Dünyanın gözü Ankarada – Prezidentlərdən AÇIQLAMALAR - VİDEO (YENİLƏNİR)
Bizi izləyin

Region

Dünyanın gözü Ankarada – Prezidentlərdən AÇIQLAMALAR - VİDEO (YENİLƏNİR)

Prezidentlər sammitdən sonra birgə mətbuat konfransı keçiriblər.

İlk çıxış edən Türkiyə prezidenti bildirib ki, Suriyanın ərazi bütövlüyünün bərpası bütün terror təşkilatları ilə eyni məsafədə saxlanılmasına bağlıdır. O qeyd edib ki, Münbiç başda olmaqla, PYD/YPG terror təşkilatının nəzarətindəki bütün bölgələrdə təhlükəsizlik və sabitlik təmin olunana kimi iş davam edəcək.

“Nə Suriyanı, nə də bölgəmizi üç-beş terror təşkilatına buraxmayacağıq. Yaşanan qarşıdurmalar və böhranın itirəni Suriya xalqıdır, qalibin kim olduğunu hamımız bilirik . Beynəlxalq ictimaiyyəti Suriyadakı siyasi problemi həll edilməsi səylərini dəstəkləməyə çağırırıq”, - Ərdoğan deyib.

İran prezidenti Həsən Ruhani bölgənin son illərdə terrorizm kimi ciddi bir problemlə qarşı-qarşıya qaldığını dilə gətirib. Onun sözlərinə görə, terrorçular bəzi ölkələr tərəfindən müasir silahlarla təchiz ediliblər.

“Bu terrorçular Suriyanın neft və qazını sata bilərlər. ABŞ kimi bəzi dünya gücləri, “Əl-Nüsra” Cəbhəsi və İŞİD kimi təşkilatların uzun illər bölgəmizdə qalmasını istəyirdilər və onlardan istifadəni hədəfləyirdilər. Suriya və İraq dost ölkələrin köməyi ilə bu böyük təhlükəni aradan qaldıra bilib”, - İran prezidenti söyləyib.

O, heç bir ölkənin Suriyanın gələcəyi ilə bağlı qərar vermə haqqının olmadığını, Suriya xalqının öz seçkilərini keçirəcəyini və Konstitusiyanı hazırlayacağını söyləyib.

“Bölgəmizdəki bayram günü Suriyadakı savaşın bitdiyi gün olacaqdır”, - Ruhani əlavə edib.

Üçtərəfli görüşün son dərəcə konstruktiv atmosferdə keçdiyini deyən Vladimir Putin önəmli razılaşmaların əldə edildiyini və bu razılaşmaların birgə bəyannamədə yer aldığını bildirib.

“Biz Suriyanın müstəqilliyi və ərazi bütövlüyünün dəstəklənməsinin birgə bəyannamədə də yer almasını təmin etdik. Astana formatı faydalı olduğunu dəfələrlə sübut edib. Suriyadakı zorakılıq önəmli ölçüdə azalıb. Qaçqınlar ölkələrinə qayıtmağa başlayıblar. Suriyadakı vətəndaş müharibəsinin siyasi istiqamətini güçləndirməyə çalışacağıq”, - Putin deyib.

O, Cenevrədə bir Konstitusiya komitəsinin qurulduğunu xatırladıb.

***

Türkiyə, Rusiya və İran prezidentlərinin üçrətəfli sammiti başa çatıb. Yerli vaxtla 13:20-də başlayan sammit iş yeməyi ilə birlikdə 1 saat 40 dəqiqə davam edib.

Sammitin sonunda birgə bəyanat veriləcək. Sənəddə Suriyadakı mövcud atəşkəs rejiminin davam etdirilməsi və Suriyanın ərazi bütövlüyünün bərpası məsələləri əksini tapacağı gözlənilir.

***

Ankarada Türkiyə, Rusiya və İran prezidentləri – Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin iştirakı ilə Suriya üzrə üçtərəfli sammit başlayıb.

Publika.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm