin dünyanı QORXUYA SALAN yerli hərbi silahları - - FOTO

Türkiyə Silahlı Qüvvələrinin silah və sursat ehtiyaclarının qarşılanmasında xarici ölkələrdən asılılığını ən aşağı səviyyəyə endirmək üçün yeni layihələrə imza atır.

Publika.az xəbər verir ki, bu layihələrdən bir neçə artıq sınaq mərhələsindədir.

Pulat Akkor

Bu, bir tank qoruma sistemidir. Bu sistemin tanklara tətbiq edilməsinə qısa müddət sonra başlanılacaq. “Pulat Akkor” Tanka yönələn raketləri ən qısa zaman və məsafədə zərərsizləşdirərək texnikanın tam müdafiəsini təmin edir. Modulyar dizaynı sayəsində fərqli tiplərdəki zirehli aqvtomobillərə də tətbiq edilə bilər.

Reaksiya müddəti: 300 milli/saniyə

Təsir əhatə dairəsi: 360 dərəcə

Miniatür Bomba

"ASELSAN" şirkətinin layihəsi olan beton dələ bilən hərbi başlığa sahib Miniatür Bombalar F-16, F-4/2020 və F-35 təyyarələrində istifadə edilə bilər. Təyyarələr digər bombalara nisbətən daha çox yüngül olan MB-lərdən 8 ədəd daşıya biləcək.

Mənzil: 100 km

Ağırlıq: 110 kq

MK – 84

Hava Qüvvələrinin ximətindəki ən güclü bombalar olan 1 tonluq MK-84-lər lazerlə təchiz edilib. "ASELSAN" şirkətinin istehsal etdiyi texnologiyalar ilə nəhəg bombalar artıq hədəfini yüksək həssaslıqla vura biləcək və hərəkətli hədəflərə qarşı rahatlıqla istifa edilə biləcək.

Mənzil: 12 km

Ağırlıq: 500 kq

Umtas və Omtas

Uzun Mənzilli Tanklardan Müdafiə Raketi Umtas və Orta Mənzilli Tank Əleyhinə Raketi Omtas müharibə sahəsində ortaya çıxan fərqli ehtityaclar üçün də istifadə edilə bilər. Bu raketlər zirehli texnikaya qarşı da savaşa bilir.

Mənzil: 200-4000 m

Ağırlıq: 35 kq

Milli Piyada Avtomatı

Bu avtomatlar dünya ordularının istifadə etdiyi piyada avtomatlarının üstün özəllikləri bir araya gətirilərək istehsal edilib.

7.62 mm çapındakı silahın mənzili 400 metrdir.

Qasırğa TR-300 raketi

Quru Qüvvələrinin vuruş gücünü əhəmiyyətli şəkildə artıran raketdir. 100 km uzaqdakə mənzildəki hədəfləri məhv etmık qabiliyyətinə malikdir. Qırıcılar bombalarını hədəflərinin üzərinə gəlmədən, təhlükəli sahənin xaricindən də buraxa bilir. Raketlər GPS vasitəsilə hədəfinə doğru yönəlir.

Milgem

Türkiyənin ilk milli gəmisi olan “TCG Heybəliada” 2008-ci ildə dənizə buraxılıb. Atışlarda hədəfini 3750 metr mısafədən vurmağı bacarır. 90 m uzunluğundakı gəmi yerli naviqasiya sistemi ilə təchiz edilib.

Kobra

Zirehli şinləri olan avtomobil 9 nəfərlik heyəti daşımaq qabiliyyətinə malikdir. Avtomobilin su manelərini dəf edə bilən amfibik versiyası da mövcuddur.

Kirpi Heyət Daşıyıcısı

Minaya və əl ilə hazırlanmış partlayıcılara qarşı davamlı olan bu daşıyıcılar 70% yerli imkanlar daxilində istehsal edilib. Bir depo benzinlə 800 km yol gedə bilir. Şinləri patlasa belə, 40 km yol gedə bilər. Bu avtomobil əsgərlərin əməliyyatlara təhlükəsiz şəkildə çatdırılmasını təmin edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm