“Trampın komandası regionda...” – İrandan şok PROQNOZ
Bizi izləyin

Region

“Trampın komandası regionda...” – İrandan şok PROQNOZ

İŞİD terror qruplaşmasının məğlubiyyəti ABŞ-ın regional siyasətinin məğlubiyyəti deməkdir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Moskvada keçirilən təhlükəsizlik üzrə konfransda İranın müdafiə naziri Əmir Hatəmi bildirib.

“İŞİD-in məğlubiyyəti Amerikanın regional siyasətinin məğlubiyyətini göstərir. Fikir mövcuddur ki, bu məğlubiyyət boşluğu doldurmaq üçün regionda zorakılıq və gərginliyin yeni mərhələsinin başlanmasına gətirib çıxaracaq”, - o deyib.

Nazirin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın komandası hər hansı işıqlı perspektivə malik deyil.

“Gözləmək qalır ki, təhlükə başqa yerdə görünəcək, region üçün daha mürəkkəb və dolaşıq şərtləri yaradacaq”, - İran rəsmisi əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm