Ərdoğandan Qərbə rus dilində MESAJ: “Rusiya ilə...”
Bizi izləyin

Region

Ərdoğandan Qərbə rus dilində MESAJ: “Rusiya ilə...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Akkuyu” Atom Elektrik Stansiyasının təməlqoyma mərasimindən sonra Tvitter səhifəsində türk və rus dillərində Qərbə mesaj göndərib.

Publika.az xəbər verir ki, prezident Türkiyə- Rusiya arasındakı əməkdaşlığı inkişaf etdirməkdə qərarlı olduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri çərçivəsində Mersin vilayətində "Akkuyu" AES-in təməlqoyma mərasimi keçirilib. Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videokonfrans vasitəsilə mərasimdə iştirak ediblər.

Türkiyə və Rusiya arasında "Akkuyu" AES-in tikintisi haqqında saziş 2010-cu il mayın 12-də imzalanıb. Ötən gün Türkiyənin Atom Enerjisi Agentliyi AES-in birinci blokunun tikintisinə lisenziya verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm