Türkiyədə gəmi batdı: 79 tələbə...
Bizi izləyin

Region

Türkiyədə gəmi batdı: 79 tələbə...

Türkiyənin Muğla əyalətində gəmi batıb.

Publika.az xəbər verir ki, Türkiyənin Hərbi-Dəniz Qüvvələri batan gəmidəki insanları xilas edib. Muğlanın Fəthiyə rayonunda dənizdə batan “Mermaid” adlı gəzinti gəmisindəki insanlar üzərək özlərini yaxınlıqdakı qayalara çatdıra biliblər. Göyərtədə 71 tələbə və 8 heyət üzvü olub.

Türkiyənin Hərbi Dəniz Qüvvələrinin gəmiləri və sahil mühafizəçiləri onların köməyinə çatıblar. Xilasetmə işlərinə 5 gəmi, bir təyyarə və bir helikopter cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm